Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1106/2022 20.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X12 iştirakları ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. xx.xx.2003-cü ildə X7 ilə evlənib ailə qurmuşdur. X4 xx.xx.2004-cü il tarixdə X1 anadan olmuşdur. X9 anadangəlmə nitq pozğunluğu və əqil zəifliyindən əziyyət çəkməklə xəstə olmuşdur. O, uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Anadangəlmə xəstəlik qüsurları ilə doğulmuş övladı ümumiyyətlə məktəbə getməmiş, hər hansı formada oxumaq və öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdur. Ağdaş rayon Mərkəzi X8 şəxsdə “ağır dərəcə əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış (İ qrup) əlillik müəyyən edilmişdir. X1 anadangəlmə xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Uşaqlıqdan övladına faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir ana kimi özü həyata keçirir. Hazırda övladının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir, ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2004-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X18 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 2 saylı X15 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********4 saylı arayışdan görünür ki, X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 2 saylı X15 filialından İ qrup əlilliyə görə müddətsiz hər ay 200 (iki yüz iyirmi) manat sosial müavinət və ümumi səbəblərdən İ qrup əlilliyi olan şəxslərə verilən 130 (yüz otuz) manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İşin materiallarında olan Ağdaş Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 387 saylı arayışından gğrünür ki, 2004-cü il təvəllüdlü X2 Rayon Mərkəzi X8 Şəxsdə “ağır dərəcəli əqli gərginlik, davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 17 yanvar 203-cü il tarixli, İİ-AZ seriyalı, № 025566 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 ilə X6 xx.xx.2003-cü il tarixdə 07 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əğayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 25 fevral 2004-cü il tarixli, AZ-İ seriyalı, № 444736 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 23 yanvar 2004-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X7 oğlu, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli, 481 saylı rəyindən görünür ki, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X5 uşaqlıqdan xəstə olmaqla daim anasının himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil, yardımçı məktəblərdə oxumaması, fərdi ev dərsi keçməməsi, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, hazırkı ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozuntusu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=35 % və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, X9 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş MRX-nin poliklinikasında “ağır dərəcəli əqli gərginlik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyata götürülmüş, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı var. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 23 yanvar 2004-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilsin. 23 yanvar 2004-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1106/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1106/2022
20.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver