Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-111/2023 04.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаs kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı və vəkili Vəkil, Üçüncü şəxs X19 iştirakları ilə, İddiaçı cаvаbdеhlər Ağdaş Rayon Notariat Ofisi, A.R.Ə.N Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və 3-cü şəxslər Cavabdeh3, X40, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 qarşı «19 yanvar 2021-ci il tarixli 2V-22 və 2V-23, 26 yanvar 2021-ci il tarixli, 2V-118, 2V-119 və 18 may 2021-ci il tarixli, 2V-698 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Ağdaş Rayon Notariat Ofisi, A.R.Ə.N Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və 3-cü şəxslər Cavabdeh3, X40, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 qarşı «19 yanvar 2021-ci il tarixli 2V-22 və 2V-23, 26 yanvar 2021-ci il tarixli, 2V-118, 2V-119 və 18 may 2021-ci il tarixli, 2V-698 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon Notaiat ofisi tərəfindən əmisi Nümayəndə adına verilmiş 16 mart 2011-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüş X5nun ölümündən sonra ondan miras qalmış "xxxx" Bank ASCdə A17102 saylı hesabda olan əmanət pulundan ibarət əmlaka irs alması barədə 21 dekabr 2012-ci ildə reyestrdə 2V-01-1060 nömrə ilə, Ağdaş rayonu, Ağcayazı kəndində 0.25 hektar həyətyanı torpaq sahəsinə irs alması barədə 19 yanvar 2022-ci il tarixdə 2V-23 nömrə ilə və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə irs alması barədə Nümayəndə verilmiş 19 yanvar 2021-ci il tarixdə 2V-22 nömrə ilə reyestrdə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin və 06 noyabr 2002-ci il tarixdə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüş X10nın ölümündən sonra ondan ünvan 5ində miras qalmış ümumi birgə mülkiyyətdə olan 0.25 hektar həyətyanı və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona çatası payına cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsisi notariusu tərəfindən əmiləri Nümayəndə və Cavabdeh3 verilmiş 21 yanvar 2021-ci il tarixdə 2V-118, 2V-119 və 18 may 2021-ci il tarixdə 2V-698 nömrə ilə reyestrdə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X5 ilə X4 1953-cü ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşlar. Nikahlarını xx.xx.1963-cü il tarixdə Ağdaş rayonu Qolqəti İcra nümayəndəliyində rəsmiləşdirmişlər. X4 nikah bağlandıqdan sonra “Əhmədova” soyadını qəbul etmişdir. Onların rəsmi nikahlarından xx.xx.1955-ci ildə X9, xx.xx.1961 -ci ildə əmisi Nümayəndə, xx.xx.1963-cü ildə əmisi Cavabdeh3, xx.xx.1966-cı ildə bibisi Əhmədova (Əkbərova) İlduzə Baloğlan qızı və xx.xx.1968-ci ildə bibisi Əhmədova (Umarova) Gülçöhrə Baloğlan qızı anadan olmuşdur. X2 ailə qurduqdan sonra “Əkbərova”, Cavabdeh4 isə “Umarova” soyadını qəbul etmişdir. X1 ilə X28 13 oktyabr 1976-cı ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Onların birgə nikahlarından xx.xx.1979-cu ildə qardaşı X53 və xx.xx.1987-ci ildə o, yəni İddiaçı anadan olmuşdur. X9 xx.xx.2008-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində vəfat etmişdir. Atasının ölən günə anasından, qardaşından və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi ərazisindən mərhum X5nun, X10nın və əmisi Cavabdeh3 ümumi birgə mülkiyyətlərinə 0.25 hektar həyətyanı torpaq sahəsi və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0.259 və 2.0136 hektar olmaqla iki müxtəlif yerlərdən verilmişdir və adlarına müvafiq olaraq JN-054F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN- 0048 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Babası və nənəsi qoca və xəstə olduqlarına və əmisi Cavabdeh3 gənc yaşlarından Ukrayna Respublikasında yaşadığına görə babası və nənəsinin və əmisi Sehranın mülkiyyətinə verilmiş 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini mərhum əmisi Nümayəndə və o əkib-becərmişdir. Ailələrinə verilmiş pay torpaq sahəsi ilə mərhum babası və nənəsinin mülkiyyətinə verilmiş 2.27 hektar pay torpaq sahələri bitişikdir. Hər iki torpaq sahələrində meyvə bağları var. Hər iki torpaq sahəsində əkdikləri meyvələri əmisi ilə birlikdə yığaraq satmışlar. Əldə olunan vəsaiti bölərək ailələrinə istifadə etmişdirlər.X10 xx.xx.2002-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində vəfat etmişdir. O ölən günədək X5 və əmisi Cavabdeh3 ilə birlikdə Ağdaş rayonunun Ağcayazı kəndidə yerləşən təsərrüfatlarında yaşamışdır.X5 xx.xx.2011-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində vəfat etmişdir. O ölən günədək əmisi Cavabdeh3 ilə Ağdaş rayonunun Ağcayazı kəndində özlərinə məxsus təsərrüfatda birgə yaşamışdır.Yuxarıda qeyd etdiyii kimi, nənəsi və babası öləndən sonra da onların mülkiyyətlərində olan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2022-ci ilə kimi əmisi Nümayəndə ilə birlikdə istifadə edərək ikisi idarə etmişdirlər. Hətta əmisi babasına və nənəsinə məxsus həyətyanı torpaq sahəsində ev və tövlə tikdirəndə ustalara o və ailəsi qulluq etmişdir.Nənəsinin ölən günə atasından, əmilərindən və bibilərindən ibarət, babasının isə ölən günə atası vəfat etdiyindən ona çatası paya münasibətdə ondan və qardaşından, əmilərindən və bibilərindən ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır.Göründüyü kimi mərhum nənəsinin və babasının ölən günə əmiləri Nofər və Sehrandan başqa iki bibisi və mərhum atasına münasibətdə qardaşından və ondan ibarət qanun üzrə birinci növbədə vərəsələri də qalmışdır və onların ölümündən sonra onlardan miras qalmış daşınmaz əmlakları əmiləri ilə bərabər o da faktiki olaraq qəbul etmişdir.Lakin bütün, bunlara baxmayaraq əmisi Nümayəndə 16 mart 2011-ci ildə vəfat etmiş X5nun ölümündən sonra ondan miras qalmış "xxxx" Bank ASC-də Al7102 saylı hesabda olan əmanət pulundan ibarət əmlaka dair 21 dekabr 2012-ci il tarixdə cavabdeh Ağdaş rayon Notariat ofisində (keçmiş Ağdaş rayon Notariat Kontoru) vərəsəlik işi açdıraraq həmin əmlakdan bibisi Cavabdeh7 ərizəsi nəzərə alınmaqla irs almaq barədə tək öz adına 21 dekabr 2012-ci ildə reyestrdə 2V-01-1060 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Əmisi Nümayəndə 19 yanvar 2021-ci ildə ərizə ilə cavabdeh Ağdaş rayon Notariat ofisinə müraciət edərək xx.xx.2012-ci ildə vəfat etmiş atası X13 2012-ci ildə vərəsəlik işi açdırdığını, babasının ölümündən sonra ondan Ağdaş rayonu, Ağcayazı kəndində 0.25 hektar həyətyanı və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras qaldığını, müvafiq olaraq 2.2726 hektar kənd təsərrüfatı təyinatlı və 0.25 hektar həyətyanı torpaq sahələrindən mərhuma çatası paylarına vərəsəlik şəhadətnaməsi almaq istədiyini göstərərək ona köməklik edilməsini xahiş etmişdir.Cavabdeh Ağdaş rayon Notaiat ofisi tərəfindən əmisi Nümayəndə adına 2.2726 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 19 yanvar 2021-ci il tarixdə reyestrdə 2V- 22 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 0.25 hektar həyətyanı torpaq sahəsinə dair 19 yanvar 2022-ci il tarixdə reyestrdə 2V-23 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Bundan başqa əmisi Əhmədov X27 Respublikasında yaşayan digər əmisi Cavabdeh3 etibarnamə alaraq nənəsinin ölümündən sonra ondan Ağdaş rayonu, Ağcayazı kəndində 0.25 hektar həyətyanı və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras qaldığını, iki əmilərimdən başqa mərhumun vərəsələrinin olmaması, həmin miras əmlaka dair onlara qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi haqqında 26 yanvar 2021-ci il və 18 may 2021-ci il tarixlərində notariat ofisində rəsmiləşdirilmiş ərizələr ilə Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir.Cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən əmiləri Nümayəndə və Cavabdeh3 adlarına 2.2726 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 21 yanvar 2021-ci il tarixdə 2V- 118, 2V-119 və 0.25 hektar həyətyanı torpaq sahəsinə dair 18 may 2021-ci il tarixdə 2V-698 nömrə ilə reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri verilmişdir.İddia ərizəsinə əlavə etdiyi sənədlərdən aydın görünür ki, əmilərindən başqa mərhumun üç nəfər qanun üzrə birinci növbədə vərəsəsi olan övladlarının olduğu halda əmisi Nümayəndə tərəfindən vərəsələrin dairəsi barədə arayışı cavabdehlər Ağdaş rayon Notariat ofisinə və Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə təqdim etməmişdir.Cavabdehlər Ağdaş rayon Notariat ofisi və Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusları həmin arayış ofisə təqdim edilməməsinə baxmayaraq bu barədə arayışı tələb etməmiş, onları ofisə dəvət etməmiş, onların mirasın qəbulu ilə əlaqədar münasibətlərini öyrənməmişdir.Göründüyü kimi cavabdehlər Ağdaş rayon Notariat ofisi babasının və nənəsinin ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı vərəsələrinin dairəsini dəqiq müəyyən etməmiş, bunun əvəzinə cavabdeh Ağdaş rayon Notaiat ofisi əmisi Nümayəndə adına mərhum babasından ölümündən sonra miras qalmış "xxxx" Bank ASC-də A17102 saylı hesabda olan əmanət pulundan ibarət əmlaka irs alması barədə 21 dekabr 2012-ci ildə reyestrdə 2V-01-1060 nömrə ilə, Ağdaş rayonu, Ağcayazı kəndində 0.25 hektar həyətyanı torpaq sahəsinə irs alması barədə 19 yanvar 2022-ci il tarixdə reyestrdə 2V-23 nömrə ilə və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə irs alması barədə 19 yanvar 2021-ci il tarixdə reyestrdə 2V-22 nömrə ilə, Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu isə Nümayəndə və Cavabdeh3 adına mərhum nənəsindən ölümündən sonra miras qalmış həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hər birinə Y hissədə irs almaları barədə 21 yanvar 2021-ci il tarixdə 2V-118, 2V-119 və 18 may 2021-ci il tarixdə 2V-698 nömrə ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir.Bu barədə məlumatı olduqdan sonra o vəkili vasitəsi ilə cavabdehlər Ağdaş rayon Notaiat ofisinə və Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 16 mart 2011-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüş X5nun və 06 noyabr 2002-ci ildə Ağdaş rayonunda ölmüş X10nın ölümündən sonra mülkiyyətlərində olmuş daşınar və daşınmaz əmlaka vərəsəlik işinin açılması ilə əlaqədar hər hansı notariat əməliyyatlarının aparılıb-aparılmaması barədə arayış, aparılmışsa, aparılmış notariat əməliyyatlarına dair sənədlərin surətlərini verilməsini və qanun üzrə vərəsəlik haqqında sözügedən şəhadətnamələrin ləğv edilməsini xahiş etmişdir. Cavabdehlər Ağdaş rayon Notaiat ofisi və Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi aparılmış notariat əməliyyatına dair sənədlərin surətini vəkilinə göndərmiş, vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət edilsə də, münasibət bildirilməmişdir.Bildirir ki, əmisi Nümayəndə 06 avqust 2021-ci il tarixdə Ağdaş rayonunun Ağcayazı kəndində vəfat etmişdir.Hesab edir ki, cavabdeh Ağdaş rayon Notaiat ofisi 16 mart 2011-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüş X5nun ölümündən sonra "xxxx" Bank ASC-də Al7102 saylı hesabda olan əmanət pulundan ibarət əmlaka və ünvan 5idə yerləşən 0.25 hektar həyətyanı və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona çatası payına yalnız əmisi Nümayəndə irs almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən və Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi 06 noyabr 2002-ci ildə Ağdaş rayonunda ölmüş X10nın ölümündən sonra mülkiyyətində olmuş ünvan 5idə yerləşən 0.25 hektar həyətyanı və 2.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona çatası payına yalnız əmilərinin hər birinin Y hissədə irs almalarına dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələblərinə əməl etməyərək qanun üzrə birinci növbəli vərəsə kimi onun vərəsəlik hüququ üzrə qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş edir. 3-cü şəxs X40 məhkəmə iclasında izahatında iddia tələbini rədd edərək bildirdi ki, nənə və babasına atası baxmışdır.Həmin torpaqda atası və anası yaşamışdır. Əmiləri Cavabdeh3 və X3 yaşamışlar. İddiaçı ayrıca evi vardır. Cavabdeh A.R.Ə.N Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasına məktub göndərərək bildirdi ki, məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edib qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cаvаbdеh Ağdaş Rayon Notariat Ofisi və 3-cü şəxslər Cavabdeh3, X40, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və iddiaçının vəkilinin, izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yuxarı Ağcayazı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ № 283567 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X36 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixli 08 qeyd edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli İ-ЖГ saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X36 ilə X12 xx.xx.1976-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixli 67 saylı qeyd aparılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X36 xx.xx.1955-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. X7, anası X30r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ- ЖГ saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X9, anası X16r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli 05/Q-697/14 saylı arayışın surətindən məlum olur ki, X53 xx.xx.1979-cu il tarixdə ünvan 1ində anadan olmuşdur. X9, anası X16r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1407 saylı arayışdan məlum olur ki, AR vətəndaşı xx.xx.1925-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X31 ailə üzvlərinin müəyyən edlməsi məqsədi ilə AR Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ildək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı-X21, oğlu-X36, oğlu-Nümayəndə, oğlu-Cavabdeh3, qızı-Cavabdeh7 və qızı- X17. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 149 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı atası mərhum X36 26 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsləri vardır. Arvadı- X32, oğlu-İddiaçı, oğlu- X53. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/09İS/007574-22 saylı arayışdan məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X13 aid yoxlama xx.xx.2022-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı-X41, oğlu-X36, oğlu-Nümayəndə, oğlu-Cavabdeh3, qızı-Cavabdeh7 və qızı- X17. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 153 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı babası mərhum X21 16 mart 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədə Aşağı Ağcayazı kəndində yaşamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 152 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı nənəsi mərhum X41 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələi vardır. əri-X21,oğlu- X36, oğlu-Nümayəndə, oğlu-Cavabdeh3, qızı-Cavabdeh7 və qızı- X14. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 151 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı nənəsi mərhum X41 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir.Mərhum vəfat etdiyi günə kimi oğlu Cavabdeh3 və əri X21 ilə birgə təsərrfatda yaşamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 147 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı atası mərhum X36 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək Aşağı Ağcayazı kəndində yaşamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 148 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı atası mərhum X36 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günə kimi oğlu İddiaçı və arvadı X32 ilə birgə təsərrüfatda yaşamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 150 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı nənəsi mərhum X41 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək Aşağı Ağcayazı kəndində yaşamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 154 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı babası mərhum X21 16 mart 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək Cavabdeh3 ilə birgə təsərrüfatda yaşamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/09İS/0075741-22 saylı arayışdan məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X23 aid yoxlama xx.xx.2022-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı- X32, oğlu- X53, oğlu İddiaçı. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 155 saylı arayışdan məlum olur ki, ünvan 2 sakini İddiaçı babası mərhum X21 16 mart 2011-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır. Həyat yoldaşı- X41, oğlu-X36, oğlu-Nümayəndə, oğlu-Cavabdeh3, qızı-Cavabdeh7 və qızı- X17. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********41 saylı məktubdan mlum olur ki, ünvan 2ində yaşamış və həmin kəndə vəfat etmiş X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha həyətyanl və 2.27 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair verilmiş dövlət reyestrindən çıxarışdan hansı əsaslarla X11 adının mülkiyyətçi subyektlərinin siyahısından çıxarılması barədə müraciətinizə “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri”publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsində baxılmışdır. Ərizədə qeyd edilən məsələ araşdırılmışdır. Araşdırma nəticəəsində məlum olmuşdur ki, ünvan 4ində yerləşən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-0048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X11, Cavabdeh3 və X20 ümumi birgə mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixdə Ağdaş rayon notariat ofisində bağlanmış 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X11 vərəsəsi Nümayəndə təyin edilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Nümayəndə xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyata aldırmaq üçün ərazi idarəsinə müraciət etmişdir. Vətəndaşın ərizəsinə əsasən Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yerləşən 2.0136 ha və 0.259kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Cavabdeh3 X20 və Nümayəndə ümumi birgə mülkiyyət hüququ müvafiq olaraq ********** və ********** saylı dövlət reyestindən çıxarışla rəsmiləşdirilmişdir. ünvan 2ində yerləşən 0.25 ha həyətyanı təyinatlı torpaq sahəsi üzrəində Cavabdeh3, X20 və Nümayəndə ümumi birgə mülkiyyət hüququ ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli 1634 saylı məktubdan məllum olur ki, Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində 16 mart 2011-ci ildə vəfat etmiş X11 barəsində vərəsəlik işinin açılması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 2ində yerləşən 0.25 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3, X41 və Nümayəndə ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 1i ünvanında qeydiyyatda olan Nümayəndə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********8968 saylı ərizədən məlum olur ki, xx.xx.2002-ci il tarixdə ünvan 2i ünvanında yaşayan anası X47 vəfat etmişdir. Miras əmlak ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var. Oğlu- Cavabdeh3. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ukrayna res.,Donetsk vil., Slovyansk şəh., Aerodromnaya küç. Ev 20 ünvanında qeydiyyatda olan Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********8967 saylı ərizədən məlum olur ki, xx.xx.2002-ci il tarixdə ünvan 2i ünvanında yaşayan anası X47 vəfat etmişdir. Miras əmlak ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var. Oğlu- Nümayəndə. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bərdə regional “ASAN- Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-698 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhdadətnamənin surətindən məlum olur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X20 vərəsləri, ünvan 1i ünvanında qeydiyyatda olan oğlu-Nümayəndənoğlu və Ukrayna res., Donets vil., slovyansk şəh., aedromnaya küç ev 20 ünvanında qeydeiyyatda olan oğlu- Cavabdeh3 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2021 tarixdə X33 verilmiş **********9 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin X33 məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 1i ünvanında qeydiyyatda olan Nümayəndə və Ukrayna res.,Donetsk vil., Slovyansk şəh., Aerodromnaya küç. Ev 20 ünvanında qeydiyyatda olan Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********1409 saylı ərizədən məlum olur ki, xx.xx.2002-ci il tarixdə ünvan 2i ünvanında yaşayan anası X47 vəfat etmişdir. Miras əmlak ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən ibarətdir. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 2ində yerləşən 2.0136 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3, X41 və Nümayəndə ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 2ində yerləşən 0.2590 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3, X41 və Nümayəndə ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13 saylı arayışdan məlum olur ki, mərhum X41 vəfat edənə kimi ünvan 5i ünvanında yaşayıb, vəfatından sonra təsərrüfatda onunla birgə yaşayan aşağıdakı ailə üzvü vardır. Cavabdeh3. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dəhnəxəlil kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ 016784 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X41 xx.xx.2002-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yuxarı Ağcayazı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 468222 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Nümayəndə xx.xx.1961-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X6, anası X34r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş X21 ilə X25 xx.xx.1963-cü il tarixdə nikalarını bağlamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd ica nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-cı il tarixli AZ-T143473 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh3 xx.xx.1963-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. X6, anası X34r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bərdə regional “ASAN- Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-119 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhdadətnamənin surətindən məlum olur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X20 vərəsləri, ünvan 1i ünvanında qeydiyyatda olan oğlu-Nümayəndənoğlu və Ukrayna res., Donets vil., slovyansk şəh., aedromnaya küç ev 20 ünvanında qeydeiyyatda olan oğlu- Cavabdeh3 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak elektron notariat avtomatlaşdırılmış infornasiya sistemində real vaxt rejimində əldə edilmiş xx.xx.2021-ci il traixli, **********BP33301 qeydiyyat nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 2.0136 ha olan torpaq sahəsinin X33 məxsus olan hissəsindən ibarətdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bərdə regional “ASAN- Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-118 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhdadətnamənin surətindən məlum olur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X20 vərəsləri, ünvan 1i ünvanında qeydiyyatda olan oğlu-Nümayəndənoğlu və Ukrayna res., Donets vil., slovyansk şəh., aedromnaya küç ev 20 ünvanında qeydeiyyatda olan oğlu- Cavabdeh3 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak elektron notariat avtomatlaşdırılmış infornasiya sistemində real vaxt rejimində əldə edilmiş xx.xx.2021-ci il traixli, **********BP33301 qeydiyyat nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.259 ha olan torpaq sahəsinin X33 məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 1i ünvanında qeydiyyatda olan Nümayəndə tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ərizədən məlum olur ki, xx.xx.2011-ci il tarixdə ünvan 2i ünvanında yaşayan atası X21 vəfat etmişdir. Şəhadətnamə verilən miras əmlak "xxxx" Bank ASC-də A17102 saylı bankda olan əmanət pulundan ibarətdir. Ondan başqa vərəsələri vardır. Qızı- Cavabdeh7. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. AR MMnin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ünvan 5ində yaşayan Cavabdeh7 tərəfindən erilmiç xx.xx.2012-ci il tarixli ərizədən məlum olur ki, xx.xx.2011-ci ildə vəfat etmiş X8 ona çatası keçmiş SSRİ bankında olan əmanət pulundan ibarət miras payını rəsmi olaraq qəbul etməmişdir, qbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Kaptal Bank ASC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 677 saylı məktubdan məlum olur ki, X11 adına həqiqətən X62 rayon filialında A17102 saylı əmanət hesabı vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Tofiqi kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli İİİ-ЖГ saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X42 ilə X15 xx.xx.1984-cı il tarixdə nikahlarını bağlamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 452 saylı arayışın surətindən məlum olur ki, ünvan 1 sakini Nümayəndə atası X21 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək oğlu Nümayəndə ilə birgə təsərrüfatda yaşamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 451 saylı arayışın surətindən məlum olur ki, ünvan 1 sakini mərhum X21 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək ünvan 1ində yaşamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 453 saylı arayışın surətindən məlum olur ki, ünvan 1 sakini mərhum X11 aşağıdakı kimi vərəsələri vardır.Nümayəndə, X26. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 1ində yaşayan oğlu- Nümayəndə miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Kapital Bank ASC-də A17102 saylı hesabda olan əmanət pulundan ibarətdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 2V-22 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 1ində yaşayan oğlu- Nümayəndə və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.1999 tarixdə verilmiş seriya nömrəsi JN-0048, KOD 90306028 olan dövlət aktına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2.2726 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsindən ibarətdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 2V-23 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 1ində yaşayan oğlu- Nümayəndə və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN-054F, KOD 90306028 olan dövlət aktına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsindən ibarətdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən xx.xx.1998-ci il tarixli 20 saylı “Torpağa mülkiyyət hüququna dair” JN:0048 saylı (kod ********) dövlət aktına əsasən X21, X41 və Cavabdeh3 ünvan 2ində 2.27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən xx.xx.1998-ci il tarixli 20 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” JN:054F saylı (kod ********) şəhadətnaməyə əsasən X21, X41 və Cavabdeh3 ünvan 2ində 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il 167 nömrəli qərarının 96-cı bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Həmin təlimatın 95-ci bəndinə əsasən Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Həmin təlimatın 96-cı bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Həmin qaydaların 99-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
101. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.
102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Məhkəmə işə baxarkən ilk növbədə iddiaçının verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsızlığı məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onun miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması, əsl cavabdehin cəlb edilib edilməməsi məsələsini araşdırmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, vərəsələrin dairəsinə, miras əmlakın kütləsinə, eləcə də miras əmlakın hansı formada qəbul olunmasın (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, miras əmlak barəsində verilmiş vərəsəlik şəhadətnaməsini mühabisləndirmək qanunvericiliklə dairəsi müəyyən edimiş vərəsələrə xas olan hüquqdur. Həmin hüququndan yararlanmaq istəyən şəxsin ilk növbədə miras qoyana münasibətdə qohumluq dərəcəsi müəyyən edilməli, bu şərt yerinə yetirildiyi təqdirdə vərəsəlik hüququnun tanınması-mirası qəbul edib etməməsi dəqiqləşdirilməli, məhz bu hallar barəsində tərəflərin mübahisəsi yoxdursa, şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı qiymətləndirilmə aparılmalıdır. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçı X9 xx.xx.2008-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində vəfat etmişdir. Miras qoyanlardan iddiaçının ata babası X35 16 mart 2011-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində, ata X10 isə 06 noyabr 2002-ci il tarixdə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüşdür. Miras qoyanların xx.xx.1955-ci il təvəllüdlü X36, xx.xx.1961 -ci təvəllüdlü əmisi Nümayəndə, xx.xx.1963-cü təvəllüdlü əmisi Cavabdeh3, xx.xx.1966-cı təvəllüdlü bibisi Əhmədova (Əkbərova) İlduzə Baloğlan qızı və xx.xx.1968-ci təvəllüdlü bibisi Əhmədova (Umarova) Gülçöhrə Baloğlan qızı adlı vərəsələri olmuşdur.X15 ailə qurduqdan sonra “Əkbərova”, Cavabdeh4 isə “Umarova” soyadını qəbul etmişdir. X36 ilə X28 13 oktyabr 1976-cı ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Onların birgə nikahlarından xx.xx.1979-cu ildə X53 və xx.xx.1987-ci ildə o, yəni İddiaçı anadan olmuşdur. Nümayəndə 2022-ci ildə vəfat etmiş, onun X40 və Cavabdeh5 adlı vərəsələri qalmışdır. Miras kütləsini təşkil edən torpaq sahələri vərəsələrdən yalnız Nümayəndə və Cavabdeh3 tərəfindən rəsmi qayda qəbul edilmiş, miras əmlakdan onların paylarına uyğun şəhadətnamə verilmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İddiaçını miras qoyanın vərəsəsi kimi qəbul edəcəyimiz təqdirdə onun tərəfindən miras qəbul edilib edilməməsi araşdırılmalıdır. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı vaxtdan 11 ildən çox vaxt keçməsinə baxmayaraq miras əmlakın qəbulu ilə bağlı hər hansı notariat orqanına müraciət etməmiş, miras əmlaka faktiki sahiblik və faktiki idarə etməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinə dair məhkəməyə yetərli sübut təqdim edə bilməmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər:vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd;mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd;mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər(“Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il 167 nömrəli qərarının 99-cu bəndi) İddiaçı miras əmlakın bir hissəsini faktiki qəbul etdiyini iddia etsə də, həmin əmlakların miras kütləsinə daxil olması, həqiqətən də onları yiyələnməsi ilə bağlı halları sübut etməli olduğu halda, bu hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, yalnız iddia ərizəsində sadalamaqla kifayətlənmişdir. Beləliklə, göstərilənlər əsasında məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras qoyanla qohumluq münasibətləri, miras əmlakın kütləsi təyin edilməli, mirasın qəbul edilib edilməməsi müəyyən edilməlidir.Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrini etibarsız hissəsinə də məhz göstərilən aspektlərdən yanaşılmalı, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı ilə bağlı Konstitusion müddəalarda hazırkı mülki işə sözügedən hissədə tətbiq edilməlidir. Məhz göstərilənlərə əsasən məhkəmə iş üzrə müəyyən edilmiş hallara (iddiaçının özü və sələfi tərəfindənmiras qoyanın vərəsələrinin dairəsinə daxil olmasının müəyyən edilməməsinə, onun tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsinə subyektiv hüququn olmaması qənaətinə gəldi. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bundan əlavə məhkəmə iddiaçının cavabdehin seçimi ilə bağlı məsələyə və onun hərəkətlərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddia cavabdeh qismində Ağdaş Rayon Notariat ofisinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofislərinə qarşı qaldırılsa da, məhkəmə iddiaçıya cavabdeh qismində şəhadətnamə sahiblərinin qoyulmasını tələb etmiş, iddiaçı cavabdehlərin əvəz edilməsindən imtina edərək, cavabdeh kimi notariat ofislərinin qalacağını və məhz həmin cavabdehlərəə münasibətdə məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddia tələbinin əsaslılığına iddiaçının seçdiyi cavabdehə münasibətə baxır. Məhkəmə hesab edir ki, notariat kontorları vərəsəliklə bağlı mübahisələrdə iddia icraatı qaydasında cavabdeh qismində deyil, üçüncü şəxs qismində cəlb edilməlidir. Belə ki, hazırkı mübahisə vərəsəlik şahdətnaməsinin etibarsızlığı ilə bağlı məsələdir. İddiaçı vərəsə kimi şahadətnamə sahiblərinin deyil, eyni zamanda onun da vərəsəlik və mirasdan pay almaq hüquqlarının olduğunu mübahisələndirir. Vərəsəlik şəhadətnməsi vərəsinin müvafiq hüquqlara malik olduğunu təsdiq edən sənəddir. AR MM 1321.3.-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Nə qədər ki, vərəsəlik şəhadətnaməsinin əsasında müki hüquqlar dayanır, həmin hüquq sahibləri iddia icraatı qaydasında cavabdeh qismində cəlb edilmədən bu hüquqlar konteksində şəhadətnamənin etibarsızlığı həll edilə bilməz. Əksi yanaşma ona gətirib çıxarardı ki, əqdin etibarsızlığını mübahisələndirən iddiaçı cavabdeh qismində əqdin tərəflərini deyil, həmin əqdi təsdiq edən notariusu cəlb etsin. Bu isə qanunvericiliyin maddi və prosessual hüquq normaları baxımından mümkün deyil. Çünki hüquq və tələblərin yönəldiyi cavabdeh notarius deyil, şəhadətnamə sahibi olan şəxslərdir. Fərz etsək ki, iddiaçının iddiası şəhadətnamənin etibarsızlığı deyil, notariat hərəkətlərindən və ya hərəkətlərin aparılmasından imtinadan xüsusi icraat qaydasında verilmiş şikayətdir. Həmin məsələ də iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında şikayət formasında həll edilməlidir. Belə ki, AR MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qanunvericinin eyni hüquqi məntiqi AR MPM-nin ləğv edilmiş 342.5-ci maddəsində də davam etdirilir. Həmin maddədə qeyd edilir ki, aparılmış notariat hərəkəti əsasında hüquq barədə maraqlı şəxslər arasında yaranmış mübahisəyə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılır. Yuxarıda sərgilən hüquqi mövqe Ali Məhkəmənin Plenum qərarında da izlənilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Həmin qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması , yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 9.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Hesab etsək ki, iddiaçı buna hüququ olmadığı halda notariusun hərəkətlərini xüsusi icraat qaydasında şikayət formasında deyil, iddia icraatı qaydasında mübahisələndir Məhkəmə prosessual qənaət prinsipini əsas götürərək iddiaçının bu tələbinə də cavab verməyi və hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. İddiaçının dəlili ondan ibarətdir ki, notarius miras qoyanın vərəsələrinin dairəsini tam müəyyən edib vərəsəlik şəhadətnaməsi verməli olduğu halda, qanunvericiliyin və təlimatın bu tələblərini pozaraq vərəsəlik şəhadətnaməsi vermişdir. İddiaçı iddiasının hüquqi əsası ki, Təlimatın 13-cü və 102-ci bəndlərinə istinad etmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın həmin bəndlər aşağıdakı kimidir:
102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
13. Notarius notariat hərəkətlərini apararkən bu Təlimatın 19-cu hissəsinin ikinci abzasında göstərilmiş məlumatları "Elektron notariat" informasiya sistemindən istifadə etməklə yoxlamalıdır.
19. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilibedilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Göründüyü kimi iddiaçının istinad etdiyi həmin qaydalarda da notariusun vərəsələrin dairəsinin müəyyən edilməsi kimi bir vəzifəsi təsbit edilməmişdir Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, tətbiq edilməli hüquq normalarını əsas tutaraq və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı miras qalmış əmlakı nə rəsmi, nə də ki, faktiki qaydada qəbul etmiş, faktiki idarəçiliyə dair hər hansı hərəkət etməmiş, iddiaçı əsli olmayan cavabdehə qarşı qaldırılmış, iddia ərizəsində qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə verilmiş şəhadətnamələrin etibarsızlığı ilə bağlı iddia tələbinin rədd edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеhlər Ağdaş rayon Notariat Ofisi, A.R.Ə.N Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və 3-cü şəxslər Cavabdeh3, X40, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası yuxarıda sadalanan əsaslara görə rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cаvаbdеhlər Ağdaş Rayon Notariat Ofisi, A.R.Ə.N Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və 3-cü şəxslər Cavabdeh3, X40, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nizam Əliyev