Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1118/2023 12.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Mingəçevir şəhər Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Mingəçevir şəhər Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ölmüş X8nun mülkiyyətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin *7 saylı Yevlax Ərazi İdarəsində dövlət qeydiyyatına alınmaqla ünvan 1 ünvanda torpaq sahəsi və fərdi yaşayış evləri vardır. Atasının sağlığında iddiaçı ata evinə rahatlıqla gəlir və orada qalırdı. Belə ki, həmin evlərdən biri *950-ci illərdə tikilmiş, 2 mərtəbəli olmaqla, birinci və ikinci mərtəbələrdə 2 otaq və 2 aynabənddən (zal) ibarətdir. Bundan başqa, təxminən 6-7 il bundan əvvəl həmin həyətdə daha bir ev tikilmişdir. Həmin ev də * mərtəbəli olmaqla, * mətbəx, 2 otaq və zaldan ibarətdir. Atası xx.xx.2020-ci il tarixdə öldükdən sonra hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, onun oğlu Vüqar və arvadı Səmayə müxtəlif maneələr yaradır. Onlara bildirəndə ki, bu onun ata mülküdür və həmin mülkdə onun da payı var, onlar iddiaçıya həmin mülkün onlara məxsus olduğunu bildirirdilər. Bundan sonra, atasının ölümündən sonra faktiki olaraq qanun üzrə birinci növbədə vərəsələri iddiaçı və qardaşıdır. Lakin bütün bunlara baxmayaraq, Cavabdeh2 atasının ölümündən sonra ünvan 1 ünvanda fərdi yaşayış evlərini və torpaq sahəsindən ibarət miras qaldığını, iddiaçının atasının vərəsəsi olmağına baxmayaq, onun həmin evə gəlib qalmağına imkan vermirlər. Notariat ofisinə qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi haqqında müraciət edən zaman ona məlum olmuşdur ki, Cavabdeh2 tərəfindən Mingəçevir şəhər Notariat ofisində 0*.*2.2020-ci il tarixli, V-338 və 3*.03.202*-ci il tarixli, 2V-245 vərəsəlik şəhadətnaməsi verilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, həmin vərəsəlik işinə aid sənədləri iddiaçıya təqdim etməmişlər. Belə ki, mərhum atasının qanun üzrə iddiaçı da vərəsəsi olmağına baxmayaraq, cavabdeh Mingəçevir şəhər Notariat ofisinin xüsusi notariusu atasının ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı vərəsələrinin dairəsini dəqiq müəyyən etməmiş, bunun əvəzinə Cavabdeh2 adına mərhum atasından ünvan 1 ünvanda miras qalmış torpaq sahəsinə və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamə ilə yalnız Cavabdeh2 mərhum atasının qanun üzrə vərəsəsi kimi bütünlüklə irs almışdır ki, bu da yolverilməzdir. Hesab edir ki, cavabdeh Mingəçevir şəhər Notariat ofisi xx.xx.2020-ci il tarixdə ölmüş X8nun ölümündən sonra ünvan 1 ünvanında miras qalmış həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yalnız Cavabdeh2 bütövlükdə irs almasına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələblərinə əməl etməyərək qanun üzrə birinci növbəli vərəsə kimi onun vərəsəlik hüququ üzrə qanunla qorunan hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş X8nun mülkiyyətində olan ünvan 1 ünvanında miras qalmış həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evlərinə dair Cavabdeh2 adına Mingəçevir şəhər Notariat ofisində açılmış 0*.*2.2020-ci il tarixli, V-338 nömrəli və 3*.03.202*-ci il tarixli, 2V-245 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinin məzmununda atasından miras qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etsə də, iddia ərizəsinin xahiş hissəsində texniki səhvə yol vermişdir. Buna görə də məhkəmədən xx.xx.2020-ci il tarixdə ölmüş X*2 mülkiyyətində olan ünvan 1 ünvanında miras qalmış həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh2 adına Mingəçevir şəhər Notariat ofisində açılmış 0*.*2.2020-ci il tarixli, V-338 nömrəli vərəsəlik işi üzrə 3*.03.202*ci il tarixli, 2V-244 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, o, X8nun mülkiyyətində olan ünvan 2 ünvanında doğulmuş, orada böyümüş, orada ailə qurmuş və evləndiyi vaxtdan bugünə kimi də öz ailəsi ilə birlikdə orada yaşayır. Valideynləri də ölən günədək onlarla birlikdə yaşamışlar. X2 *5.02.20*8-ci ildə, X8 isə xx.xx.2020-ci ildə ölmüşlər. X8 ölməmişdən əvvəl bir müddət xəstə yatmış, 2 il onun xəstəsinə onlar, yəni o və ailəsi baxmışdır. Anasının və atasının dəfnini, bütün yas mərasimlərini də onlar vermişlər. Valideynlərinin digər övladları da yas mərasimlərində iştirak etmişlər. Atasının ölümündən 6 ay sonra, yəni mirası qəbul etmə müddəti bitdiyinə, bu müddət ərzində mirasın qəbul edilməsi üçün heç kim müraciət etmədiyinə və valideynlərindən qalmış mirası ancaq o, qəbul etdiyinə görə ünvan 3 ünvanında yerləşən mülkiyyəti öz adına rəsmiləşdirmişdir. Valideynlərinin ondan başqa 2 oğlu və * qızı vardır ki, onların hər biri evli olmaqla və hər birinin öz evləri olmaqla ayrı-ayrı ünvanlarda yaşayırlar. Nə o, nə də ailə üzvləri heç vaxt digər vərəsələrin, yəni bacı və qardaşlarının ata evinə qonaq gəlmələrinə, orada yaşamalarına etiraz etməmişlər və bu gün də etiraz etmirlər, onların hər biri nə vaxt istəsələr atalarından qalmış evə qonaq gələ və orada qonaq kimi qala bilərlər. Ancaq həmin evdən onlara pay verilməsinə qəti etiraz edirlər. Çünki onlar hələ valideynlərinin sağlığında və ondan sonra hazırda iddia olunan evə nə qədər xərc çəkmişlər, orada nə qədər təmir işləri görmüşlər, mirası onlar qəbul etmişlər. İddiaçı iddia ərizəsində qeyd etdiyi sözügedən ünvandakı ikinci evin atasından miras qalmış evə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin evin tikildiyi 2,6 sot torpaq sahəsini hələ atasının sağlığında oğlu Cavabdeh3 bağışlamış və o da orada ev tikdirmişdir. İddia ərizəsində göstərilən həyətdə olan ikinci ev həmin evdir ki, o, yalnız oğlu Vüqara aiddir. Odur ki, iddia ərizəsində göstərilənlərə qəti etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, o, Cavabdeh2 ilə *6 aprel *986-cı il tarixdə evlənərək X*2 mülkiyyətində olan ünvan 2 ünvanına gəlin gəlmiş və həmin vaxtdan bugünə kimi də öz ailəsi ilə birlikdə orada yaşayır. Ərinin valideynləri də ölənədək onlarla birlikdə yaşamışlar. X* *5.02.20*8-ci ildə, X3 isə xx.xx.2020-ci ildə ölmüşlər. X3 ölməmişdən əvvəl bir müddət xəstə yatmışdır, onlar 2 il onun xəstəsinə baxmışlar. Qayınanasının və qayınatasının dəfnini, bütün yas mərasimlərini də onlar vermişlər. Qayınanası və qayınatasının ölümündən sonra, onlardan qalmış mirası onlardan başqa heç kim qəbul etmədiyinə və mirasın qanunda nəzərdə tutulmuş qəbul edilmə müddəti bitdiyinə, həmin ünvanda onlardan başqa heç kim qeydiyyatda olmadığına görə bu müddət ərzində mirasın qəbul edilməsi üçün heç kim müraciət etmədiyinə görə əri Cavabdeh2 Notariat ofisinə müraciət etmiş, mirası, yəni ünvan 3 ünvanda yerləşən mülkiyyəti öz adına rəsmiləşdirmişdir. O və digər ailə üzvləri heç vaxt iddiaçının, digər qayını və baldızının ata evinə qonaq gəlmələrinə, orada yaşamalarına etiraz etməmişlər və bu gün də etiraz etmirlər. Onların hər biri nə vaxt istəsələr atalarından qalmış evə qonaq gələ və orada qonaq kimi qala bilərlər. İddiaçı iddia ərizəsində qeyd etdiyi sözügedən ünvandakı ikinci evin tikildiyi torpaq sahəsini mərhum qayınatası sağlığında ikən oğlu Cavabdeh3 bağışlamış və o da orada ev tikdirmişdir. Həmin evin qayınatasından miras qalmış evə heç bir aidiyyəti yoxdur. İkinci ev yalnız oğlu Vüqara aiddir. Onlar hazırda yaşadığıqları evdə nə qədər təmir işləri gördürmüşlər. Odur ki, iddia ərizəsində göstərilənlərə qəti etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, atasının yas və dəfn mərasimlərinin xərclərini o ödəmişdir. Atasının miras əmlaklarından imtina etməmişdir. Atasının vəfatından sonra həmin evə öz şəxsi əşyalarını, mebellərini aparmışdır. Qardaşı ilə aralarıda şifahi olaraq paylara dair razılaşdıqlarından, vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etməmişlər. Lakin sonradan qardaşı Elşən onun əşyalarını yararsız hala salmışdır. Daha sonra isə öyərnmişdir ki, qardaşı yaşadığı Ağdaş rayonunda fəaliyyət göstərən notariat ofisinə deyil, başqa şəhərdə yerləşən notariat ofisinə yaxınlaşmış və yalan məlumat verməklə, qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Notarius isə ona heç bir məlumat vermədiyindən, onun bu barədə məlumatı çox gec olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh4 iddianı qəbul etməyərək bildirdi ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız deyil. Belə ki, İddiaçı 47 ildir ki, Gəncə şəhərində yaşayır. Onlar isə 37 ildir ki, mübahisə predmeti olan ünvanda yaşayırlar. Həmin evin bərpa, təmir və tikinti işlərində əziyyəti var. Onlar notariat ofisinə müraciət edərkən İddiaçı pay istəyib-istəmədiyini soruşmamışlar. Lakin digər bacı və qardaşlar həmin mülkün vərəsəlik hüququ ilə onların adına rəsmiləşdirilməsinə şifahi olaraq razılıq vermişlər. Buna görə də iddiaçının iddiası əsassızdır və təmin edilməməsini xahiş etdi. Cavabdeh Mingəçevir şəhər Notariat ofisinin nümayəndəsi Ramin Muradov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 02 may 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 369/* saylı ölüm haqqında arayışdan görünür ki, X*6 24 sentyabr 2020-ci il tarixdə Durğunluq ürək çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan 02 may 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 369 saylı ölüm haqqında arayışdan görünür ki, X6 *5 fevral 20*8-ci il tarixdə Dəqiqləşdirilməmiş hipostatik pnevmaniya səbəbindən ölmüşdür. İşin materiallarında olan 02 may 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 368 saylı nikah haqqında arayışdan görünür ki, X*6 ilə X5 *6 aprel *952-ci il tarixdə 33* №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. İşin materiallarında olan 02 may 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 2*5429 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx *954-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, X8, anası isə X4r. İşin materiallarında olan 3*.03.202*-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Notariat ofisində reyestrdə 2V-244 nömrə ilə qeydə alınmış Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, ƏMDK-nın yanında DƏDRX-nin *7 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X*4 verilmiş 9030*30738*9-*030* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 69,90 kv/m olan fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi sahəsi 0,0338 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2020-ci il tarixdə ölmüş X*2 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2dur və o, miras əmlakdan pay almalıdır. İşin materiallarında olan 3*.03.202*-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Notariat ofisində reyestrdə 2V-245 nömrə ilə qeydə alınmış Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X*2 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2dur və o, miras əmlakdan pay almalıdır. Miras əmlak Yevlax Ş RQİB 9 tərəfindən verilmiş *0.07.200*-ci il tarixli AA3650** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA2*0*30C4058224, mühərrikin nömrəsi ******* və buraxılış ili *982-ci il olan VAZ 2*0*3 MİNİK markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş şəhəri, N.Nərimanov küçəsi dalan 4, 3-cü dalanda yerləşən 0,0338 hektar yaşayış məntəqələrinin torpaqları X*2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2020-ci il tarixli, 285* saylı arayışın surətindən görünür ki, 08.03.*929-cu il tarixdə Ağdaş rayonu, Aral bir kəndində doğulmuş və ölüm akt qeydində son yaşayış yeri Ağdaş rayonu, Nəriman Nərimanov küç-3/4 ünvanı qeyd olunmuş X7nun ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Arvadı - X6 (ölüb), oğulları Cavabdeh2, X*7, İddiaçı, X*5 və qızı X*9. Beləliklə, ünvan 8 ünvanında yerləşən 0,0338 hektar sahədən ibarət yaşayış məntəqələrinin torpaqları hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X7nun adına rəsmiləşdirilmişdir. X7 xx.xx.2020-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlaka sahiblik etmək üçün oğlu Səlimov X*3 regional “ASAN xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işi açdıraraq öz adına rəsmiləşdirmiş və bu barədə ona 0*.*2.2020-ci il tarixli, V-338 nömrəli və 3*.03.202*-ci il tarixli, 2V-245 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin **33.*-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **57-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin **59.*.*-ci maddəsindən məlum olur ki, ölənin uşaqları, arvad (ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin *243.*-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 20**-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 20*2-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun *-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə *0 may 2007-ci il tarixli Qərarı). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Göründüyü kimi Cavabdeh2 qeydiyyatda olduğu və yaşadığı ərazidə yerləşən Ağdaş rayon Notariat ofisinə deyil, Mingəçevir regional “ASAN xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işinin açılması üçün müraciət etmiş, iş üzrə iddiaçıya nə cavabdehlər, nə də Mingəçevir regional “ASAN xidmət” mərkəzində notarius tərəfindən heç bir məlumat verilməmiş, buna təşəbbüs belə göstərilməmiş, əksinə Cavabdeh2 notariatiusa iddiaçının ünvanını bildirməmiş, notarius isə ümumiyyətlə digər vərəsələrə hər hansı formada məlumat verilməsinə cəhd etməmiş, o cümlədən iddiaçının vərəsəlik işinin açılmasından məlumatı olmamaqla fikri öyrənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixdə ölmüş X*2 mülkiyyətində olan ünvan 1 ünvanında miras qalmış həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh2 adına Mingəçevir şəhər Notariat ofisində açılmış 0*.*2.2020-ci il tarixli, V-338 nömrəli vərəsəlik işi üzrə 3*.03.202*ci il tarixli, 2V-244 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Mingəçevir şəhər Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. xx.xx.2020-ci il tarixdə ölmüş X*2 mülkiyyətində olan ünvan 1 ünvanında miras qalmış həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh2 adına Mingəçevir şəhər Notariat ofisində açılmış 0*.*2.2020-ci il tarixli, V-338 nömrəli vərəsəlik işi üzrə 3*.03.202*-ci il tarixli, 2V-244 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1118/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1118/2023
12.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver