Məhkəmə qərarları › İş №2(014)-1123/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1123/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1123/2023 27.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs10 iştirakları ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, X21, Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5, Maraqlı şəxs10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, X21, Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5, Maraqlı şəxs10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X22, X10, X18, X25, X26 və Maraqlı şəxs10 mülkiyyətinə ünvan 1ində yerləşən ümumi sahəsi 0,51 və 0,56 ha torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair Səhadətnamə verilmişdir. 1998-ci ildə torpaq islahatı keçirilən zaman Səlimova (Cabbarova) Lalə Mahir qızı və ailə üzvləri ünvan 1 sakinləri olmuşlar. Həyətyanı təyinatlı torpaq sahəsi 13 avqust 2003-cü ildə DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən JN-048A və JN-048F nömrəli kod 90317018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, şəhadətnamədə X27 əvəzinə X26 olaraq qeyd edilmişdir. Şəhadətnamədə mülkiyyətçi olaraq Maraqlı şəxs1 qeyd edilmişdir. Şəhadətnamə Maraqlı şəxs1 ailə üzvlərinə verilib və Şəhadətnamədə Maraqlı şəxs1 ailə üzvləri qeyd edilib. Maraqlı şəxs1 qızı olaraq X27 əvəzinə X26 qeyd edilmişdir. Hansıki Maraqlı şəxs1 ailə üzvlərinin arasında X26 olmamışdır. Hazırda torpaq sahəsinə çıxarış əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlara həmin torpaq sahəsini onlara maraqlı orqan ƏMDK-nın yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsində adlarına qeydə aldırmaq üçün lazımdır, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs10 ailə üzvlərinin mülkiyyətinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhvə yol verillərək bacısı X11 adı X7 qeyd edilmişdir. Ailə üzvlərində Jalə adlı şəxs yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, X21, Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, X21, Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və Maraqlı şəxs1 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Maraqlı şəxs1 və ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçinin adı Lalə əvəzinə Jalə kimi qeyd edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 3-21-3-35/2-S-0042-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998ci il tarixli 21 saylı qərarı ilə JN-048A KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X22, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X10, X18, X25, X26 və Maraqlı şəxs10 mülkiyyətinə ünvan 1ində 0,56 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998ci il tarixli 21 saylı qərarı ilə JN-048F KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X22, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X10, X18, X25, X26 və Maraqlı şəxs10 mülkiyyətinə ünvan 1ində 0,51 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 adına qeydiyyatda olan AR DT və XK-si tərəfindən verilmiş JN-048F KOD 90317018 saylı DT və XK-sı Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi (2712, xx.xx.1999) “Toprağa mülkiyyət hüququna dair” Dövlət aktının “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin adlı siyahısında ailə üzvi olan X26 əvəzinə X27 yazılmışdır. İşin materiallarında olan 7 may 2015-ci il tarixdə Ağdaş rayon Xosrov kənd İƏD-si üzrə nümayənədliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Lalə Mahir qızı ilə 7 may 2015-ci il tarixdə 05 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. İşin materiallarında olan 01 iyun 2013-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kənd İƏ nümayəndəliyi nümayənədliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 İnci Mahir qızı ilə 1 iyun 2013-cü il tarixdə 08 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İşin materiallarında olan 5 iyun 2010-cu il tarixdə Qəbələ rayon Bəyli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Şəhanə Mahir qızı ilə 5 iyun 2010-cu il tarixdə 02 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Nəsibov, arvada Nəsibova soyadı verilmişdir. İşin materiallarında olan 18 iyun 2007-ci il tarixdə Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd İƏD-si tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 Rəqsanə Mahir qızı ilə 18 iyun 2007-ci il tarixdə 06 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İşin materiallarında olan 24 yanvar 2008-ci il tarixdə Ağdaş rayon Xosrov kənd İƏDsi üzrə nümayənədliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Günay Mahir qızı ilə 24 yanvar 2008-ci il tarixdə 04 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. İşin materiallarında olan 18 dekabr 2014-cü il tarixdə Ağdaş rayon Xosrov kənd İƏD-si üzrə nümayənədliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Kamalə Mahir qızı ilə 18 dekabr 2014-cü il tarixdə 19 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İşin materiallarında olan ASAN-Qəbələ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə ünvan 1ində doğulmaqla, Qəbələ rayonu, Mirzəbəyli kəndi ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi və Maraqlı şəxs1 izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası Maraqlı şəxs1 və ailə üzvlərinin mülkiyyətinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı JN-048A və JN-048F KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə texniki səhv olaraq ərizəçinin adı “Lalə” əvəzinə “Jalə” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı JN-048A KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X22, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X10, X18, X25, X27 və Maraqlı şəxs10, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı JN-048F KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X22, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X10, X18, X25, X27 və Maraqlı şəxs10 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, X21, Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5, Maraqlı şəxs10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı JN-048A KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X22, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X10, X18, X25, X27 və Maraqlı şəxs10; Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı JN-048F KOD 90317018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X22, Maraqlı şəxs4, X17, Maraqlı şəxs3, X10, X18, X25, X27 və Maraqlı şəxs10 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar