Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-114/2023 17.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 07 dekarb 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, M.Hüseynzadə küçəsi, ev 11, mənzil 18 qeydiyyatda olmaqla, hal-hazırda Şəki Penitensiar müəssisəsində cəza çəkir. İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmünə əsasən CM-in 120.2.4 maddəsi ilə təqsirli bilinərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli xx.xx.2018 tarixindən hesablanmışdır. İddiaçı istintaq altında olarkən xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında ona məxsus (valideyinlərindən miras qalmış) ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə dair hüquqlarını həyat yoldaşı Cavabdeh1 etibar etmişdir. Sonradan yəni 2 gün sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh1 İddiaçı bildirmədən həmin mənzili qardaşı Cavabdeh3 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən Cavabdeh3 ƏMDK-ın yanında DƏDRX-ın Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********87-0501-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış tam mülkiyyət üzrə verilmişdir. Həmin çıxarışa əsasən Cavabdeh3 qeyd olunan əmlakı Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixində satmışdır. Mənzilin satılmasından xəbər tutan İddiaçı Cavabdeh1 ilə əlaqə yaratmağa cəhdlər etsə də, buna nail olmamış, sonradan qaynı Cavabdeh3 ilə telefon əlaqəsi yaratmış və həmin vaxt Füzuli ona bildirmişdir ki, mənzili sataraq ona yeni mənzil almışdır. Həmin mənzilin nə üçün satıldığını və nə üçün yeni mənzil alındığı barəsində isə sualları cavabsız qalmışdır. İddiaçı valideyinləri və yeganə qardaşı vəfat etdiyi üçün faktiki olaraq mənzilin idarə olunması məqsədilə Cavabdeh1 etibarnamə vermişdir. Etibarnamə verərkən İddiaçı törətdiyi ağır cinayətin təsiri altında olduğu üçün həmin etibarnamədə qeyd olunanları tam anlamamış və imzalayarkən mahiyyətini dərk etməmişdir. Sonradan İddiaçı cavabdehlər Cavabdeh1 və onun qardaşı Cavabdeh3 tərəfindən qabaqcadan düşünülmüş şəkildə mənzilin satılaraq gəlir əldə etmələri niyyətində olduqları qənaətinə gəlmişdir. Etibarnamələrdən göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 verilmiş etibarnamə əsasında cəmi iki gün sonra, yəni xx.xx.2018-ci il tarixdə Cavabdeh1 mənzili qardaşı Cavabdeh3 bağışlama müqaviləsi əsasında bağışlamışdır. Cavabdeh3 isə həmin müqaviləyə əsasən qısa müddət ərzində (6 gün) mənzili öz adına tam mülkiyyət üzrə çıxarış almışdır. Çıxarış aldıqdan sonra isə Cavabdeh3 həmin mənzili satmışdır. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını qəbul etmirəm. MM-in 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki işin materiallarında mövcud Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)- 827/2021 saylı qərarından da göründüyü kimi İddiaçı 04 avqust 2018-ci il tarixli bağışlama müqaviləsindən xəbəri olmuş və müqavilə bağlanan tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixinədək 1 illik kəsici müddəti ötürmüşdür. Mülki iş üzrə məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəm. İşə mənim iştirakım olmadan baxıb iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanılan bağışlama müqaviləsinin, eyni zamanda Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanılan alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh3 ƏMDK yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********87- 0501-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə tanış olarkən görürük ki, iddia ərizəsi tamamilə yalan məlumatlardan ibarətdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “istintaq altında olarkən xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında ona məxsus (valideynlərindən miras qalmış) ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə dair hüquqlarını həyat yoldaşı Cavabdeh1 etibar etmişdir. Sonradan yəni 2 gün sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh1 İddiaçı bildirmədən həmin mənzili qardaşı Cavabdeh3 bağışlamışdır”. Daha sonra iddiaçı iddia ərizəsində yalan məlumatlarına davam edərək qeyd etmişdir ki, “mənzilin satılmasından xəbər tutan İddiaçı Cavabdeh1 ilə əlaqə yaratmağa cəhdlər etsə də buna nail olmamış, sonradan qaynı Cavabdeh3 ilə telefon əlaqəsi yaratmış və həmin vaxt Füzuli ona bildirmişdir ki, mənzili sataraq ona yeni mənzil almışdır. Həmin mənzilin nə üçün satıldığı və nə üçün yeni mənzil alındığı barəsində isə sualları cavabsız qalmışdır”. Lakin qeyd edilən məlumatlar uydurma olmaqla məhkəməni yanıldaraq əsassız iddianı təmin etdirilməsi üçün atılmış addımdır. Belə ki, İddiaçı məhz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzili qardaşım Cavabdeh3 bağışlamaq üçün ona xx.xx.2018-ci il tarixli etibarnamə vermişdir. Belə ki, iş materiallarında mövcud Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri X10 ASAN Xidmət Mərkəzinin xüsusi notariusu Nidayət Rzayevə ünvanladığı 02 avqust 2018ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər prokurorluğunda Azərbaycan respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı şəhər prokurorluğuna müraciət edərək mülkiyyətində olan – ünvan 5 ünvanında yerləşən evini qaynı – Cavabdeh3 bağışlamaq üçün ona şərait yaradılmasını xahiş etmişdir. Odur ki, Mingəçevir şəhər prokurorluğunun inzibati binasında təqsirləndirilən şəxs İddiaçı iştirakı ilə müvafiq notariat hərəkətlərinin aparılmasını təşkil etməyinizi xahiş edirəm. Yuxarıda qeyd edilən 02 avqust 2018-ci il tarixli məktubdan da görünür ki, hazırkı iş üzrə İddiaçı məhz mülkiyyətində olan mənzilin Cavabdeh3 bağışlanması üçün ona etibarnamə vermişdir. Deməli iddiaçının guya həmin etibarnaməni başqa məqsədlərlə ona verməsi və mənzilin Cavabdeh3 bağışlanılmasından xəbərinin olması tamamilə yalandır. Həmçinin, İddiaçı mübahisəli mənzilin Cavabdeh3 tərəfindən satılmasından guya xəbərinin olmaması ilə iddia ərizəsində qeyd etdikləri də tamamilə uydurmadır. Belə ki, qardaşı həmin mənzili satmaq istəsə də, orada qeydiyyatda olan şəxslərin razılığı tələb edildiyindən o, həmin mənzildə qeydiyyatda olan şəxslərin razılığı tələb edildiyindən bunu edə bilmirdi. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ona görə də qardaşım Cavabdeh3 məcbur qalaraq həmin mənzildə qeydiyyatda olan şəxslərin o cümlədən İddiaçı mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün cavabdeh Mingəçevir Şəhər Polis Şöbəsinə qarşı Cavabdeh1, İddiaçı, X8 və X5 ünvan 20 (yeni qaydalarla: ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişəm. Həmin iddia ərizəsinə Şəki İnzibati Məhkəməsində baxılarkən üçüncü şəxs İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Belə ki, ünvan 8 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmuş və həmin mənzil xx.xx.2018-ci il tarixli 47-720 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə iddiaçıya bağışlanmışdır. Mənzil bağışlanan zaman mənzildə heç kim yaşımırdı və mənzildə heç kimin əmlakı yox idi, tamamilə boş olmuşdur. O, həmin vaxt X7 cəza çəkirdi. Həyat yoldaşı isə özünə məxsus Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən evdə birgə nikahlarından olan övladları X14 ilə birlikdə yaşayırdı və hazırda da Şəki rayonu Çayqaraqoyunlu kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Əvvəlki nikahından olan qızı X9 isə babasının himayəsindədir. Babası tərəfindən qəyyumluğa götürülmüşdür və Mingəçevir Şəhərində babası ilə birlikdə yaşayır. Cavabdeh3 iddia ərizəsinin təmin edilməsini xahiş edir. İddiaçı daha öncə Şəki İnzibati Məhkəməsinə ünvanladığı ərizəsində də görünür ki, o mübahisəli mənzilin özü tərəfindən ona bağışladığını bildirir və hətta həmin mənzildən qeydiyyatdan çıxarılmasına heç bir etirazının olmadığını bildirir. MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki işin materiallarında mövcud Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 827/2021 saylı qərarından da göründüyü kimi İddiaçı artıq xx.xx.2021-ci ildən qabaq 04 avqust 2018-ci il tarixli bağışlama müqaviləsindən xəbəri olmuş və həmin tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixinədək 1 illik kəsici müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçının hazırkı iddia ərizəsində qeyd edilənlərlə daha öncəki ərizələrində qeyd edilənlər üst-üstə düşmür və əvvəlki ərizələrdə qeyd edilənlər hazırkı iddianın əsassız olmasını sübut edir. Nəticə etibari ilə onu qeyd edə bilərəm ki, iddiaçının qeyd etdiyi xüsusatlar yalan olmaqla heç bir mötəbər sübutla sübuta yetirilmir və iddiaçı qeyd edilənləri sübut edəcək heç bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Əksinə qeyd etdiyim mötəbər sübutlar onun iddiasının əsassız olmasını tamamilə sübuta yetirir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Belə ki, MPM-nin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-nin müki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyatı və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi bir qayda olaraq “hər bir məntiqi şübhədən kənar”sübut etmə standartını qəbul edir (Avropa Məhkəməsinin “X2rşı” (İreland v. United Kingdom) işi üzrə 18 yanvar 1978-ci il tarixli Qətnaməsi, Series A, № 25, pp.64-65, § 161). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Kostitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı iddia ərizəsində istərsə də ona əlavə edilmiş sənədlərlə iddia tələbini heç bir sübutla sübuta yetirə bilməmiş və ümumiyyətlə onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ belə yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prossusual Məcəlləsinin 154.1 ci maddəsini rəhbər tutaraq xahiş edrəm: İddiaçı “bağışlama müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarasınız. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasını qəbul etmir. MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki işin materiallarında mövcud Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)- 827/2021 saylı qərarından da göründüyü kimi İddiaçı artıq xx.xx.2021-ci ildən qabaq 04 avqust 2018-ci il tarixli bağışlama müqaviləsindən xəbəri olmuş və həmin tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixinədək 1 illik kəsici müddəti ötürmüşdür. Mülki iş üzrə məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcək. İşə onun iştirakı olmadan baxıb iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan xx.xx.2018-ci il tarıxli, AR-İ № 625047 saylı etibarnamədən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA № ******* saylı çıxarışa əsasən ona məxsus olan Mingəçevir şəhəri, M.Hüseyn küçəsi ev 11, ünvanında yerləşən 18 saylı mənzili bağışlamağı bununla əlaqədar lazımı sənədləri təqdim etməyi, almağı, sənədlərə imza etməyi, adından ərizə yazmağı, imzalamağı, notariat kontorunda bağışlama müqaviləsini rəsmiləşdirməyi, bağışlama olə əlaqədar bank əməliyyatlarını aparmağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli, **********720 saylı Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, İddiaçı (etibarnamə üzrə nümüyəndəsi Cavabdeh1) tam mülkiyyət üzrə ona məxsus ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 70,16 kv.m, yaşayış sahəsi 47,07 kv.m, yardımçı sahəsi 23,09 kv.m, olan 3 otaqlı mənzili qayını Cavabdeh3 bağışlamışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 tam mülkiyyət üzrə ona məxsus ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 75 kv.m, yaşayış sahəsi 47,1 kv.m, yardımçı sahəsi 27,9 kv.m, olan 3 otaqlı mənzili Cavabdeh2 satmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********54 saylı məktubundan görünür ki, mərhumə X1 mülkiyyətində olan ünvan 13 nömrəli evin 18 saylı mənzil xx.xx.2011-ci il tarixli 2V-34 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-720 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən Cavabdeh3 verilmiş və onun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-42 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmış və onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-757/2023 saylı məktubundan görünür ki, Cavabdeh3 (fin: xxxxxxx) adına Mingəçevir şəhəri, X24 küçəsi 23 ünvanında yerləşən 10 nömrəli mənzil üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. ünvan 13 ünvanında yerləşən 18 nömrəli mənzil üzərində Cavabdeh3 (fin: xxxxxxx) mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Mingəçevir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş 11.01 2022-ci il tarixli 4Ə-42 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmışdır. Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan üçüncü şəxs İddiaçı tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X6 cavabdeh Mingəçevir şəhər Polis şöbəsinə qarşı, Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, 158-142097-3221 saylı imtinasının qanunsuz hesab edilməsi və X8, X15, İddiaçı və X5 ünvan 10 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin materiallarında olan Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 55/X-23 saylı məktubundan görünür ki, məhkum İddiaçı 02 avqust 2018-ci il tarixdə şəhər prokurorluğuna ünvanladığı mülkiyyətində olan mənzilinin bağışlanması məzmunlu müraciəti sonuncu barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinə əlavə olunaraq 27 sentyabr 2018-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)130/2018 saylı məktubundan görünür ki, məhkum İddiaçı 02 avqust 2018-ci il tarixdə Mingəçevir şəhər prokurorluğuna ünvanladığı mülkiyyətində olan mənzilinin bağışlanması məzmunlu müraciəti İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi materiallarına əlavə olunmamışdır. İşin materiallarında olan X3 xx.xx.2023-cü il tarixli, 3-16-17/33/2-558/2023 saylı məktubundan görünür ki, məhkum İddiaçı yanına arvadı Cavabdeh1 xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə gəlmişdir. Qayını Cavabdeh3 oğlunun onun yanına görüşə gəlməsi ilə bağlı “Görüşlərin, sovqat, bağlama və banderolların verilməsinin qeydiyyat vərəqəsi”ndə heç bir məlumat yoxdur. İşin materiallarında olan Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin xx.xx.2023-cü il tarixli, № 64 saylı məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixində 50 saylı əmrlə süpürgəçi işinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində 48 saylı əmrlə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə (proqulçu kimi) işdən azad edilmişdir. İşin materiallarında olan Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2018-cü il tarixli, № ********* saylı məktubundan görünür ki, Mingəçevir şəhər prokurorluğunda Azərbavcan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinavət işi üzrə təqsirləndirilən şəxs X16 şəhər prokurorluğuna müraciət edərək mülkiyyətində olan - ünvan 18 ünvanında yerləşən evini qaynı - Cavabdeh3 bağışlamaq üçün ona şərait yaradılmasını xahiş etmişdir. İşin materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 827/2021 saylı qərarından görünür ki, iddianın təmin edilməsi, üçüncü şəxslər Cavabdeh1, İddiaçı, X8 və X5 ünvan 20 (yeni qaydalarla: ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Mingəçevir Şəhər Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İşin materiallarında olan X3 xx.xx.2023-cü il tarixli, 17/33-40 saylı məktubunun qoşmasında olan tibbi arayışdan görünür ki, Məhkum İddiaçı xx.xx.2018-ci il tarixdən Şəki penitensiar müəssisəsində cəza çəkir. Müəssisəyə daxil olarkən sağlamlığı ilə bağlı heç bir şikayəti olmamışdır. Müəssisədə cəza çəkdiyi müddət ərzində xx.xx.2019-cu il tarixdə “Kəskin respirator xəstəlik” diaqnozu ilə müvafiq ambulator müayinə və müalicə kursuna cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə əsəbilik, yuxusuzluq, ətrafdakılara qarşı aqressiya şikayətləri ilə Tibb-sanitar hissəsinə müraciət etdiyi üçün, xx.xx.2021-ci il tarixdə psixi sferanın müayinəsi üçün Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmişdir. Müalicə müəssisəsində məhkuma “Üzvi mənşəli emosional labil pozuntu. Xroniki virus hepatiti B subklinik forma” diaqnozu müəyyən edilmiş, müvafiq təyinatlar yazılaraq xx.xx.2021-ci il tarixdə Şəki penitensiar müəssisəsinə qaytarılmış və tibb kitabçasındakı qeydlərə əsasən müvafiq müalicə kursuna cəlb edilmişdir. Hazırda məhkum İddiaçı ümumi sağlamlıq vəziyyəti stabildir, vaxtaşırı profilaktik müayinələrə cəlb edilir, səhhətində hər hansı dəyişkənlik müşahidə edilərsə, ixtisaslı həkim müayinəsi və müalicəsi üçün Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndəriləcəkdir. İşin materiallarında olan qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 20 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, İddiaçı istintaq altında olarkən xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında ona məxsus (valideyinlərindən miras qalmış) ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə dair hüquqlarını həyat yoldaşı Cavabdeh1 etibar etmişdir. Sonradan yəni 2 gün sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh1 İddiaçı bildirmədən həmin mənzili qardaşı Cavabdeh3 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən Cavabdeh3 ƏMDK-ın yanında DƏDRX-ın Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********87-0501-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış tam mülkiyyət üzrə verilmişdir. Həmin çıxarışa əsasən Cavabdeh3 qeyd olunan əmlakı Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixində satmışdır. İddiaçı həmin mənzilin satılmasından xəbərinin olmamasını bildirsə də, Şəki İnzibati Məhkəməsinə ünvanlandığı ərizədən məlum olur ki, onun mənzilin satılmasından xəbəri olmuşdur. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 qarşı bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-114/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-114/2023
17.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver