Məhkəmə qərarları › İş №2(014)-1142/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1142/2020

28.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1142/2020 28.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Maraqlı şəxs2 və 3-cü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Maraqlı şəxs2 və 3-cü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 birgə paylı mülkiyyətində olub Ağdaş rayonu Ərəbocaq kəndi ərazisində yerləşən 8.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mənə satılmasına dair əqdin bağlanmış hesab edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli 2-156/2007 saylı qətnaməsini nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Maraqlı şəxs2 arasında xx xxxxxx 2014-cü ildə üçüncü şəxs Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Ağdaş rayon X5 xx xxxxxx 2002-ci il tarixli 06 saylı qərarı ilə və xx xxxx 2003-cü il tarixdə Dövlət aktı qeydiyyat kitabında 16312 nömrə ilə qeydiyyata alınmış JN-0090, kod 90311028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin birgə paylı mülkiyyətlərinə Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində 8.93 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsini 2005-ci ilin aprel ayında cavabdehlərlə qarşılıqlı razılaşma əsasında əvəzini nağd ödəməklə faktiki olaraq almışdır. Cavabdehlər həmin torpaq sahəsinə dair dövlət aktının əslini və mütəxəssislərin iştirakı ilə torpaq sahəsini naturada göstərməklə ona təhvil vermişlər. Lakin cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini Ağdaş rayon Notariat ofisində rəsmiləşdirmək üçün müəyyən bəhanələrlə boyun qaçırmışlar. Ona görə də iddiaçı cavabdehlərə qarşı “əqdin bağlanmış hesab edilməsinə” dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2-156.2007 saylı, xx xxx 2007-ci il tarixli qətnaməsi ilə Ağdaş rayon X5 xx xxxxxx 2002-ci il tarixli 06 saylı qərarı ilə və xx xxxx 2003-cü il tarixdə Dövlət aktı qeydiyyat kitabında 16312 nömrə ilə qeydiyyata alınmış JN-0090, kod 90311028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində mülkiyyətlərinə verilmiş 8.93 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir. İş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X14 qətnamədən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apelyasiya şikayəti ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2-156.2007 saylı, xx xxxxxx 2012-ci il tarixli qərardadı ilə DƏDRX-nin 17 saylı X11 Ağdaş Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə DƏDRX-nin 17 saylı X9ytarılmışdır. İş üzrə tərəf olmayan DƏDRX-nin 17 saylı X14 həmin qərardaddan şikayət verməmişdir. Göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin 2-156/2007 saylı, xx xxx 2007-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı ailə vəziyyəti ilə əlaqədar və müəyyən səbəblərdən həmin torpaq sahəsini məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra DƏDRX-nin 17 saylı X12 mülkiyyət hüququ əsasında adına qeydə aldırmamışdır. 2019-cu ilin noyabr ayında iddiaçı həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı X12 mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq istədiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 həmin torpaq sahəsini notariat ofisində alqı-satqı müqaviləsi yolu ilə başqasının adına özkəninkiləşdirmişdir. Əldə olunmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 qanunsuz yollarla, yəni həmin torpaq sahəsini iddiaçıya satmaları barədə qanuni qüvvəsini almış qətnamə olmasını DƏDRX-nin 17 saylı X10 və eləcə də Ağdaş rayon Notariat ofisindən gizlətmək yolu ilə üçüncü şəxs Ağdaş rayon Notariat ofisində xx xxxxxx 2014-cü ildə reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh Maraqlı şəxs2 satmışdır. Bununla da cavabdehlər vicdanlı alıcı kimi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Sözügedən torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 tərəfindən cavabdeh Maraqlı şəxs2 satılmasına dair üçüncü şəxs Ağdaş rayon notariat ofisinin 4Ə-508 nömrəli xx xxxxxx 2014-cü il tarixli daşımaz əmlakın alqı-satı müqavinəsi qanunsuz yolla, yəni cavabdehlər həmin torpaq sahəsini iddiaçıya satmaları barədə qanuni qüvvəsini almış qətnamə olduğu halda, həmin faktı gizlətməklə və üçüncü şəxsləri aldatmaqla rəsmiləşdirildiyindən, etibarsız hesab edilməlidir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə üçüncü şəxs Maraqlı şəxs2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi cavabdehlər tərəfindən üçüncü şəxsləri aldatmaqla bağlandığından, yəni üçüncü şəxslərə münasibətdə aldatma yolu ilə rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçını tanımır, mülkiyyətlərində olan torpaq sahəsini iddaçıya satmamışdır. Belə ki, 2005-ci ildə hazırda mübahisə predmeti olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsini Şahid vasitəsi ilə 4200 manata satmış və torpaq sahəsini satın alan şəxsin mülkiyyətinə vermişdir. Lakin torpaq sahəsi paylı mülkiyyətdə olduğudan torpağın naturada bölünməsinə dair sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Beləliklə, torpaq sahəsinin müqabilində aldığı pulu Şahid vasitəsi ilə torpağı alan şəxsə geri qaytarmışdır. Daha sonra isə sənədləşmə işlərini qaydasına qoyaraq o və digər cavabdehlərin mülkiyyətlərində olan Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 8,93 hektar torpaq sahəsini Maraqlı şəxs2 satmışlar.Əqdin bağlanmış hesab edilməsi barədə qətnamədən xəbərsizdir. Hesab edir ki,iddia əsassızdır. Odur ki,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Maraqlı şəxs2 xx xxxxxxxx 2020-ci ildə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, xx xxxxxx 2014-cü ildə cavabdehlərlə aralarında razılaşdırılmış pul məbləğini cavabdehlərə ödəməklə cavabdehlərin mülkiyyətində olan 8,93 ha torpaq sahəsini satın almışdır. Torpaq sahəsinin 7,29 ha hissəsinin daha öncədən iddiaçıya və ya başqa şəxsə satılmasından xəbəri olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Maraqlı şəxs2 və 3-cü şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə Şahid bildirdi ki, o, iddiaçını tanımır, lakin onun qardaşı Azəri tanıyır. Belə ki, iddiaçının qardaşı Azər ona qardaşı üçün torpaq almaq istədiyini bildirmişdir. Odur ki, iddiaçının qardaşı Azər ona 4200 manat məbləğində qardaşı Həmidin adına torpaq almaq üçün pul vermişdir. Bildiyinə görə Azərin ona torpaq almaq üçün verdiyi pulu Həmid Azərə vermişdir. Beləliklə, 2005-ci ildə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsini iddiaçı üçün satın almışdır. Daha sonra Cavabdeh1 sənədləşməni həyata keçirə bilmədiyi üçün ona torpaq üçün verilən pulu geri qaytarmış, lakin o, Cavabdeh1 xəbər verməklə pulu Azər vasitəsi ilə Həmidə qaytarmamış və Həmidin ona olan borcuna hesablamışdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində mülkiyyətlərinə verilmiş, 7,29 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilməsi qət edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərardadından görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş,buraxılmış prosessual müddətin bərpası barədə iş üzrə DƏDRX-in X11 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən notariat işinə əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan 8,93 ha torpaq sahəsini 9300 manata Maraqlı şəxs2 satmışlar. Notariat işinə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN- 0090, KOD 90311028 saylı dövlət aktına əsasən Ağdaş rayon Ərəbocağı kəndində yerləşən 8,93 hektar torpaq sahəsi Ağdaş rayon X5 xx xxxxxx 2002-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 oğlu, X4 və Cavabdeh5 ümumi paylı mülkiyyətindədir. Notariat işinə əlavə edilmiş daşınmaz əmlakın təsvirinə,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına(yüklülüyünə)dair dövlət reyestrindən arayışdan görünür ki,Cavabdeh1 və qeyrilərinin mülkiyyətində olan Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən torpaq sahəsi üzərində xx xxxxxx 2014-cü il tarixə məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2.3-cü maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmınin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin məhkəmə cavabdeh “Aspi Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (təmsilçisi) Şəfizadə Əjdər Rövşən oğlu tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsi iddiaçıya faktiki olaraq satılmışdır. İddiaçı “alqı-satqı” müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, torpaq sahəsi müqabilində razılaşdırılmış məbləği satıcıya ödəmişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyərək ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 7,29 ha hissəni ayırmaq mümkün olmadığı üçün alqı-satqıya dair sənədləşməni həyata keçirməmişlər və iddiaçını xəbərdar etmədən birtərəfli şəkildə alqı-satqı əqdini pozduqlarını zənn etmişlər. Bunu Cavabdeh1 öz izahatında da bildirmişdir. Beləliklə, iddiaçı cavabdehlərə qarşı torpaq sahəsinə dair əqdin bağlanmış hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş,məhkəmənin xx xxx 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.Qətnamə Cavabdeh1 iştirakı ilə çıxarılmış hətta qətnamədə cavabdehin iddianı etiraf etdiyi də göstərilmişdir, beləliklə qətnamədən cavabdehlərin xəbəri olmasına baxmayaraq apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Lakin buna baxmayaraq aradan uzun müddət keçdikdən sonra,yəni xx xxxxxx 2014-cü ildə cavabdehlər paylı mülkiyyətlərində olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsini iddiaçıya satmaqlarına və bu barədə qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq mülkiyyətlərində olan 8,93 ha torpaq sahəsini X1. Məhkəmə hesab edir ki, Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Göründüyü kimi, cavabdehlərin artıq öz mülkiyyətlərində olmadığını bildikləri torpaq sahəsinin X2 barədə əqd fayda götürmək məqsədi ilə aldatma yolu ilə bağlanmış əqd hesab edilməlidir. Həmçinin məhkəmə tərəfindən cavabdehlərin mülkiyyətində olan 8,93 ha torpaq sahəsinin 7,29 hissəsi iddiaçıya satılması müəyyən edildiyindən, iddia qismən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Maraqlı şəxs2 arasında Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 8,93 ha torpaq sahəsinə dair xx xxxxxx 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilməlidir. İddia qalan hissədə rədd edilməli,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Maraqlı şəxs2 arasında Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 8,93 ha torpaq sahəsinə dair xx xxxxxx 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar