Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-115/2023 16.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 22 fevral tarixli 04 nömrəli qərarı ilə onlara Ağdaş rayonunun Korarx kəndindən 2,60 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpağa onların adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş Rayon Torpaq Şöbəsi tərəfindən Dövlət Akt qeydiyyat kitabında 11501 nömrə ilə qeydə alınmaqla JN 112 KOD 90321028 saylı Torpağa Mülkiyyət Hüququna X35 işlənmişdir. Onlar həmin JN 112 KOD 90321028 saylı Torpağa Mülkiyyət Hüququna X33 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Revetsri publik hüquqi şəxsinin 17 savlı Yevlax Ərazi İdarəsinə təqdim edərək, reyestrdən çıxarış verilməsini xahiş etmişlər. Həmin orqan özünün 26 sentyabr 2022-ci il tarilxi **********01 saylı məktubu ilə onlara cavab vermişdir ki, sözügedən Dövlət Aktında göstərilən adlarla şəxsiyyət vəsiqələrində göstərilən adlar arasında uyğunsuzluqlar vardır. Bunun üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Həqiqətən də Dövlət Aktında yazılan “X18” ilə şəxsiyyət vəsdiqəsindəki “Ərizəçi2”, “X6” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi3”, “X21" ilə şəxsiyyət vəsiqəsindəki "Ərizəçi1 Qinyaz oğlu”, “X19” ilə şəxsivyət vəsiqəsindəki “Ərizəçi4", "X10" ilə şəxsiyyət vəsiqəsindəki "Ərizəçi5” adları arasında uyğunsuzluq var. Bu səhv onlar tərəfindən olmamışdır, sənəd 1999-cu ildən onlara verilib, lakin həmin səhvlərə diqqət etməmişlər. Qeyd edilənlərdən aydın olur ki, onlara pay torpağı üçün 2,60 ha torpaq sahəsinə verilən Dövlət Aktında səhvə yol verilmiş, adları texniki səhv nəticəsində səhv yazılmışdır. Bütün bu qevd edilənlər Ağdaş Ravon İcra Hakimivyəti başçısının Korarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 187 saylı arayışla da öz təsdiqini tapmaqdadır. Bundan əlavə onlara aid doğum şəhadətnamələrində, nikah şəhadətnaməsində, şəxsiyyət vəsiqələrində və digər sənədlərdə ad, soyad və ata adları şəxsiyyət vəsiqələrindəki kimi yazılmışdır. Dövlət Aktında səhvə yol verilmişdir. 2,60 ha torpaq sahəsi onların istifadəsində və sahibliklərindədir. Onlar bu yalnışlığın düzəldilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər ərizəçilər Ərizəçi4, Ərizəçi5 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər ərizəçilər Ərizəçi4, Ərizəçi5 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumudur. Ərizəçi və onun ailə üzvlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adı, soyadı və ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 da özündən əvvəl ifadə vermiş şahid X23 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-112 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna X35ndan görünür ki, X18, X6, X21, X22, X7 Ağdaş rayonunun Korarx kəndindən 2,60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********01 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Korarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, № 187 saylı arayışdan görünür ki, torpağa mülkiyyət hüququna X35nda ərizəçilərin adı, soyadı və ata adı “Ərizəçi2” əvəzinə “X18” kimi, “Ərizəçi3” əvəzinə “X6” kimi, “Ərizəçi1” əvəzinə “X21” kimi, “Ərizəçi4” əvəzinə “X22” kimi, “Ərizəçi5” əvəzinə “X10" kimi yazılmışdır. İşin materiallarında olan Ağdaş rayon Pirkəkə kənd soveti tərəfindən verilmiş 25 avqust 1967-ci il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 21 avqust 1967-ci il tarixdə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, atası X12, anası isə X1r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 27 mart 1962-ci il tarixli, XVİ-JQ № 306893 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1992-ci il tarixdə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, atası X13, anası isə X2r. İşin materiallarında olan Ağdaş rayon İşıqlı kənd soveti tərəfindən verilmiş 25 yanvar 1965-ci il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 xx xxxxxx 1965-ci il tarixdə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, atası X5, anası isə X8r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 18 sentyabr 1990-cı il tarixli, XV-JQ № 275899 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 28 avqust 1990-cı il tarixdə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, atası X13, anası isə X3r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd icra hakimiyyəti tərəfindən verilmiş 28 dekabr 1945-ci il tarixli, XİX-JQ № 381614 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi5 xx xxxxxx 1995-ci il tarixdə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, atası Ərizəçi2, anası isə X2r. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 adı, soyadı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 22 fevral 1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair JN-112 nömrəli (kod ********) Dövlət aktında texniki səhv olaraq ərizəçilərin adı, soyadı və ata adı “Ərizəçi2” əvəzinə “X18” kimi, “Ərizəçi3” əvəzinə “X6” kimi, “Ərizəçi1” əvəzinə “X21” kimi, “Ərizəçi4” əvəzinə “X22” kimi, “Ərizəçi5” əvəzinə “X10" kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adı, soyadı və ata adı onların şəxsiyyətini təsdiq edən sənəddəki adı, soyadı və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-112 nömrəli (kod ********) Dövlət aktının Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-112 nömrəli (kod ********) Dövlət aktının Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-115/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-115/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver