Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1163/2023 24.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx xxxxxx 1952-ci ildə ünvan 1ində doğulmuş, Ərizəçi2 xx xxxxxxxx 1958-ci ildə ünvan 3ində doğulmuş, Ərizəçi3 xx xxx 1977ci ildə ünvan 1ində doğulmuş, Ərizəçi4 xx xxxxxx 1981-ci ildə ünvan 1ində doğulmuş, Ərizəçi5 06 avqust 1987-ci ildə ünvan 1ində doğulmuşdur. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ərizəçilərin mülkiyyətinə 1,61 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara JN-224 KOD 90320028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət aktında ərizəçilərin adlarında texniki səhvə yol verilərək onların adları səhv yazılmışdır. Belə ki, onların adları X8, X5, X17, X18 və X3 yazılmışdır. Bununla bağlı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsələr də, İdarənin 15 may 2023-cü il tarixli məktubu ilə qeyd olunan tələblərinin təmin edilməsindən imtina edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək göstərdi ki, ərizəçiləri tanıyır. Ərizəçilərin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin soyadları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X34 özündən əvvəl izahat vermiş şahid X14 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-224 KOD 90320028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X4 və ailə üzvləri X5, X17, X18 və X6 mülkiyyətinə ünvan 1i ərazisindən 1,61 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № **********94 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 14 noyabr 1958-ci il tarixdə Ağdaş rayon Qaradeyin kənd soveti tərəfindən verilmiş İ-ИЕ № 338642 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx xxxxxxxx 1958-ci ildə ünvan 3ində doğulmuş, atası X21, anası X19r. İşin materiallarında olan 25 iyul 1977-ci il tarixdə Ağdaş rayon Qaradeyin kənd soveti tərəfindən verilmiş V-ЖГ № 261872 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx xxx 1977-ci ildə ünvan 1ində doğulmuş, atası Ərizəçi1 Neycuvan oğlu, anası Ərizəçi2dır. İşin materiallarında olan 09 yanvar 1981-ci il tarixdə Ağdaş rayon Eymur kənd soveti tərəfindən verilmiş Vİİ-ЖГ № 379644 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1981-ci ildə ünvan 1ində doğulmuş, atası Ərizəçi1 Neycuvan oğlu, anası Ərizəçi2dır. İşin materiallarında olan 28 noyabr 1987-ci il tarixdə Ağdaş rayon Eymur kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş Xİİ-ЖГ № 393722 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 06 avqust 1987-ci ildə ünvan 1ində doğulmuş, atası Ərizəçi1 Neycuvan oğlu, anası Ərizəçi2dır. İşin materiallarında olan 23 dekabr 1970-ci il tarixdə Ağdaş rayon Qaradeyin kənd soveti tərəfindən verilmiş İ-ЖГ № 416602 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Səmayə İsmayıl qızı ilə 23 dekabr 1976-cı ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əbdürrəhimov, arvada Əbdürrəhimova soyadı verilmişdir. İşin materiallarında olan 10 iyun 2005-ci il tarixdə Ağdaş rayon Qaradeyin kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 139086 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 X26 ilə 10 iyun 2005-ci ildə nikahlarını akt qeydləri kitabında 08 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əbdürrəhimov, arvada Əbdürrəhimova soyadı verilmişdir. İşin materiallarında olan 23 dekabr 2010-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 639271 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 X15 ilə 22 dekabr 2010-cu ildə nikahlarını akt qeydləri kitabında 342 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əbdürrəhimov, arvada Əbdürrəhimova soyadı verilmişdir. İşin materiallarında olan 04 sentyabr 2006-cı il tarixdə Ağdaş rayon Qaradeyin kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 248631 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Mələk Əvəz qızı ilə 04 sentyabr 2006-cı ildə nikahlarını akt qeydləri kitabında 12 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1952-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci il tarixdə ünvan 3ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1977-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx.xx.1981-ci il tarixdə ünvan 1ində doğulmaqla, Ağdaş şəhəri, Xətai küçəsi 43 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi5 xx.xx.1987-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərin adlarına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş 02 aprel 1999-cu il tarixli JN-224 KOD 90320028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi1” əvəzinə “X8”, “Ərizəçi2” əvəzinə “X5”, “Ərizəçi3” əvəzinə “X17”, “Ərizəçi4” əvəzinə “X18 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadları, adları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki soyadları, adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş 02 aprel 1999-cu il tarixli JN-224 KOD 90320028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Kərimova (Əbdürəhimova) Mələk Əvəz qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş 02 aprel 1999-cu il tarixli JN-224 KOD 90320028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Kərimova (Əbdürəhimova) Mələk Əvəz qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1163/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1163/2023
24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver