Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1182/2024 15.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızının, Cavabdeh3 iştrakları ilə İddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızının cavabdehlər Ağdaş rayon Notariat ofisinə, Cavabdeh3, Cavabdeh2 Niyazı oğluna qarşı miras payın tam hissədə qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızının cavabdehlər Ağdaş rayon Notariat ofisinə, Cavabdeh3, Cavabdeh2 Niyazı oğluna qarşı miras payın tam hissədə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızı məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızı izahatında ərizəsinin təmin edilməsini, mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Ağdaş rayon Notariat ofisinin nümayəndəsi və Cavabdeh2 Niyazı oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızının ərizəsi təmin edilsin. İddiaçı Yusubova (Mamedova) Hamayə Şakir qızının cavabdehlər Ağdaş rayon Notariat ofisinə, Cavabdeh3, Cavabdeh2 Niyazı oğluna qarşı miras payın tam hissədə qəbul edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1182/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1182/2024
15.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver