Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1187/2024 11.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi İddiaçı, Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştrakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2010-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə birgə nikaha daxil olaraq evlənmişdir. Onların 26 oktyabr 2010-cu il tarixdə Mingəçevir şəhərində X7 adlı oğlu anadan olmuşdur. Oğlu kvadroplegik spastik serebral iflic, Spastik tetrapligeya smobillik əqli gerilik xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də oğlu AR Səhiyyə nazirliyi “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi poliklinika şöbəsində birinci dərəcəli əlil kimi qeydiyyatdadır. Oğlu xəstə olduğu üçün dövlətdən müdətsiz sosial müavinət alır. Oğlu xəstə olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq ona o baxır və onun üzərində faktiki qəyyumluğu özü həyata keçirir. Hesab edir ki, oğlu X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilər və onun yerinə bütün sənədləri imza edə bilər. Lakin maraqlı şəxs Ağdaş rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Buna görə də, məhkəmdə 26 oktyabr 2010-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, övladının 14 yaşı var, anadan olan zaman ağır dərəcəli serebral iflic keçirmişdir. Nə qədər müalicə etdirsələr də heç bir xeyri olmamışdır. Ona görə də ərizənin təmin edilməsini, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, uşaq həqiqətən xəstədir. Uşağın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 noyabr 2010-cu il tarixli AZ-İİ 557341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 oktyabr 2010-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2008-ci il tarixli AZ-İ 458801 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasındakı nikah 16 dekabr 2008-ci il tarixdə 512 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair 06 may 2024-cü il tarixli məlumatdan görünür ki, X6 G80.0 kvadroplegik spastik serebral iflic, Kvadroplegik spastik serebral iflic diaqnozu qoyulmuşdur. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X1 spastik serebral iflic, Spastik tetrapligeya smobillik əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarının surətindən görünür ki, X1 spastik serebral iflic, Spastik tetrapligeya smobillik əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan X8 Şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli 740 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 oktyabr 2010-cu ildə Mingəçevir şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1187/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1187/2024
11.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver