Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1198/2023 20.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Ailəsinin məişət qayğılarının həll edilməsi üçün təbii qaz xətti, elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlıvaxtında Cavabdeh İB-nin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh İB X8 İstismar idarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə qonşusunda sayğacdan qeyri-qanuni qaz xətti taparaq akt tərtib ediblər və kimsə deyib ki, “İddiaçı da sayğacdan qeyri-qanuni istifadə edir”. Evlərində heç kim olmadan kimlərinsə sözlərinə görə hətta atasının sağ olub-olmamasını bilmədən mərhum atasının adına akt tərtib ediblər. O, bunu bildikdən sonra dərhal Ağdaş şəhər Qaz İdarəsinə gedərək sayğacı öz adına rəsmləşdirmiş və ondan sonra məhkəməyə müraciət etmişdir. Çünki atası X2 2010-cu il tarixdə ölmüşdür. Bundan başqa dəfələrlə müraciət etdikdən sonra aktın surətini almışdır. Cavabdeh İB Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qanuna uyğun tərtib edilməmişdir. Hesab edir ki, hazırkı iddia ərizəsinə əsasən cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla tətbiq edilmiş 371,28 (üç yüz yetmiş bir manat, iyirmi səkkiz qəpik) manat borc silinməli və hesablanmış pulun ödənilməsi öhdəliyindən azad edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktublarda qeyd olunur ki, “Sayğaca kənar müdaxilə olunub və təbii qaz itkisi yaranmışdır”. Ona məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmazlıqlardan üçün istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Evə qaz verilişinin dayandırılması ilə bağlı cavabdeh təşkilatın hərəkətləri də mövcud qanunvericiliyin tələblərinə cavab verməmişdir. Göstərilənlərə əsasən Cavabdeh Zaqatala X6 İdarəsinin rəisi tərəfindən İddiaçı barəsində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla tətbiq edilmiş 371,28 (üç yüz yetmiş bir manat, iyirmi səkkiz qəpik) manat borc məbləğinin abonent İddiaçı məxsus olan Ağdaş şəhəri, H.Əliyev prospekti 144 nömrəli ünvanda yerləşən evdə olan G-4T markalı **********9 nömrəli qaz sayğacının hesabından silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00850 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 447,10 manat borc vardır. Həmin borcun 75,82 manat hissəsi sayğac üzrə, 371,28 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı yaşadığı Ağdaş şəhəri H.Əliyev prospektindəki mənzilində hal-hazırda istismarda olan G-4 markalı **********0 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı **********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan, sayğacdan kənar qeyri-qanuni qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında, qaz işlədicilərinin PQ-3 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 43 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 43 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, Radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 43 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 3094 m3 (və ya 371,28 manat) həcmində müəyyən edilmişdir. Abonent iddia ərizəsində qeyd etmişdir ki, qaz sərfiyyatı üzrə olan ödənişləri vaxtlı vaxtında ödəyir. Lakin abonent saldosuna nəzər yetirdikdə abonentin yalan məlumat verdiyi aşkarlanır. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 371,28 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın qapı keçidindən qeyri-qanuni birləşmə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********00850 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 371,28 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh orqan tərəfindən iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın əsasında borc hesablansa da, İddiaçı tərəfindən sayğaca hər hansı bir kənar müdaxilə olunduğu və ya kənar xətt qoşulmasını təsdiq edəcək sübut təqdim edilməmişdir. Əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının evinə gələn qaz xəttində heç bir kənar xətt olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin Zaqatala X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı **********00850 saylı abonent koduna yazılmış 371,28 (üç yüz yetmiş bir manat, iyirmi səkkiz qəpik) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin Zaqatala X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı **********00850 saylı abonent koduna yazılmış 371,28 (üç yüz yetmiş bir manat, iyirmi səkkiz qəpik) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1198/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1198/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver