Məhkəmə qərarları › İş №2(014)-121/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-121/2022

09.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-121/2022 09.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-ə qarşı akt əsasında hesablanmış borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı akt əsasında hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Ağdaş şəhəri, ünvan 1 ünvanda yaşayır. Cavabdeh İB-nın əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğac açılaraq növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün əməkdaşlar tərəfindən götürülmüşdür. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Yaşadığı ünvanda təbii olaraq təbii qazdan istifadə edir və yaşadığı ünvandan çöldə, yəni küçədə qurlaşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Aylıq sərf etdiyi təbii qaza görə ödənişləri heç bir zaman gecikdirməmişdir. Hesab edir ki, Cavabdeh İB-nın əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 216 manat borc qanunsuzdur. X3 İstismar İdarəsinə müraciət ünvanlayaraq ******* saylı aktın və digər sənədlərin təsdiq edilmiş surətlərini əldə etmişdir. Bundan əlavə Cavabdeh İB-nın əməkdaşları tərəfindən abonent koduna 2011-ci ildə 218.80 manat və 2019-cu ildə 810 mant əsassız borc hesablanmışdır. Hal-hazırda həmin borclarla birlikdə onun adına 1244.80 manat borc hesablanmışdır. Cavabdeh orqan Cavabdeh İB-nın əməkdaşları onlara verilmiş hüquqlarından sui-istifadə edərək qeyd edilən qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yol verilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəktləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, iddia tələbi ilə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, Cavabdeh İB-nın əməkdaşları tərəfindən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 1244.80 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, babası Sovet Səmədov 20.09.2015-ci ildə vəfat etmişdir. Ona kimi 847.65 manat babasının adına borc yığılmışdır. Sayğacı o, öz adına keçirdikdən sonra təbii qazdan sərfiyyata görə yaranan borcları vaxtlı vaxtında ödəmişdir. Ümumilikdə 218.80 manat, 810 manat və 216 manat əsassız əsassız cərimə hesablanmaqla, 2015-ci ildən qalmış 847.65 manat borcu da ondan əsassız tələb edirlər. Buna gödə də Cavabdeh İB-nın əməkdaşları tərəfindən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 1244.80 manat borc məbləğinin və 2015-ci ildən əvvəlki müddətdə hesablanmış 847.65 manat borc məbləğinin, cəmi 2092.45 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh İB-nın Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddəttəbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********00120 saylı qaz hesabında ödənilməmiş 2092.45 manat borc vardır, həmin borcun 1841.45 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 251 manat hissəsi isə həmin ünvanda iki dəfə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış və itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləği var və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Sayğac göstəricisinə əsasən yaranmış 1841.45 manat borc həmin ünvanda istismarda olan G-4 markalı **********3 saylı sayğacın 385 m3 göstəricisi ilə müəyyən edilmişdir. Digər tərəfdən Cavabdeh İB-nın əməkdaşlarının apardığı xidməti yoxlama zamanı 06.03.2019-cu il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar edilmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 06.03.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Cavabdeh İB-nın 30.03.2019-cu il tarixli qərarı ilə 8100 m3 (və ya 810 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Keçən müddət ərzində cavabdehin ödədiyi 775 manat həmin zərərin ödənilməsində nəzərə alınmış vəqeyd olunan akt üzrə 35 manat təşkil edir. Bundan başqa Cavabdeh İB-nın Zaqatala RQİİ-nin nümayəndələri tərəfindən 16.05.2021-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacı şəbəkədən açılaraq G-4 markalı **********3 nömrəliqaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə cverilmiş rəydə Sayğacın çıxış plasmas borusu deşilib qeyd edilmişdir. Verilmiş rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 31.05.2019-cu il tarixli qərarı ilə 2160 m3 və ya 216 manat həcmində müəyyən edilərək ziyanın ödənilməsi tələb olunmuşdur. İddiaçı Cavabdehnə qarşı 2092.45 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilə 2299.20 manat borcu vardır. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 31 may 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 may 2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur, tələb isə itirilmiş qazın dəyərinin hesablanması və abonent tərəfindən ödənilməsi, qeyri-qanuni birləşmənin qaynaq üsulu ilə ləğv olunmasıdır. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında 16 may 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan G-4 markalı ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzinə G-4 markalı **********3 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30 mart 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8100 m3 həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2019-cu il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qeyri qanuni rezin boru ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur, tələb isə itirilmiş qazın dəyərinin hesablanması və abonent tərəfindən ödənilməsi, qeyri-qanuni birləşmənin qaynaq üsulu ilə ləğv olunmasıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 217/2022 saylı 09 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 2092.45 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 1117,25 manat sayğac göstəricisinə görə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə qalıq qalmış 35 manat borcun, 30 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının, cəmi 1182.65 manat pulun tutularaq Cavabdehnə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 195.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmişdir, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********00120 kodu altında qeydiyyatda olan cavabdehin yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır, buna görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-217/2022 saylı 09 mart 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməyən 940.20 manat silinməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********00120 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 940 manat 20 qəpik (doqquz yüz qırx manat iyirmi qəpik) borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar