Məhkəmə qərarları › İş №2(014)-1229/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1229/2023

21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1229/2023 21.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxxx 1988-ci ildə ünvan 3ində doğulmuşdur. Atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2dır. Atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2, qardaşı Maraqlı şəxs5, bacısı X5 və özünün, yəni Ərizəçi adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən 1,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-105 KOD 90314018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Həmin JN-105 KOD 90314018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizənin adı, soyadı və atasının adı “Ərizəçi” olduğu halda səhvən “X6”, atasının adı, soyadı və ata adı “Maraqlı şəxs1” olduğu halda səhvən “Maraqlı şəxs1 Mural oğlu” kimi yazılmışdır. Hazırda həmin JN-105 KOD 90314018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq ərizəni müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılması və təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçini tanıyır. Maraqlı şəxs1 və ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçinin adı və ərizəçinin atasının ata adı səhv yazılmışdır. Onların ailəsində ümumiyyətlə Rövşən adında adam olmayıb. Rəşadın babasının adı isə Murad olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 da özündən əvvəl ifadə vermiş şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 3-21-3- 35/2-M-0042-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-105 KOD 90314018 saylı Dövlət Aktının surətindən görünür ki, Maraqlı şəxs1 Mural oğlunun və ailə üzvləri Maraqlı şəxs2 Qnyaz qızı, Maraqlı şəxs5, X6 və X1 mülkiyyətinə ünvan 3ində 1,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 18 mart 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 263 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxx 1962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, atası Maraqlı şəxs5 Mehdi oğlu, anası X9r. İşin materiallarında olan 23 yanvar 1989-cu il tarixdə Ağdaş rayon Nehrəxəlil kənd soveti tərəfindən verilmiş VİV-ЖГ № 264722 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1988-ci ildə ünvan 3ində doğulmuş, atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2dır. İşin materiallarında olan 27 fevral 1986-cı il tarixdə Ağdaş rayonu Ləki qəsəbə soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Muradov X2 Adilə Qınyaz qızı ilə 27 fevral 1986-cı il tarixdə 3 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İşin materiallarında olan 12 mart 2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Muradov X4 Məlahət Elşad qızı ilə 12 mart 2019-cu il tarixdə 69 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1962-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə ünvan 3ində doğulmaqla, ünvan 3i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında şahidlərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, Maraqlı şəxs1 Mural oğlunun və ailə üzvləri Maraqlı şəxs2 Qnyaz qızı, Maraqlı şəxs5, X6 və X1 mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-105 KOD 90314018 saylı Dövlət Aktında texniki səhv olaraq ərizəçinin adı “Ərizəçi” əvəzinə “X6” kimi, ərizəçinin atasının adı isə “Maraqlı şəxs1” əvəzinə “Maraqlı şəxs1 Mural oğlu” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçi adı və atasının ata adı sənəddə göstərilən adlarla onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997ci il tarixli 15 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-105 KOD 90314018 saylı Dövlət Aktının Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs5, Ərizəçi və X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-105 KOD 90314018 saylı Dövlət Aktının Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs5, Ərizəçi və X3 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar