Məhkəmə qərarları › İş №2(014)-123/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-123/2022

14.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-123/2022 14.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi nümayəndəsi X10 iştirakı ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2002-ci ildə Ağdaş şəhər sakini X8 ilə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşdur. Nikahlarını 07 avqust 2013-cü il tarixdə Ağdaş RİHBA-nın Gürcuva kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyində 27 nömrə ilə rəsmiləşdirmişlər. Onların rəsmi nikahlarından 25 iyun 2003-cü ildə anadan olmuş övladları X6 anadangəlmə xəstə olmuş və “ağır kəmağıllıq (kəskin nəzərəçarpan imbesillik dərəcəsində İQ göstəricisi - 10 əqli gerilik) kobud nitq və davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. ünvan 1 ünvanda qeydiyyatda olmalarına baxmayaraq, müvəqqəti olaraq Bakı şəhərində yaşadıqlarına görə övladı həmin xəstəliklə Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının psixiatriya kabinetində “Ağır kəmağıllıq, imbesillik dərəcəsində ağıl zəifliyi nitq və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Kənar şəxslərin himayəsinə ehtiyacı var. X2 həmin diaqnozla Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin Səhiyyə Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətnin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 1-ci dərəcəli əlillik qrupu verilmişdir. X3 xəstəliyi ilə əlaqədar əmək qabiliyyətsizdir və daim kənar şəxsin qulluğuna ehtiyacı var. X1 üzərində qəyyum təyin edilməyi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar xəstəliyinin vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Göstərilənlərə əsasən 25 iyun 2003-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan onun və ailə üzvləri ilə birlikdə yaşayan, Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının psixiatriya kabinetində “Ağır kəmağıllıq, imbesiİlik dərəcəsində ağıl zəifliyi nitq və davranış pozuntusu" diaqnozu ilə qeydiyyatda olan övladı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X16 ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər poliklinikası tərəfindən verilmiş 10.11.2021-ci il tarixli, № 717 saylı arayışdan görünür ki, 25 iyun 2003cü ildə anadan olmuş X6 2021-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının psixatriya kabinetində “Ağır kəmağıllıq, imbesiİlik dərəcəsində ağıl zəifliyi nitq və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır və kənar şəxslərin himayəsinə ehtiyacı var. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışdan görünür ki, X4 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq (kəskin nəzərçarpan inbesillik dərəcəsində İQ göstəricisi-10 əqli gerilik) kobud nitq və davranış pozuntusu, kənar şəxslərin köməyinə ehtiyacı var. Birinci dərəcəli əlilliyi var. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Gürcuva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2013-ci il tarixli, AZ-İ seriyalı, № 869595 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 ilə Ərizəçi 07.08.2013-cü il tarixdə 27 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada İsayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, № 869595 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 25 iyun 2003-cü il tarixdə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, atası X9, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 31.01.2022-ci il tarixli, 60saylı rəyindən görünür ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 uşaqlıqdan xəstə olmaqla ona əvvəlcə müavinət, sonralar isə İ qrup əlillik təyin edilməsi, daim anasının himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil, yardımçı məktəblərdə oxumaması, fərdi ev dərsi keçməməsi, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozuntusu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi.abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması,intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=35 % və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, X6 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının psixatriya kabinetində “Ağır kəmağıllıq, imbesiİlik dərəcəsində ağıl zəifliyi nitq və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır və kənar şəxslərin himayəsinə ehtiyacı var. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 25 iyun 2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 25 iyun 2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar