Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-124/2022 24.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh4 iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı Qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 cavabdehlər X10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ərizə ilə müraciət edərək iş üzrə cavabdehlər X10, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə öz aralarında razılığa gəliklərini, iddialarının həmin şəxslərə qarşı olan hissəsindən imtina etdiklərini bildirmiş, imtinanın qəbul edilməsini və işin icraatına həmin hissədə xitam verilməsini xahiş etmişlər, Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddianın X10, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsindən imtina qəbul edilmiş və işin icraatına həmin hissədə xitam verilmişdir. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, torpaq islahatı zamanı Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 3.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X16, X3, X20, X11, X21 və X14 mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin dövlət aktında texniki səhvə yol verilərək ərizəçilərin soyadı “İsmayılova” kimi qeyd olunmuşdur. Sənədin iddiaçılara məxsus olmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X3, X20, X11, X21 və X14 mülkiyyətinə verilməsinə dair JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum X12 və ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çxıarılmasını xahiş etmişlər. Ağdş Rayon Məhkəməsinin 2(014)-890/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə ərizələri təmin edilmiş, Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X3, X20, X11, X21 və X14 mülkiyyətinə verilməsinə dair JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum X12 və ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı5 məxsus olması faktı müəyyən edilmişdir. Mülkiyyətçilərdən X16 vəfat etdiyindən iddiaçılar İddiaçı4 və İddiaçı5 qanun üzrə birinci növbə vərəsə olduqlarından Ağdaş rayon Notariat Ofisinə müraciət etmişlər və adlarına verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ondan miras qalmış əmlaka 1/2 hissədə irs almışlar. Bundan sonra ərizəçilər Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3.79 hektar kənd təsərrüfatı təyinatylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Torpaq sahəsinin müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı 3.79 hektar torpaq sahəsində digər vətəndaşlar, yəni cavabdehlər tərəfindən fərdi yaşayış evləri inşa edildiyindən mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İddiaçıların mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki müxtəlif ərazidən, yəni 0.1483 hektar hissəsi kənddən aralıda, qalan 3.6366 hektar isə kəndə yaxın ərazidən verilmişdir. Cavabdehlərə və ailə üzvlərinə verilmiş torpaq sahəsi kənddən aralıda yerləşən ərazidən verilmişdir. Cavabdehlər özlərinə yaşayış evi tikdirmək üçün torpaq sahələrini özlərinin mülkiyyətində kəndə yaxın ərazidən verilmiş 3.64 hektar torpaq sahəsi ilə rəsmi qaydada dəyişmək istədiklərini bildirmişlər. Onlala razılşadıqdan sonra cavabdehlər X10 iddiaçıların mülkiyyətində olan 3.64 hektar torpaq sahəsinin 0.80 hektar, Cavabdeh1 0.70 hektar, Cavabdeh2 0.64 hektar, Cavabdeh3 0.65 hektar, Cavabdeh4 0.65 hektar və Cavabdeh5 isə 0.20 hektar hissəsinin yanını bağlayaraq ayırdıqları ərazidə fərdi yaşayış evləri tikmişlər. Cavabdehlərlə razılaşmaqlarına və həmin torpaq sahələrində yaşayış evi inşa etdirsələr və istifadə etsələr də, dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq torpaq sahələrinin dəyişdirilməsini rəsmiləşdirməkdən dolayısı ilə yayınmışlar və belə olan halda, torpaq sahəsində inşa etdirdikləri tikililəri sökərək torpaq sahəsini əvvəlki vəziyyətinə salmaqdan imtina etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar mülkiyyətçi kimi mülkiyyətlərinə verilmiş torpaq sahəsini vərəsəlik işindən sonra dövlət qeydiyyatından keçirməkdə çətinliklərlə üzləşmişlər və həmin torpaq sahəsi üzərində hüquqlarını istədiklərinə uyğun həyata keçirə bilmirlər. Göründüyü kimi cavabdehlər aralarında olan şifahi razılaşmanın şərtlərini pozduqlarına və üzərlərinə götürdükləri icra etməkdən boyun qaçırdıqlarına görə istifadə etdikləri mülkiyyətlərində olan həmin torpaq sahələrindən qeyd-şərtsiz çıxmalı olduqları halda bunu onlardan xahiş və tələb etmələrinə baxmayaraq onlar bütün bunlardan imtina etmişdir. Buna görə də cavabdehlərə qarşı hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı və JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağdaş rayonu, Şordəhnə kəndi ərazisindən iddiaçıların mülkiyyətinə verilmiş 3.6366 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X2 qanunsuz istifadəsində olan 0.80 hektarında inşa etdiyi yaşayış evinin və digər tikililərin, Cavabdeh1 0.70 hektar hissəsində inşa etdirdiyi yaşayış evinin və digər tikililərin, Cavabdeh2 0.64 hektar hissəsində inşa etdirdiyi yaşayış evi və digər tikililərin, Cavabdeh3 0.65 hektar hissəsində inşa etdirdiyi yaşayış evinin və digər tikililərin, Cavabdeh4 0.65 hektar hissəsində inşa etdirdiyi yaşayış evi və digər tikililərin və Cavabdeh5 0.20 hektar hissəsində inşa eetdirdiyi fərdi yaşayış evi və digər tikililərin onların öz hesablarına sökülərək torpaq sahələrinin əvvəlki vəziyyətinə salınması və qanunsuz istifadə etdikləri göstərilən hissəslərindən məcburi çıxarılmalarına dair qətnamə çıxarılması xahiş edilir. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək İlqarla qardaş olduğunu, 25 sot topraq sahəsinin olduğunu, həmin torpaq sahəsinin şoran olduğunu, evinin arxasında yerləşən 25 sot torpaq sahəsindən Arifin istifadə etməyinə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə İddiaçı5 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2vun və Cavabdeh4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan JN-120 KOD 90305048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktını surətindən görünür ki, Ağdaş rayonu Arqar İslahat Komissiyasının 09 yanvar 1998ci il tarixli 08 nömrəli qərarı ilə Ağdaş rayonu, Şordəhnə kəndində 3.79 hektar torpaq sahəsi X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 03 sentyabr 2021-ci il tarixli **********89 saylı məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 3.79 ha torpaq sahəsində digər vətəndaşlar tərəfindən fərdi yaşayış evləri inşa edildiyindən torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və intervallaşdırma işlərinin aparılması mümkün olmamışdır. İşdə olan 11 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin notarila qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan İddiaçı5, Ağdaş rayonu, Şordəhnə kəndində qeydiyyatda olan İddiaçı4 miras əmlakdan 1/2 hissədə irs almışdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-890/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X3, X20, X11, X21 və X14 mülkiyyətinə verilməsinə dair JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X12 və ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli 22 saylı Azərbaycan Respublikası Milli Arxivi İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdam görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qülbəndə kənd nümayəndəliyinin Şordəhnə kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 07 №-li təsərrüfatbaşına kitabının 494/399 №-li Cavabdeh3 adına olmaqla təsərrüfatında Cavabdeh3, X22, X23, X24, X7 olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. İşdə olan JN-144 KOD 90305048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktını surətindən görünür ki, Ağdaş rayonu Arqar İslahat Komissiyasının 09 yanvar 1998ci il tarixli 08 nömrəli qərarı ilə Ağdaş rayonu, Şordəhnə kəndində 2.62 hektar torpaq sahəsi Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Ağdaş rayon Qulbəndə Bələdiyyəsi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli, 89 saylı məktubundan görünür ki, Cavabdeh3 Aqrar İslahat dövründə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi, 0.60 sot pay torpağından çıxılmış zəbt torpaq sahəsi, beş nəfər ailə üzvünün adına 2.62 ha pay torpaq sahəsi vardır. İslahat dövründə Şordəhnə kəndində 0.70-0.75 ha arası hər nəfərə torpaq bölgüsündə pay torpaq düşmüşdür. Ağdaş rayon Qulbəndə bələdiyyəsi yerli Ərazi İcra Nümayəndəliyinin məlumatlarına və ərazinin yerləşmə tarixinə, əllərində olan sənədlərin məlumatlarına əsasən Cavabdeh3 ailəsi ilə birlikdə 1988-1990-cı illərdən hal-hazırda yaşadığı həyəti XDS-nin qərarı ilə almış (0.10 sot) və bu islahat sənədlərinə də əlavə edilmiş, zəbt etdiyi torpaq sahəsi də pay torpaq sahəsindən 2.5 misli qədər çıxılaraq 0.60 ha ona zəbt torpaq sahəsi kimi yazıldığı bildirilmişdir. İşdə olan Ağdaş rayon Qulbəndə Bələdiyyəsi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 92 saylı məktubdan görünür ki, X8 hal-hazırda yaşadığı ərazi Aqrar-islahat dövrünə qədər qardaşı X9 məxsus olmuş, X4 Aqrar islahat dövrünə qədər həmin ərazidə XDS-nin qərarı ilə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi olmuş, həyətyanı sahə ona mülkiyyət kimi verilmiş, X15 1993-cü ildə ümumi ərazisi 76.0 m2-lə bir otaqlı yaşayış evi tikilmişdir. (yaşayış sahəsi 0.28kv.m). şordəhnə kəndində Aqrar islahat keçirilərkən bir nəfərə 0.70- 0.75 hektar pay torpaq sahəsi bölünmüşdür. X9 3.0 hektr (2.80-də ola bilərdi ərazinin bonetik balına görə) pay torpaq sahəsi verilməli olduğu halda həmin həyətdə olan 0.32 ha zəbt bələdiyyə torpaq sahəsi ondan ikiqat çıxarılaraq onun ailəsinə 2.39 hektar pay torpaq sahəsi verilmiş, həmin həyətdə olan 0.32 ha torpaq sahəsi paydan çıxılmış və X4 istifadəsinə verilmiş torpaq sahəsidir, Məlum səbəblərdən X1 xalasının evinə köçmüş və öz evini qardaşı X13 bağışlamışdır. X4 evinin tikilməsi haqqında Yevlax rayonlararası inventarlaşdırma bürosunda təsdiq olunmuş 04 noyabr 1993-cü il tarixli texniki pasportu da vardır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli, **********25 saylı rəydən görünür ki, iddiaçılar İddiaçı4 və qeyrilərinin mülkiyyətinə JN-120 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində verilmiş 3.6366 ha torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh4, 0.808 ha hissəsi Cavabdeh5 faktiki naturada həyətyanı kimi istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərinin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia edilən 3.79 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə mərhum X5 və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-120 kod 90305048 torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənmiş, dövlət aktında qeyd olunan şəxs X16 vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli, **********25 saylı rəydən görünür ki, iddiaçılar İddiaçı4 və qeyrilərinin mülkiyyətinə JN-120 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində verilmiş 3.6366 ha torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh4, 0.808 ha hissəsi Cavabdeh5 faktiki naturada həyətyanı kimi istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür. Odur ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli 08 saylı qərarı və JN-120 saylı (kod-********) torpağa mülkiyyət hüququna dai dövlət aktına əsasən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 mülkiyyətinə verilmiş 3.6366 hektar torpaq sahəsinin 0.37 hektar hissəsindən Cavabdeh4, 0.808 hektar hissəsindən isə Cavabdeh5 çıxarılmalı, həımin torpaq sahəsində olan tikililər cavabdehlər Cavabdeh4 və Cavabdeh5 öz hesablarına sökülməli, iddia qalan hissədə rədd edilməli, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 540 manatın 270 manatı və 100 manat ödənilmiş dövlət rüsumu, cəmi 340 manat iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iş üzrə İddiaçı4 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli 08 saylı qərarı və JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dölət aktına əsasən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 mülkiyyətinə verilmiş 3.6366 hektar torpaq sahəsinin 0.37 hektar hissəsindən çıxarılsın, həmin torpaq sahəsində olan tikililər Cavabdeh4 hesabına sökülsün. Cavabdeh5 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli 08 saylı qərarı və JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dölət aktına əsasən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 mülkiyyətinə verilmiş 3.6366 hektar torpaq sahəsinin 0.808 hektar hissəsindən çıxarılsın, həmin torpaq sahəsində olan tikililər Cavabdeh5 hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 540 manatın 270 manatı və 100 manat ödənilmiş dövlət rüsumu, cəmi 340 manat iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iş üzrə İddiaçı4 xeyrinə Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-124/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-124/2022
24.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver