Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1245/2023 14.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın - hüquqmüəyyənedici sənədin onlara məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın - hüquqmüəyyənedici sənədin onlara məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 (qızlıq soyadı Ələkbərova) 20 avqust 1964-cü ildə ünvan 1ində doğulmuşdur. Ərizəçi1 X15 ilə 25 mart 1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və ərinin soyadını qəbul etmişdir. Birgə nikahlarından iki övladları 17 may 1989-cu il təvəllüdlü Ərizəçi2 və xx xxxxxx 1992-ci il təvəllüdlü Ərizəçi3 doğulmuşdur. Ərizəçi3 (qızlıq soyadı Abdulhəlimova) 07 mart 2017-ci il tarixdə X38 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər, evləndikdən sonra ərinin soyadı olan Abdullayevanı qəbul etmişdir. Ailə başçıları X15 08 avqust 2010-cu ildə ölmüşdür. Ərizəçilərə və mərhum X7 mülkiyyətinə torpağa mülkiyyət hüquna dair JN-163 KOD 90308048 saylı Dövlət Aktı ilə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə kənd təsərrüfastı məhsulları istehsalı üçün ünvan 5ində 0,08 hektar torpaq sahəsi verilmişdir. Eyni zamanda ərizəçilərə və mərhum X7 mülkiyyətinə torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 90308048 saylı Şəhadətnamə ilə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə üçün ünvan 5ində 0,92 hektar torpaq sahəsi verilmişdir. Həm torpağa mülkiyyət hüquna dair JN-163 KOD 90308048 saylı Dövlət Aktında, həm də torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 90308048 saylı Şəhadətnamədə soyadlarında yalnışlığa yol verilmişdir. Belə ki, soyadları “Abudllayev” (Abudllayeva) kimi qeyd edilmişdir. Onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə mövcud yalnışlığın düzəldilməsi barədə müraciət etsələr də, maraqlı şəxs tərəfindən 15 may 2023-cü il tarixli, 3-21-3-35/2-A-0042-8/2023 saylı məktubu ilə ilkin hüquqmüəyyənedici sənəddə yalnışlığın düzəlişinin aparılması ərazi saləhiyyətinə aid olmadığı bildirilərək imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd edilən torpaq sahələri onların istifadələrində və mülkiyyətlərindədir. Torpaq sahəsinə dair vergi ödəyirlər. Bu fakt təsdiqi onlara X5 qalmış miras əmlaka dair vərəsəlik açdırmaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Ərizəçi2, Ərizəçi3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Ərizəçi2, Ərizəçi3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, ərizəçiləri tanıyır. X15 və ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçilərin soyadları Abduhəlimov (Abduhəlimova) əvəzinə Abudllayev (Abudllayeva) kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X39 özündən əvvəl izahat vermiş şahid X10 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 3-21-3-35/2-A-0042-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 90308048 saylı Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 və ailə üzvləri X23, X30 və X16 mülkiyyətinə ünvan 5ində 0,92 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-163 KOD 90308048 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X8 və ailə üzvləri X23, X30 və X16 mülkiyyətinə ünvan 5ində 0,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 ailə üzvlərinə məxsus olan JN-001A, KOD 90308048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin adlı siyasında texniki səhvə yol verilmişdir. Belə ki, X19 əvəzinə X17, X23 əvəzinə Ərizəçi1, X30 əvəzinə Ərizəçi2 və X24 əvəzinə Ərizəçi3 olmalıdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 ailə üzvlərinə məxsus olan JN-163, KOD 90308048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyasında texniki səhvə yol verilmişdir. Belə ki, X19 əvəzinə X17, X23 əvəzinə Ərizəçi1, X30 əvəzinə Ərizəçi2 və X24 əvəzinə Ərizəçi3 olmalıdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Qəsil bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 5 sakini X17 öldüyündən xx.xx.2010-cu il tarixdən ona məxsus həmin kənddə yerləşən torpaq sahələrindən onun arvadı Ərizəçi1 istifadə etməklə bağ salmış, torpaq vergilərini Ərizəçi1 ödəmişdir. İşin materiallarında olan 25 avqust 1964-cü il tarixdə Ağdaş rayonu Qəsil kənd soveti tərəfindən verilmiş AЗ № 636491 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.1964-cü ildə Ağdaş rayonu, Qarağan kəndində doğulmuş, atası X12, anası X13r. İşin materiallarında olan 13 aprel 1966-cı il tarixdə Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X31 4 fevral 1964-cü ildə ünvan 1ində doğulmuş, atası X40, anası X20r. İşin materiallarında olan 30 yanvar 1992-ci il tarixdə Ağdaş rayonu Qəsil kənd soveti tərəfindən verilmiş XVİ-ЖГ № 305997 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X36 xx.xx.1992-ci ildə Ağdaş rayonu, Qarağanşıxlar kəndində doğulmuş, atası X11, anası Ərizəçi1dır. İşin materiallarında olan 25 avqust 1964-cü il tarixdə Ağdaş rayonu Qəsil kənd soveti tərəfindən verilmiş XİV-ЖГ № 390951 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 Şıxali oğlu xx xxx 1989-cu ildə Ağdaş rayonu, Qarağan kəndində doğulmuş, atası X11, anası Ərizəçi1dır. İşin materiallarında olan xx.xx.1988-ci il tarixdə Ağdaş rayonu Qəsil kənd soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Validə Vahid qızı ilə xx.xx.1988-ci il tarixdə 07 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abduhəlimov, arvada Abduhəlimova soyadı verilmişdir. İşin materiallarında olan 07 mart 2017-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 Şamama Şıxali qızı ilə xx.xx.2017-ci il tarixdə 65 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşin materiallarında olan 17 avqust 2010-cu il tarixdə Ağdaş rayon İHB-nın Qarağan Şıxlar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 431943 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 08 avqust 2010-cu il tarixdə Ağciyər vərəmi xəstəliyi səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1992-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 5i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə ünvan 5ində doğulmaqla, ünvan 5i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, X6 və ailə üzvlərinin mülkiyyətinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı torpağa mülkiyyət hüquna dair JN-163 KOD 90308048 saylı Dövlət Aktı və torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 90308048 saylı Şəhadətnamədə texniki səhv olaraq ərizəçilərin soyadı “Abduhəlimov (Abduhəlimova)” əvəzinə “Abudllayev (Abudllayeva)” kimi, “Abdullayev (Abdullayeva)” əvəzinə “Abudllayev (Abudllayeva)” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki soyadları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 90308048 saylı X1, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3; Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı torpağa mülkiyyət hüquna dair JN-163 KOD 90308048 saylı Dövlət X3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın - hüquqmüəyyənedici sənədin onlara məxsus olması tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 90308048 saylı X1, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3; Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı torpağa mülkiyyət hüquna dair JN-163 KOD 90308048 saylı Dövlət X3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1245/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1245/2023
14.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver