Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1248/2021 07.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X3 iştirakları ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə X6, X18 və Məmmədrəhimova (Niftalıyeva) Nənəqız Məhəmmədiyə qızının mülkiyyətinə Qəbələ rayon Çarxana kəndində yerləşən 0,28 ha həyətyanı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi verilmişdir. 1998-ci ildə torpaq islahatı keçirilən zaman o və ailə üzvləri Qəbələ rayon Çarxana kənd sakinləri olublar, fərdi yaşayış evi və həyətyanı təyinatlı 0,28 ha olan torpaq sahəsi 2002-ci ildə DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən JN-015F nömrəli kod-40604048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, şəhadətnamədə X6 əvəzinə X9raq qeyd edilmişdir. Həmçinin, X4 əvəzinə də X12raq qeyd edilmişdir. Hazırda torpaq sahəsinə çıxarış əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlara həmin torpaq sahəsini maraqlı orqan ƏMDX yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsində adlarına qeydə aldırmaq üçün lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi X10 izahatlar verərək ərizədə göstərilənləri təsdiq etmişlər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub göndərilərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Qəbələ rayonunun Qəmərvan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 24.02.2021-ci il tarixdə verilmiş AZ-İV № 555553 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1965-ci ildə anadan olmuşdur. X1, anası X14r. İşin materiallarında olan AZ-İ seriyalı № 465161 saylı, 18.07.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 15.07.2011-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. İşin materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 10.02.2021-ci il tarixli № 59 saylı doğum haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X6 14.06.1932-ci ildə anadan olmuşdur. X5, anası X11r. İşin materiallarında olan AZ seriyalı № 114329 saylı, 15.10.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 03.09.2002-ci il tarixdə Qəbələ rayonunun Çarxana kəndində vəfat etmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayonu, Çarxana kəndində 2,2499 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi, ümümi birgə hüquq sahibləri X6, X6, X18 və Ərizəçi olmaqla xüsusi mülkiyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli, № **********42 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş JN- 015F nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X8, X19 və X7 Qəbələ rayonu, Çarxana kəndində 0,28 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Qəbələ rayonunun Qəmərvan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 12.02.2021-ci il tarixdə verilmiş AZ-İV № 555541 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19.05.1968-ci ildə anadan olmuşdur. X1, anası X14r. Beləliklə, məhkəmə iclasında ərizəçinin və onun nümayəndəsinin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atasının adı DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN- 015F saylı (kod ********) şəhadətnamədə texniki səhv olaraq “X6” əvəzinə, “X17” kimi və öz adı “X13” əvəzinə, “X21” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən babasının adı digər sənədlərdəki, özünün ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN – 015F saylı (kod ********) şəhadətnamənin mərhum X6, mərhum X18 və ərizəçi X2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Niftalıyeva Nənəqız Məhəmmədiyə qızının maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN – 015F saylı (kod ********) şəhadətnamənin mərhum X6, mərhum X18 və ərizəçi X2 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1248/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1248/2021
07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver