Məhkəmə qərarları › İş №2(014)-1252/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1252/2021

24.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1252/2021 24.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi A.Rəcəbovun Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcların silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcların silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan “xxxx” ASC-nin qanunsuz olmaqla hesablanaraq onun **********08784 saylı abonent koduna vurulmuş 586 manat pulun silinməsi və yeni qoyulmuş sayğaca görə hesablanmış əlavə məbləğin silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Azər Rəcəbov məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçı, ailə üzvləri ilə birlikdə Ağdaş şəhərində özünə məxsus evdə yaşayır. Yaşadığı evə quraşdırıbmış elektrik sayğacı iddiaçıya məxsus həyətin divarının küçə hissəsində quraşdırılmışdır. Quraşdırılmış elektrik sayğacına həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə bildiriş iddiaçıya təqdim edilmişdir və sayğacda hər hansı nasazlığın olması və ya kənar müdaxilə barədə iddiaçıya bildirilməmişdir. 12 fevral 2021-ci il il tarixdə “X11 Cəmiyyətinin əməkdaşları iddiaçının elektrik sayğacına baxış keçirmiş, guya ki, sayğacdan kənar elektrik xəttinin olmasını aşkar etmişlər. Bildirir ki, iddiaçı heç vaxt sayğacdan kənar xətdən istifadə etməmişdir. Cavabdeh orqanın əməkdaşları qanunsuz olaraq iddiaçının iştirakı olmadan akt tərtib etmiş və iddiaçıya əsassız cərimə yazmışlar. Qeyd edir ki, o, iddiaçının oğludur. Ümumiyyətlə iddiaçının ailə üzvlərindən heç kimin iştirakı akt tərtib edilərkən təmin edilməmiş, bu barədə onlara məlumat verilməmişdir. Qeyd edir ki, heç vaxt onlar kənar xətdən istifadə etməmişlər. Bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, guya sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən qanunsuz istifadə etməyi nəticəsində 586 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ iddiaçının **********08784 saylı abunə koduna vurulmuşdur. İddiamı bütün bunlara aydılıq gətirmək məqsədi ilə cavabdeh orqanın X4rkən ona aktların surətini verməklə kifayətlənmişlər. Bildirir ki, iddiaçı, heç vaxt kənar xətt vasitəsi ilə X3 etməmiş və etsəydi belə bu nəzarətçi tərəfindən dərhal aşkar olunardı. Ona görə də hesab edir ki, həmin akt cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş və həmin akta əsasən 586 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, 12 fevral 2021-ci il tarixdə saat 21:10 radələrində “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans Bölmə rəhbəri Aydın Balaşov və aparıcı mühəndis Elşən Ədilov tərəfindən RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən X6 xidmət ərazisinə daxil olan Ağdaş şəhərində istehlakçılar tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən ünvan 1 ünvanında yaşayan məişət abonenti X2 məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablama sayğacının giriş xəttinin sayğaca qədərki hissəsindən izolyasiyanı pozaraq “Kənar xətt” çəkildiyi müəyyən edilmişdir. Kənar xətdən axan yük xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə 1,98 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X3 Qaydaları”nın tələblərinə uyğun olaraq 12.02.2021-ci il tarixli AKT R N° 206859 saylı Akt tərtib edilmişdir. Aktın tərtibatında enerji təchizatı müəssisəsinin əməkdaşlarının çağırışına yaşayış evindən özünü təqdim etməkdən imtina edən şəxs iştirak etsə də akta imza etməkdən imtina etmişdir. Aktda yaşayış evini elektrik enerjisi ilə təchiz edən VİKO M580 tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacının texniki parametrləri və enerji sərfiyyatı göstəricisinin 8350,311 Kvt olması barədə müvafiq qeydiyyat aparılmışdır. Aktın “tələb” hissəsində “1. giriş xətti bərpa olunsun 2.Kənar xətt ləğv olunsun, qeydiyyatı aparılmışdır”. “Mərkəzi Aran”RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən iddaçı barəsində tərtib edilmiş 12.02.2021-ci il tarixli Akt R N° 206859 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 586,68 manat təşkil edən 5988 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. Bildirir ki, iddiaçı H,Abdullayevə barəsində “EElQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında hesabat aparılarkən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir qanunazidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Belə k, “EEİQ”-nın“ 8.32-ci bəndində “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır”-göstərilmışdir.İddiaçı H. Abdullayevanın yaşadığı evdə elektrik enerjisindən “Kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə şahid X9 məhkəmə iclasında bildirdi ki, cavabdeh xxxx ASC Mərkəzi Aran RETSİ-də Mingəçevir EŞ Enerji Alışı və Balans İtkilərin araşdırılması şöbəsində aparıcı mühəndis vəzifəsində işləyir. Sayğaca baxış keçirmişlər. Həmçinin iddiaçının sayğacına baxış keçirilən zaman xətdən keçən yükün sayğacdan keçmədiyini müəyyən etmişlər. Araşdırılma zamanı giriş xəttini zədələyərək divardan skopun altından abonentin evinə kənar xətt keçməsi tərəflərindən müəyyən edilmişdir. İş üzrə şahid X10 məhkəmə iclasında bildirdi ki, cavabdeh xxxx ASC Mərkəzi Aran RETSİ-də Mingəçevir EŞ Enerji Alışı və Balans İtkilərin araşdırılması şöbəsində balans bölmə rəhbəri işləyir. İddiaçının yaşayış ünvanına baxış keçirmişlər,məlum olmuşdur ki, həmin ünvanda izolyasiyası pozulmuş kənar xətt mövcuddur. O,divara bərkidilmiş hissədən kabeli dartmış və orada kənar xəttin divarın içərisində olduğunu görmüşdür.Onlar iddiaçının evindən küçəyə sərxoş vəziyyətdə bir nəfər çıxmış və özünü təqdim edə bilməmişdir. Bu barədə çəkiliş aparmışlar və video çəkilişdə bu dediklərinin hamısı əks olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “X3 Qaydaları”nın tələblərinə uyğun olaraq 12.02.2021-ci il tarixli AKT R N° 206859 saylı Aktdan görünür ki, “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans Bölmə rəhbəri Aydın Balaşov və aparıcı mühəndis Elşən Ədilov tərəfindən RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən X6 xidmət ərazisinə daxil olan Ağdaş şəhərində istehlakçılar tərəfindən “EEİQ”na riayət edilməsi vəziyyəti yoxlanılarkən ünvan 1 ünvanında yaşayan məişət abonenti X2 məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablama sayğacının giriş xəttinin sayğaca qədərki hissəsindən izolyasiyanı pozaraq “Kənar xətt” çəkildiyi müəyyən edilmişdir. Kənar xətdən axan yük xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə 1,98 kvt təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 206859 saylı icra vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yaşayan məişət abonenti X1 **********08784 saylı abonent koduna kənar xətt qüsuruna görə 586,68 manat cərimə hesablanaraq vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən abunə haqqında sənəddən görünür ki, İddiaçı abunə koduna 586,68 manat cərimə hesablanaraq vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X3 qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Tərəflər iddia ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, iddiaçının abonent koduna hesablanaraq vurulmuş cərimə əsassızdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı zamanı cavabdeh təşkilatın nümayəndəsi və məhkəmə iclasında şahid qismində dindirilmiş aktı tərtib etmiş şəxslər akt tərtib olunarkən video çəkiliş aparıldığını bildirərək video çəkiliş təqdim etsələr də, həmin video çəkilişdə iddiaçı tərəfindən qeyriqanuni X3 edilməsi müəyyən edilmir, eyni zamanda tərtib olunmuş akta video çəkilişin aparılması barədə hər hansı qeyd də əlavə edilməmişdir. MPM-in 77.1 və 77.2-ci maddələrinin tələbləri baxımından cavabdehin əməkdaşları tərəfindən iddiaçının obyektinə keçirilən baxış zamanı tərtib edilən, aktın doğruluğu (hansı ki, iddiaçının abunə koduna yazılmış cərimə onun əsasındadır) sübuta yetirilməlidir ki, həmin akt inandırıcı sübut kimi qəbul edilsin və onda təsbit olunan məlumatların cavabdehin xeyrinə nəzərə alınması mümkün olsun. Məhkəmə tərəfindən araşdırılan sübutlara əsasən müəyyən edilən hallar onu deməyə əsas verir ki, akt inandırıcı sübut kimi qiymətləndirilə və onda təsbit olunan məlumatların həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna bilməz. Ən azından ona görə ki, birincisi, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca onun və ya nümayəndəsinin, həmçinin hal şahidlərinin iştirakı olmadan, birtərəfli qaydada baxış keçirilmişdir. Digər tərəfdən isə məhkəmədə şahid qismində dindirilmiş cavabdehin obyektdə olan və aktı tərtib edən əməkdaşları, baxış zamanı aşkar edilənlərə dair videoçəkiliş aparıldığını bildirsələr də, cavabdeh tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bütün bu ziddiyyətlər isə aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Odur ki, akt əsasında yazılmış cərimə silinərək iddia qismən təmin edilməli, iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. İddiaçı yeni qoyulmuş sayğaca görə əlavə məbləğin silinməsini tələb etsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyi üçün iddia qalan hissədə rədd edilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xxxx ASC-nin 206859 saylı 12 fevral 2021 saylı akta əsasən, 206859 saylı icra vərəqəsi əsasında əsassız hesablanaraq İddiaçı **********08784 saylı abonent koduna vurulmuş 586 manat (beş yüz səksən altı manat) borc silinsin. Cavabdeh “xxxx” ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar