Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1255/2022 19.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X19 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X19 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, digər ərizəçi (anası) Ərizəçi1 Maraqlı şəxs1 ilə xx.xx.1993-cü ildə rəsmi ailə quraraq evlənmişdir. Birgə nikahdan onlar, yəni Lətifova (Xanaliyeva) Aygün Fəxrəddin qızı və Lətifova (Cabbarova) Rəvanə Fəxrəddin qızı anadan olmuşlar. Maraqlı şəxs bacısı Maraqlı şəxs2 xx.xx.1994-cü ildə doğulmuşdur. xx.xx.2015-ci il tarixdə X2 ilə rəsmi ailə quraraq evlənmişdir. O, Lətifova (Cabbarova) Rəvanə Fəxrəddin qızı xx.xx.1995-ci ildə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə X7 ilə rəsmi ailə quraraq evlənmişdir. Onların adlarına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixcli 14 nömrəli qərarı ilə 2,26 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0010 KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Həmin JN-0010 KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı səhvən “Güllər” kimi, Lətifova (Cabbarova) Rəvanə Fəxrəddin qızının isə soyadı və adı, həmçinin cinsi səhv, yəni “X6” kimi qeyd edilmişdir. Bu səbəbdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X19 Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X19 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X19 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, ərizəçilərlə uzun illərdir ki yaxın qonşudur. Ərizəçilərin ailəsinin və onların adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində Ərizəçi1 adı səhvən “Güllər” kimi, Lətifova (Cabbarova) Rəvanə Fəxrəddin qızının isə soyadı və adı, həmçinin cinsi səhv, yəni “X6” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 da özündən əvvəl ifadə vermiş şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № **********65 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli, № 359 saylı arayışdan görünür ki, torpağa mülkiyyət huququna dair Dövlət aktında Ərizəçi1 adı “Gülər” əvəzinə “Güllər” kimi, X1 ata adı, soyadı və ata adı “X3” əvəzinə “X6” kimi yazılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0010 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktından görünür ki, Maraqlı şəxs1, X8, X5 və X4 Ağdaş rayonu, Qolqəti kəndindən 2,26 ha kənd təsərrüfatə məhsullarının istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2015-ci il tarixli, AZ-İİ seriyalı, № 060452 saylı nikahın haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 ilə X5 10 oktyabr 2015-ci il tarixdə 288 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Xanaliyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Hapıtlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2018-ci il tarixli, AZ-İİ seriyalı, № 304940 saylı nikahın haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 ilə X3 25 dekabr 2018ci il tarixdə 04 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Cabbarova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1967ci ildə Ağdaş rayonunun ünvan 1ində anadan olmaqla, Ağdaş rayonu, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1966-cı ildə ünvan 3ində anadan olmaqla, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Şamaxı ASAN-Xidmət tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1994-cü ildə ünvan 3ində anadan olmaqla, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci ildə ünvan 3ində anadan olmaqla, Ağdaş rayonu, Yuxarı Ləki kəndi ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 adı, Ərizəçi2 adı, soyadı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25 iyun 1998-ci il tarixli torpağa mülkiyyət huququna dair JN-0010 saylı (kod ********) dövlət aktında texniki səhv olaraq “Gülər” əvəzinə “Güllər” kimi və “X3” əvəzinə “X6” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçlərin sənəddə göstərilən adı, soyadı və ata onlarn şəxsiyyətini təsdiq edən sənəddəki adı,soyadı və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 14 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN – 0010 saylı (kod ********) dövlət aktının Maraqlı şəxs1, Ərizəçi1, Lətifova (Xanaliyeva) Aygün Fəxrəddin qızı və Lətifova (Cabbarova) Rəvanə Fəxrəddin qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının X19 Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 14 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN – 0010 saylı (kod ********) dövlət aktının Maraqlı şəxs1, Ərizəçi1, Lətifova (Xanaliyeva) Aygün Fəxrəddin qızı və Lətifova (Cabbarova) Rəvanə Fəxrəddin qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1255/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1255/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver