Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1272/2023 18.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş şəhəri, Məşəd küçəsində özünə məxsus fərdi yaşayış evi var. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən sayğac vasitəsi ilə işıq verilir. Həmin sayğac həyətindən kənarda yerləşir. Belə ki, həmin ünvanda uzun müddət yaşamamışlar. Ayın çox günlərini ailəsi ilə birlikdə Aral 2 kəndində yaşamışlar. xx.xx.2023-cü il tarixdə özlərinə məxsus sayğac yanmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları həmin sayğacı sökərək aparmışlar. Bundan sonra ona 519,97 manat cərimə yazmışlar. Sayğac küçədə yerləşir. Hesab edir ki, hesablanmış borc əsassızdır və silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış hesablanmış 519,97 manat borcun silinməsi tələbinə dair iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, 06 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları A.Mehtiyev, T.Hacıyev və S.İsgəndərov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Ağdaş rayonu, Məşəd kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacın qısa qapanma nəticəsində yanaraq yararsız hala düşdüyü məlum olmuşdur. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə xətdən keçən cəryan İ= 1,3 , U= 0,22 , P= 2,86 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazasında **********00047 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında AKT R № 297415 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Sayğac çıxarılaraq yeni sayğacla əvəz olunsun. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılsın.” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT R № 297415 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 519,97 manat təşkil edən 4324 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P=2,86 kvt; W= 2,86 kvt ssat x 90 gün x24 saat x 0,7 = 4324 kvt saat; 603 kvt saat x 0,08 =48,24 manat; 300 kvt saat x 0,09 =27 manat; 3412 kvt saat x 0,13 =444,73 manat; cəmi: 519,97 manat. İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası”nda **********00047 saylı istehlakçı kodu ilə qeydiyyatda olan “Abunə haqqında məlumat”ı təhlil etdikdə yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının xx.xx.2018-ci il tarixdə quraşdırıldığı və həmin tarixdən xx.xx.2021-ci il tarixinə kimi olan 42 ay ərzində dəyəri 1547,42 manat + limitdən artıq 382,12 manat = 1929,54 manat məbləğində elektrik enerjisinin istehlakını qeyd etdiyi və orta aylıq enerji sərfiyyatının dəyərinin 45,94 manat təşkil etdiyi müəyyən edilir. xx.xx.2021-ci il tarixdən pozuntu faktı aşkar edilən xx.xx.2023-cü il tarixinə kimi olan 23 ay ərzində elektrik hesablama sayğacının dəyəri 116,16 manat təşkil edən 1452 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi və orta aylıq enerji sərfiyyatının dəyərinin 5,05 manat təşkil etməsi sayğaca müdaxilə edilərək enerjidən qanunsuz istifadə edilməsinə əyani sübutdur. Belə ki, yandırılaraq istismara yararsız hala salınmış elektrik hesablama sayğacı xx.xx.2023-cü il tarixdə yeni PAUD MP 106 tipli, zavod nömrəsi **********3 olan sayğacla əvəz edildikdən sonra xx.xx.2023-cü il tarixdə sayğac göstəriciləri oxunarkən sayğacın 37 gün ərzində dəyəri 84,88 + limitdən artıq 38,5 manat = 122,93 manat təşkil edən 161 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etməsi bir daha iddiaçı tərəfindən elektrik enerjisindən qanunsuz istifadə edilməsini təsdiq edir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 06 iyul 2023-cü il tarixli, 297415 saylı akt nəticəsində hesablanmış 519,97 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 06 iyul 2023-cü il tarixli, № 297415 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 3-ü "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 3 nəfər imzalamışdır. Həmin aktda qeyd edilmişdir ki, sayğac qısa qapanma nəticəsində yanaraq yararsız hala düşmüşdür. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, № 226452 saylı protokoldan görünür ki, İddiaçı yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacı yeni smart tipli sayğacla əvəz olunmuşdur. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********00047 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, iddiaçının Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında elektrik sayğacı xx.xx.2009-cu il tarixdə quraşdırılmış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə isə yenisi ilə əvəz edilmişdir. Abonentin cari borcu isə 519,97 manat təşkil edir. Həmçinin, **********00047 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə sayğaca baxış keçirilərək borc hesablanmışdır. İşin materiallarında olan "xxxx" ASC-nin sentyabr 2023-cü il tarixli, № 297415 saylı icra vərəqəsindən görünür ki, sayğaca kənar xətt qoşulmasına görə P = 2,86 kVt, W = 2,86 kVt x 90 gün x 24 saat x 0.7 = 4324 kVts, 600 kVts x 0,08 = 48,24 manat, 300 kVts x 0,09 = 27 manat, 3421 kVts x 0,13 = 444,73 manat, cəmi: 48,24 manat + 27 manat + 444,73 manat = 519,97 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinə dair 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik və aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yaşadığı ünvan 2i ünvanında elektrik sayğacı quraşdırılmış, həmin sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman sayğaca abonent tərəfindən müdaxilə olunduğu aşkar edilmişdir. Bundan sonra ona 90 gün nəzərə alınmaqla borc hesablanmışdır. Halbuki, abonentin sayğacına bu fakt müəyyən edildikdən 19 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və həmin tarixdə sayğaca müdaxilə və s. nöqsan olmamışdır. Belə olan halda isə abonentə nöqsanın aşkar olunduğu tarixdən üç ay əvvələ borc hesablanması qanunsuz olmuş və yalnız sonuncu baxışdan faktın aşkar olunduğu tarixədək cərimə hesablana bilərdi. Belə ki, Qaydaların 8.15-ci bəndində də hesablaşmanın 90 gün üçün aparılması deyil, üç aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərə tutulmuşdur. Həmçinin, hesablaşma aparılarkən "xxxx" ASC nəzərə almalı idi ki, Qaydaların 8.2ci bəndinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunduğundan, onların əməkdaşları bir vəzifə olaraq hər ay sayğaca baxış keçirməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən abonentə 519,97 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 19 günün borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Cavabdeh orqanın etirazında istinad etdiyi düstur əsasında hesablanmaqla (90 gün üçün 4324 kvts olduğundan, 19 gün üçün 912,91 kvts olmalı (200+100+612,91=912,91), məbləğ isə 200 kvts hissədə 0,08 manat, növbəti 100 kvts hissədə 0,09 manat, qalan 612,91 kvts hissədə isə 0,13 manat kimi nəzərə alınmalıdır), iddiaçıya 19 gün üçün hesablanmalı olan məbləğ ((200 kvts x 0,08) +(100 kvts x 0,09) + (612,91 kvts x 0,013)) isə 32,96 manat təşkil edir. Göründüyü kimi akt üzrə hesablanmış borc 32,96 manat hissədə əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı **********00047 saylı abonent koduna hesablanmış 487,01 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********00047 saylı abonent hesabına 06 iyul 2023cü il tarixli, № 297415 saylı akt əsasında hesablanmış 487,01 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1272/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1272/2023
18.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver