Məhkəmə qərarları › İş №2(014)-1283/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1283/2024

11.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1283/2024 11.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştrakları ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 may 1992-ci il tarixdə Ağdaş rayonu Qarağan-Şıxlar kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 03 may 1992-ci il tarixdə Ağdaş rayonu Qarağan-Şıxlar kəndində anadan olmuşdur. Qızı anadangəlmə “Daun Sindromu” (Orta dərəcəli əqli gerilik) xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də qızı AR Səhiyyə Nazirliyi “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində qeydiyyatdadır. Qızı xəstə olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq qızına özü baxır və onun üzərində faktiki qəyyumluğu özü həyata keçirir. Hesab edir ki, qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilir və onun yerinə bütün sənədləri imza edə bilər. Lakin Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Buna görə də, məhkəmədə 03 may 1992–ci il tarixdə Ağdaş rayonu Qarağan-Şıxlar kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, həqiqətən qızı anadangəlmə xəstədir, 3 yaşlı uşaq kimidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, uşaq həqiqətən xəstədir. Uşağın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Ağdaş RİHB-nın Qarağan Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli 5-32-12/2-106/2024 saylı arayışdan görünür ki, Ərizəçi 06 iyul 1073-cü ildə anadan olub, hal-hazırda Ağdaş rayon Qarağan Şıxlar kəndində yaşayır. İş materiallarında olan Ağdaş RİHB-nın Qarağan Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli 5-32-12/2-107/2024 saylı arayışdan görünür ki, X4 03 may 1992-ci ildə anadan olub, hal-hazırda Ağdaş rayon Qarağan Şıxlar kəndində yaşayır. İş materiallarında olan Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 24 fevral 1993-cü il tarixli XVİİ-ЖГ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 3 may 1992-ci il tarixdə Ağdaş rayon, Qarağan-Şıxlar kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X6 Şöbəsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 799 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X4 orta dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 may 1992-ci ildə Ağdaş rayonunun Qarağan Şıxlar kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar