Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1291/2022 21.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi), Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sovet diktaturasının ötən əsrin 30-cu ilərinin repressiyası nəticəsində “Fövqaladə üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı ilə babaları X2 əmlakı, o cümlədən evi müsadirə olunmuşdur. Özü isə beş il müddətinə Qazaxıstana sürgün edilmişdir. O, sürgün həyatına alışa bilməmiş və 1934-cü ildə orada vəfat etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı ilə “fövqəladə üçlüyün” həmin qərarı ləğv edilmiş və ona bəraət verilmişdir. O cümlədən əmlak müsadirəsinə aid olan hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 337-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bəraət hökmü çıxarmış məhkəmə tərəfindən əmlak müsadirəsinin taleyi də həll olunur. Əgər şəxsə bəraət verilərsə, hər şey öz əvvəlki vəziyyətinə qaytarılır və vətəndaşın hüquqları bərpa olunur. Ağdaş rayon İcra hakimiyyəti başçısının 08 iyul 1992-ci il tarixli 218 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında olan yaşayış evi X2 şəxsi mülkiyyətinə qaytarılmışdır. Bundan sonra qanun üzrə vərəsəlik hüququ ataları mərhum X6 verilmişdir. X1 da vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 19 may 1995-ci il tarixində onların yəni İddiaçı1 və İddiaçı2 ixtiyarına keçmişdir. Bəraətdən qabaq onların evinin bir otağında Nəbiyevlər ailəsi yaşayıblar (gün doğan tərəfdə), evin gün batan tərəfində isə uşaq bağçası yerləşir. Bu ev qardaşı ilə ona aid olduğu üçün bu ev onların ümumi mülki sayılır. 1992-ci ildə ev onlara qaytarılandan səkkiz ay sonra onlar uşaq bağçasını evlərindən çıxarmışlar, gün doğan tərəfdə isə bir otaqda da X5 və onun ailə üzvləri yaşayırdılar. Ona görə də onlar uşaq bağçasını evlərindən çıxaranda fikirləşmişlər Nəbiyevlər də özləri üçün nəsə edəcəklər ki, onlar çöldə qalmasınlar. Əvəzində isə Nəbiyevlər onlara hər gün bir ismarıc göndərməyə başlamışdırlar ki, onlar buradan heç bir yerə çıxan deyil, bəs bu evi onlara dövlət verib indi də onları oradan dövlət çıxarmalıdır. Sonradan ona məlum olmuşdur ki, X5 onlara məxsus yaşadıqları Ağdaş şəhəri əvvəllər Q.Əsgər küçəsi 15 saylı evə 01 yanvar 1970-ci il tarixli 356 saylı nümunəvi kirayə müqaviləsi əldə etmişdir. Ancaq ona məlum olduğuna görə həmin müqavilə saxta olmaqla heç bir yerdə qeydiyyatda yoxdur. Bundan başqa həmin müqavilənin saxta olması onunla müəyyən olunur ki, müqavilənin forması kiril əlifbası ilə çap olunduğu halda orada olan mətnlər latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış və müqaviləyə latın qrafikalı əlifba ilə möhür vurulmuşdur. 1970-ci ildə isə Azərbaycan Respublikasında latın əlifbası işlənməmişdir. Bundan başqa, qeyd olunanlara əsasən həmin evin mülkiyyətçisi onlar olduğu üçün 01 yanvar 1970-ci il tarixli, 356 saylı nümunəvi kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi ilə X5 arasında bağlanmış 01 yanvar 1970-ci il tarixli, 356 saylı ünvan 6 saylı evə (Mehdi Hüseynzadə küçəsi ev 13) dair nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı1n (eyni zamanda İddiaçı2 nümayəndəsi) məhkəməyə iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsisinə və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsində texniki səhv edərək cavabdehin adı Cavabdeh2 əvəzinə X12 olaraq, ünvanı da ünvan 4n 8 qeyd edilmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq iddia ərizəsində cavabdehin adına düzəliş edilərək cavabdehi Cavabdeh2 olaraq, ünvanını da ünvan 5ə iclasında İddiaçı1n (eyni zamanda İddiaçı2 nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan 30 iyul 1970-ci il tarixli, № 356 saylı nümunəvi müqavilədən görünür ki, X8, Cavabdeh2 və X7 ünvan 6 ünvanında ümumi sahəsi 35 kv.m. olan yaşayış mənzili istismara verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Sədrinin xx.xx.2022-ci il tarixli, 2(102)-92KS/22 saylı məktubundan görünür ki, qeyd edilən X2 barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət Kollegiyası tərəfindən çıxarılmış 10 aprel 1990-ci il tarixli 2 n 7-246 nömrəli qərardadının surəti məhkəmənin arxivində aşkar edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi 11 ünvanında yerləşən evin onların babalarına geri qaytarılmalı olmasına dair hər hansı sənəd və ya qanun norması mövcud deyil. Əksinə 01 yanvar 1970-ci il tarixli, 356 saylı Nümunəvi kirayə müqaviləsi ilə X4, həmçinin onun ailə üzvü olan hazırkı iş üzrə Cavabdeh2 həmin ünvanda yaşamaq hüquqlarının olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında Ağdaş şəhəri əvvəllər Q.Əsgər küçəsi 15 saylı evin kimə məxsus olması ilə əlaqədar mübahisə yaranmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 6 saylı evin onların vərəsəsi olduğu şəxsə qaytarılmalı olmasına dair hər hansı sübut mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1291/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1291/2022
21.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver