Məhkəmə qərarları › İş №2(014)-130/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-130/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-130/2024 17.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçilər Ərizəçi1, X4, Ərizəçi4 və ərizəçi, eyni zamanda digər Ərizəçi5 nümayəndəsi Ərizəçi3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X13 iştirakları ilə Ərizəçilər Ərizəçi1, X4, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxslər X23, X29 və Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, X4, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxslər X23, X29 və Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Şıxlı kəndində yaşayan valideynləri anaları X6 xx.xx.1999-cu il tarixdə, ataları X24 isə xx.xx.2015-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində ölmüşdür. Valideynlərinin ölümündən sonra onlardan qeydiyyat tarixi xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* seriya nömrəli Çıxarışa əsasən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Valideynlərindən qalmış mirasın rəsmiləşdirilməsi üçün rayon Notariat ofisinə müraciətləri ilə əlaqədar verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda mirasa dair reyestr çıxarışında miras qoymuş atalarının adının onların sənədlərində ata adı ilə uyğunsuzluq olduqğu qeyd olunmuş və bu faktların təsdiq edilməsi üçün məhkəməyə müraciət etmələri təklif edilmişdir. Odur ki, hazırki ərizə ilə müraciət edirlər. Ərizəçi1 xx.xx.1961-ci il tarixdə Şıxlı kəndində doğulmuş, 1980-ci il tarixdə nikaha daxil olduqdan sonra ərinin hazırki soyadını götürmüş, doğum sənədində atasının adı səhvən Şəmi kimi qeyd olunmuşdur. X4 xx.xx.1963-cü il tarixdə Şıxlı kəndində doğulmuş, 1982-ci il tarixdə nikaha daxil olduqdan sonra ərinin hazırki soyadını götürmüş, doğum sənədində və şəxsiyyəti təsdiq edən sənəddə atasının adı səhvən Şəmi kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Ağdaş rayonu, Şıxlı kəndində xx.xx.2015-ci il il tarixdə ölmüş X9 onların, yəni Ərizəçi1, X4, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 atası olması və onların X9 qızları olmalarına dair qohumluq münasibətləri faktının, həmçinin xx.xx.2015-ci il qeydiyyat tarixli, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* seriya nömrəli Çıxarışda göstərilən mərhum anası, atası və Ərizəçi5 ümumi birgə bərabər paylı mülkiyyətlərinə dair reyestr çıxarışı sənədin ona məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda digər Ərizəçi5 nümayədəsi Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər ərizəçilər Ərizəçi1, X4, Ərizəçi4 özlərindən əvvəl izahat vermiş Ərizəçi3 dediklərini təsdiq etdilər. Məhkəmə iclasında maraqlı şəxslər X23 və X29 izahat verərək ərizəçilərin atalarının adlarının Şəmil olduğunu bildirdilər və ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, X24 qayınatasıdır. Ərizəçilər isə Şəmil Alışovun qızlarıdır. Ərizəçilərin sənədlərində ata adları Şəmil əvəzinə səhvən Şəmi kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da özündən əvvəl ifadə vermiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 15 sentyabr 2023-cü il tarixli, 657 saylı məktubundan görünür ki, Ərizəçi5 miras qoyan X24 ilə qohumluq münasibəti faktının və hüquq müəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX № ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 2,6156 ha torpaq sahəsi X24, X6 və Ərizəçi5l qızının mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan 11 noyabr 1961-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş AЗ № 116329 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxx 1961-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində doğulmuşdur. X5, anası X2r. İşin materiallarında olan 31 iyul 1963-cü il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş AЗ № 454370 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 25 iyul 1963-cü il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində doğulmuşdur. X5, anası X2r. İşin materiallarında olan 30 noyabr 1964-cü il tarixdə Ağdaş rayonu, Şıxlı kənd soveti tərəfindən verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1964-cü il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində doğulmuşdur. X5, anası X2r. İşin materiallarında olan 30 iyul 1970-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kənd soveti tərəfindən verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxx 1970-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində doğulmuşdur. X5, anası X2r. İşin materiallarında olan 05 dekabr 1980-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kənd soveti tərəfindən verilmiş Vİİ-ЖГ № 379858 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxx 1980-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində doğulmuşdur. X5, anası X2r. İşin materiallarında olan 04 noyabr 1980-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş İİ-ЖГ № 352327 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 04 noyabr 1980-ci il tarixdə 16 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. İşin materiallarında olan 14 iyun 1982-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş İİ-ЖГ № 483930 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 Sərdər oğlu ilə X14 14 iyun 1982-ci il tarixdə 13 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İşin materiallarında olan 26 aprel 1991-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş V-ЖГ № 421787 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X12 26 aprel 1991-ci il tarixdə 11 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İşin materiallarında olan 03 avqust 1988-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş İV-ЖГ № 343249 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X16 03 avqust 1988-ci il tarixdə 15 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. İşin materiallarında olan 25 iyun 1998-ci il tarixdə Ağdaş rayon Yenicə kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ № 382676 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X17 25 iyun 1998-ci il tarixdə 06 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Salehov, arvada Salehova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri onların şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, qohumluq faktın təsdiq edilməsi ərizəçilərə mirasın rəsmiləşdirilməsi üçün lazımdır. Eyni zamanda Ərizəçi5 sənəddə göstərilən ata adı şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə Ağdaş rayon Notariat ofisi tərəfindən mirasın rəsmiləşdirilməsindən imtina edilməsinə dair məktub verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2015-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində ölmüş X9 ərizəçilər Ərizəçi1, X4, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 atası olma faktı, eyni zamanda xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* seriya nömrəli X1, X6 və Ərizəçi5 məxsus olma faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, X4, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxslər X23, X29 və Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizələri təmin edilsin. xx.xx.2015-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində ölmüş X9 ərizəçilər Ərizəçi1, X4, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 atası olma faktı müəyyən edilsin. xx.xx.2015-ci il qeydiyyat tarixli, RX ******* seriya nömrəli X1, X6 və Ərizəçi5 məxsus olma faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar