Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1309/2023 20.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu, MAşad kəndində özünə məxsus fərdi yaşayış evi var. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən sayğac vasitəsi ilə işıq verilir. Həmin sayğac həyətindən kənarda yerləşir. Belə ki, xx.xx.2023-cü il tarixdə onlar evdə olmadıqları zaman "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus sayğaca baxış keçirilib. BAxış keçirildikdən sonar kənar xətt aşkarlanmışdır. Halbu ki, həmin xətdən onun və ailə üzvlərinin xəbəri olmamışdır. Buna baxmayaraq heç bir araşdırma aparmadan ona 1928,58 manat cərimə yazılmışdır. Hesab edir ki, hesablanmış borc əsassızdır və silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış hesablanmış 1928,58 manat borcun silinməsi tələbinə dair” iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, 22 iyun 2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları B.Abdullayev, Ç.Babayev, A.Məmmədov və N.Rzayev tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı ünvan 2ində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğac sxeminə “kənar xətt” daxil olduğu, həmin “kənar xəttin” sayğacın alt qapaq möhürünə kimi kəsilərək, qapağın alt hissəsində giriş və çıxış fazaları bir-birinə qoşulduğu, sayğacın dövrədən tam kənarlaşdırıldığı məlum olmuşdur. “Kənar xətdən axın yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa" ilə ölçüldükdə xətdən keçən cərəyan Pkənar= 2,1, Psay= 0 kvt , İ= 2 x 6 mm2 alminium naqildir. Naqilin maksimum yük buraxma qabiliyyəti 7,9 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazasfnda **********00229 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında AKT NDM № 032822 nömrəli Akt tərtib edilmişdir. Pozuntu faktı ilə əlaqədar “Qaydalar”ın tələblərinə uyğun olaraq İddiaçı yaşadığı fərdi yaşayış evinin həyət qapısı əməkdaşlar tərəfindən döyülsə də çağırışa evdən heç kim çıxmamış və bu səbəbdən pozuntu faktının sənədləşdirilməsində İddiaçı iştirakı təmin edilməmişdir. Bu barədə aktın müvafiq hissələrində “Qapını açan olmadı” qeydiyyatı aparılmışdır. Aktın “tələb hissəsində” hissəsində “Sayğacdan kənar xətt ləğv edilsin. Sxem bərpa olunsun. Sayğac yenisi ilə əvəz olunsun.” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT NDM № 032822 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya ’’tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 120 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1928,60 manat təşkil edən 15266 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: (7,9 kvt x 24 saat x 0,7 x120 gün )-660 kvt saat= 15266 kvt saat; Tarif (0,08 manat)-800 kvt saat x 0,08 =64 manat; Tarif (0,09 manat)-400 kvt saat x 0,09 =36 manat; Tarif (0,13 manat)-14066 kvt saat x 0,13 =1828,6 manat; cəmi: 1928,60 manat. İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. İddiaçı barəsində tərtib edilmiş akta əsasən hesablanmış 1928,60 manat məbləğində enerji haqqı dəyərindən “Paypoint” WES ödəniş sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023cü iltarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 310 manat, xx.xx.2023-cü il tarixdə isə 170 manat olmaqla cəmi 980 manat məbləğində ödəniş etmişdir. İddiaçı istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası’nda **********00229 saylı istehlakçı kodu ilə qeydiyyatda olan “Abunə haqqında məlumat”ı təhlil etdikdə yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının xx.xx.2021-ci il tarixdə 34 gün ərzində dəyəri 82,11 manat təşkil edən 1173 kvt saat, xx.xx.2021-ci il tarixdə 25 gün ərzində dəyəri 50,82 manat təşkil edən 726 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi halda 11,10.2021-ci il tarixdən pozuntu faktı aşkar olunan xx.xx.2023-cü il tarixinə kimi olan 22 ay ərzində dəyəri 116,56 manat təşkil edən 1457 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etməsi və enerjinin orta aylıq sərfiyyatının dəyərinin 5,29 manat təşkil etməsi iddiaçı tərəfindən sayğaca müdaxilə edilərək enerjidən qanunsuz istifadə edilməsi məhz xx.xx.2021-ci il tarixdən sonra başladığı aydın görünür. “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinin Ağdaş EŞ-si üzrə texnik S.Abubəkirov tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində istismarda olmuş DDS 26 tipli, sayğac nömrəsi ********** olan elektrik hesablama sayğacı yeni PAUD-MP 106 tipli zavod nömrəsi **********6 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçının istifadəsinə verilmişdir. Sayğacın dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli, “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 480267 №-li Protokol tətib edilərək S.Abubəkirov və İddiaçı tərəfindən imzalanmışdır. Protokolun “qeyd” hissəsində “032822 saylı akta əsasən yeni “smart kart” tipli sayğac quraşdırıldı və çıxarılan sayğac möhürlə möhürləndi. 10 gün müddətində laborotoriyada yoxlanarkən iştirak etməsi tövsiyə olundu.” qeydiyyatı aparılmışdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən, iddiaçi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 22 iyun 2023-cü il tarixli, AKT NDM 032822 saylı akt nəticəsində hesablanmış 1928,58 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 22 iyun 2023-cü il tarixli, AKT NDM 032822 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, № 480267 saylı protokolun surətindən görünür ki, İddiaçı yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacı yeni smart tipli sayğacla əvəz olunmuşdur. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********00229 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, iddiaçının ünvan 2i ünvanında elektrik sayğacı xx.xx.2007-ci il tarixdə quraşdırılmış, sonuncu dəfə xx.xx.2023cü il tarixdə isə yenisi ilə əvəz edilmişdir. Abonentin cari borcu isə 1928,58 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinə dair 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik və aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yaşadığı ünvan 2i ünvanında elektrik sayğacı quraşdırılmış, həmin sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman sayğaca abonent tərəfindən müdaxilə olunduğu aşkar edilmişdir. Bundan sonra ona 120 gün nəzərə alınmaqla borc hesablanmışdır. Halbuki, abonentin sayğacına bu fakt müəyyən edildikdən 5 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və həmin tarixdə sayğaca müdaxilə və s. nöqsan olmamışdır. Belə olan halda isə abonentə nöqsanın aşkar olunduğu tarixdən dörd ay əvvələ borc hesablanması qanunsuz olmuş və yalnız sonuncu baxışdan faktın aşkar olunduğu tarixədək cərimə hesabla bilərdi. Belə ki, Qaydaların 8.15-ci bəndində də hesablaşmanın 120 gün üçün aparılması deyil, üç aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərə tutulmuşdur. Həmçinin, hesablaşma aparılarkən "xxxx" ASC nəzərə almalı idi ki, Qaydaların 8.2ci bəndinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunduğundan, onların əməkdaşları bir vəzifə olaraq hər ay sayğaca baxış keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən abonentə 1928,58 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 5 günün borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Cavabdeh orqanın etirazında istinad etdiyi düstur əsasında hesablanmaqla (120 gün üçün 15266 kvts olduğundan, 5 gün üçün 663,6 kvts olmalı (200+100+363,6=663,6), məbləğ isə 200 kvts hissədə 0,08 manat, növbəti 100 kvts hissədə 0,09 manat, qalan 363,6 kvts hissədə isə 0,13 manat kimi nəzərə alınmalıdır), iddiaçıya 5 gün üçün hesablanmalı olan məbləğ ((200 kvts x 0,08) +(100 kvts x 0,09) + (363,6 kvts x 0,013)) isə 29,72 manat təşkil edir. Göründüyü kimi akt üzrə hesablanmış borc 29,72 manat hissədə əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı **********00229 saylı abonent koduna hesablanmış 1898,86 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1928,58 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 39,28 (otuz doqquz manat iyirmi səkkiz qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********00229 saylı abonent hesabına 22 iyun 2023cü il tarixli, AKT NDM 032822 saylı akt əsasında hesablanmış 1898,86 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 39,28 (otuz doqquz manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1309/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1309/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver