Məhkəmə qərarları › İş №2(014)-1325/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1325/2021

19.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1325/2021 19.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı1, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, İddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon notariusu 18.07.2019-cu il tarixdə Cavabdeh nənəsi X7 məxsus olub ünvan 1 ünvanda yerləşən miras əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cavabdeh müraciəti və həmin şəhadətnamə əsasında ünvan 2-də mülkiyət hüquqlarını qeydə almaqla çıxarış vermiş, hüquq sahiblərinin adı qrafasında Cavabdeh, X34 və X20 adlarını qeyd etmişdir. ünvan 2 ünvanında olan ev mərhum X2na məxsus olmuşdur. Həmin evdə onlar ata X2, X10, anaları Nümayəndə ilə birgə yaşamışlar. Anaları Nümayəndə 21 sentyabr 1991-ci ildə X14 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. 1990cı ildən faktiki nikahda olmuşlar. Birgə nikahdan 30 iyun 1991-ci ildə İddiaçı1 və xx xxxxxxx 1994-cü ildə Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı doğulmuşlar. Anadan olandan bu evdə yaşamış, orta təhsili bu evdə yaşayarkən almışlar. X2 10 avqust 2010-cu ildə rəhmətə getmişdir. Nənələri rəhmətə gedəndən sonra da həmin evdə anaları ilə birgə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmişlər. Bu həmin ərazidə yaşayan bütün insanlara və digər qohumlarına məlumdur. Cavabdeh nənəsi ilə eyni həyətdə, lakin başqa evdə yaşayan əmisi Əhmədiyyə Ağayevin evini 1980-ci ilin əvvəllərində alaraq ora köçmüş və hal-hazırda da orada yaşayır. Həmin ev cavabdehin mülkiyyətindədir. Cavabdeh özünü yalandan vərəsə kimi təqdim edərək 18 iyul 2019-cu ildə vərəsəlik hüququ verən şəhadətnamə, 26.07.2019-cu il tarixdə vərəsəlik hüququ ilə onlara məxsus olan Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 34 saylı evə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən **********8310301 reyestr nömrəli çıxarış almışdır. Cavabdeh notariusa onlara vərəsə olmağı barədə məlumat verməmişdir. Halbuki, müraciət üçün edilən ərizədə bütün vərəsələr barədə notariusa məlumat verilməli, notarius vərəsələrin dairəsini müəyyən edərək yoxlamalıdır. Göyçay rayon notariat ofisinin xüsusi notariusu X29 qanunun tələblərini pozaraq miras əmlaka digər vərəsələrin olubolmamasını araşdırmadan Cavabdeh 18 iyul 2019-cu ildə miras əmlakdan tam hissədə pay almağa dair şəhadətnamə vermişdir. Cavabdeh Zahid oğlu qanunsuz yolla əldə olunmuş 18 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək 13.08.2019-cu ildə çıxarış almışdır. Qeyd olunan reystrdən çıxarış etibarsız hesab edilməlidir. X10 rəhmətə getdiyi üçün nənələrinin vərəsəsi onlardır. Qeyd etdiyi kimi evin mülkiyətçisi olan X2 2010-cu ildə ölmüş, onun ölümündən sonra miras qalmış əmlakı faktiki onlar qəbul edərək orada yaşamışlar. İddia üzrə Cavabdeh Zahid oğlu isə həmin vaxt qonşuda özünə məxsus evdə yaşamışdır. Cavabdeh Zahid oğlu vərəsə hesab edilmir, əmlakı nə faktiki, nə də ki, qanun üzrə qəbul etməmişdir. Cavabdeh Zahid oğlu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarışı nənəsinin ölmündən 9 il sonra almışdır. Hətta, o, vərəsə olmuş olsa idi belə müddətin keçməsinin üzrlü hesab edilməsinə dair məhkəmə qətnaməsi, yaxud digər vərəsələrin razılığı ilə çıxarış ala bilərdi. Ağdaş rayon notariat ofisi X2ndan miras qalmış və tərəflərindən faktiki olaraq qəbul edilmiş ünvan 3 ünvanda yerləşən miras əmlaka-evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir. Sonradan iddiaçılar məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini artırmışlar və iddia tələbində göstərilənlərdən əlavə olaraq Cavabdeh Ağdaş rayon Notariat ofisi tərəfindən 30 noyabr 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə etdilər və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Göyçay rayon Notariat ofisinin notariusu X24 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, mərhum X11 1989-cu ildə rəsmi nikah qeyd etdirməklə cavabdehlərin anası Nümayəndə ilə evlənərək ailə qurmuşlar. Onlar toylarının növbəti günü Bakı şəhəri, ünvan 4 ünvana köçərək orada yaşamağa başlamışlar. O, mərhum qardaşının və ailəsinin xahişi ilə 2002-ci ildə həmin evi sataraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı binanın 25 nömrəli mənzilini onlara almışdır. Cavabdehlər və anaları həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. X11 18 oktyabr 2005-ci ildə Rusiya Federasiyasında öldürülmüşdür. Cavabdehlərin miras əmlak kimi mübahisələndirdikləri fərdi yaşayış evi mərhum anası X6 mülkiyyətində olmuşdur. Anası 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmişdir. Anasının ölümündən sonra qanunla müəyyən olunmuş qaydada və müddətdə mərhum qardaşı anasından əvvəl vəfat etdiyinə və qardaşının ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri olan cavabdehlər qanunla müəyyən edilmiş müddətdə və qaydada miras əmlakda mərhum qardaşına çatası payını mübahisələndirmədiklərinə görə həmin dövrdə Ağdaş rayonu notariat kontorunun xüsusi notariusu M.Əliyev işdən azad olunduğuna və notariat hərəkətlərinin aparılması müvəqqəti olaraq Göyçay rayon Notariat ofisinin xüsusi notariusuna həvalə edildiyindən Göyçay rayon Notariat ofisində vərəsəlik işi açdıraraq qanun üzrə birinci növbə vərəsə kimi anasından miras qalmış əmlakı qəbul etmişdir. Bundan sonra miras əmlakı, yəni həyətyanı torpaq sahəsini ümumi birgə, yaşayış evini isə tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydə aldırmış və bu barədə onun və digər iki nəfər ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Göründüyü kimi 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmiş mərhum anası Hənifə Abdullayevanın ölümündən sonra onun birinci növbə vərəsələri o və qardaşı VCavabdeh olmuşdur. Cavabdehlərin ataları, qardaşı VCavabdeh anası Hənifə Abdullayevadan öncə vəfat etdiyi üçün qardaşının uşaqları olan cavabdehlər İddiaçı2 və İddiaçı1 qardaşı VCavabdeh birinci növbə vərəsələri kimi anasından miras qalmış əmlakda VCavabdeh miras qala biləcək paya qanun üzrə birinci növbə vərəsə ola bilərdilər, lakin onlar anasının ölümündən sonra keçən müddətdə miras əmlakla maraqlanmamışlar, mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş müddətdə müvafiq icra orqanına müraciət etməmişlər, yəni onlar bu hüquqlarından istifadə etməmişlər. O, anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam olaraq haqlı olaraq miras əmlak kimi qəbul etmiş və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdehlər mərhum anasının ölümündən sonra bütün yuxarıda qeyd etdiyi işin həqiqi hallarına “Cavabdeh Nümayəndə qarşı yaşayış evindən məcburi çıxarma, mənzilin boşaldılması və köçürülmə tələbi haqqında iddiasına, Nümayəndə və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddiasına dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-879/2020 saylı və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(107)-250/2021 saylı qətnamələri ilə hüquqi qiymət verilmiş və həmin hallar həmin qətnamələrlə təsdiq olunmuşdur. Ona görə də hesab edir ki, mübahisə predmeti olan miras əmlak olan fərdi yaşayış evinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğuna görə həmin hallar təkrar mübahisələndirilə bilməz. Yuxarıda göstərdiyi həqiqi hallardan aydın görünür ki, iddiaçıların ona və digərlərinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası belə yoxdur. Ona görə də iddia tələbini özünə aid hissədə qəbul etmir və buna etiraz edir. Odur ki, yuxarıda göstərdiklərinin nəzərə alınmasını, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh, Göyçay rayon Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ağdaş rayon Notariat ofisinin üzərinə vəzifə kimi qoyulması barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası ƏMDX yanında DƏDRXnin və Göyçay rayon Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin və Göyçay rayon Notariat ofisinin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı mərhum qardaşı Vasifin uşaqlarıdır. Cavabdeh da onun qardaşıdır. Cavabdeh ilə münasibətləri yaxşı deyil. ünvan 1 saylı ev onların ata-analarına məxsus olub. O, 1972-ci ildən həmin evdən çıxıb getmiş və Bakı şəhərində yaşayır. ünvan 1 saylı evdə anasının sağlığında və anası vəfat etdikdən sonra mərhum qardaşı Vasifin arvadı və uşaqları yaşamışlar. İşin materiallarında olan Ağdaş VVAQ bürosu tərəfindən verilmiş 24.06.1967-ci il tarixli, AZ seriyalı, № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X32 07.06.1967-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. X12, anası isə X8r. İşin materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 10.10.2006-ci il tarixli AZ-İ seriyalı, № 210793 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X32 18.10.2005-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 19.09.1991-ci il tarixli, XVİ-JQ seriyalı, 349955 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1991-ci il tarixdə Bakı şəhəri Oktyabr rayonunda anadan olmuşdur. X14, anası isə X21r. İşin materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 11.10.1994-cü il tarixli, XVİİİ-JQ seriyalı, 464115 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. X14, anası isə Nümayəndədır. İşin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 26.07.2019-cu il olan çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında ümumi sahəsi 91 kv.m olan yaşayış evi tam olaraq, həmin ünvanda 0,0601 ha torpaq sahəsi isə X34 və X31 ilə birlikdə Cavabdeh paylı xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 11 iyun 2020-ci il tarixli, 07 saylı arayışın surətindən görünür ki, Nümayəndə 2007-ci ildə Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Uşaq şöbəsinə işə qəbul edilmişdir. Hal-hazırda Ağdaş rayon Nehrəxəlil kənd kitabxanasında kitabxanaçı vəzifəsində işləyir. İşin materiallarında olan Ağdaş rayon Təhsil şöbəsi tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli, 28 saylı arayışın surətindən görünür ki, Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı 2006-2013-cü tədris illərində Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 №-li tam orta məktəbin Azərbaycan bölməsində oxumuşdur. İşin materiallarında olan Ağdaş rayon Təhsil şöbəsi tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli, 29 saylı arayışın surətindən görünür ki, İddiaçı1 2006-2009-cu tədris illərində Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 №-li tam orta məktəbin Azərbaycan bölməsində oxumuşdur. İşin materiallarında olan Göyçay rayon Notariat ofisinin 02 mart 2021-ci il tarixlli, 327 saylı məktubunun surətindən görünür ki, İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının pretenziya məktubuna cavab olaraq bildirilir ki, 09.08.2010-cu ildə vəfat etmiş X7 Ağdaş rayon Dövlət Notariat Kontoru tərəfindən 30.11.2012-ci ildə vərəsəlik hüququ tanınmış və 18.07.2019-cu ildə həmin vərəsəyə növbəti miras əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işinin arasında olan bütün sənədlər həmin əmlakın oğlu Cavabdeh tərəfindən idarə edildiyi subuta yetirilir və vərəsəlik şəhadətnamə verilənədək onun həmin əmlakda miras qoyanla bir yerdə yaşaması təsdiq edilir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 17.08.2020-ci il tarixli, № **********40 saylı məktubunun surətindən görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də yerləşən fərdi yaşayış evi X6 adına tərtib olunmuş 2256 inventar nömrəli texniki pasporta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən və üzvlərinin (2 nəfər) adlarına tərtib edilmiş JN-2891A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 26.07.2019-cu il tarixində vahid daşınmaz əmlak kimi qeydə alınmış, X6 vəfatından sonra 18.07.2019-cu il tarixində ev və özünə məxsus torpaq payı notarial qaydada oğlu Cavabdeh adına rəsmiləşmiş və 13.06.2019-cu il tarixində dövlət reyestrində qediyyata alınmışdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21.09.1991ci il tarixli, V-JQ seriyalı 422461 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X26 21.09.1991-ci il tarixdə 148 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisinin 28 aprel 2021-ci il tarixli, 312 saylı məktubundan görünür ki, İddiaçı1 Ağdaş rayon Notariat ofisinə ünvanladığı ərizəyə cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” X3 axtarış nəticəsində müəyyən edilmişdir ki, X1 adına Göyçay rayon Notariat ofisində 18.07.2019-cu il tarixdə vərəsəlik işi açılmaqla, vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamə verilmişdir. X1 adına təkrar olaraq Ağdaş rayon Notariat ofisində vərəsəlik işinin açılması mümkün deyildir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.07.2021-ci il tarixli, № **********18 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1325/2021 saylı işi ilə bağlı, sorğu ilə əlaqədar olaraq Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 34 saylı evin X6 adına rəsmiləşdirilməsinə əsas olmuş ilkin sənədlərin surəti təqdim edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.02.2014-cü il tarixli, RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında ümumi sahəsi 41,37 m2, yaşayış sahəsi 28,67 m2, yardımçı sahəsi 12,7 m2, 2 otaqdan ibarət olan mənzil Nümayəndə xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.06.2019-cu il tarixli, № ********** saylı çıxarışının surətindən görünür ki, ünvan 8 ünvanında ümumi sahəsi 91 m2, torpaq sahəsi 0,0601 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi tam olaraq, həmin ünvanın yerləşdiyi torpaq sahəsi isə X34 və X31 ilə birlikdə X6 xüsusi mülkiyyətindədir. İşin materiallarında olan JN-2891A seriyalı, kod 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv bağlar dövlət bağçılıq təsərrüfatının bağı üçün X9 və ailə üzvləri Ağayeva (Əliyeva) Elza Asif qızı, X20 mülkiyyətinə verilmişdir. İşin materiallarında olan 18.07.2019-cu il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 09.08.2010-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24 ünvanda yaşayan oğlu Cavabdeh (AZE 0*******, 02/05/2012 - AĞDAŞ RPŞ, FİN: xxxxxxx) və o, miras əmlakdan aşağıda göstərilən tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən 13/06/2019 tarixdə X7 verilmiş **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və real vaxt rejimində 18.07.2019-cu il tarixdə ********** nömrəli arayışa əsasən ünvan 8 ünvanında ümumi sahəsi 91 kv.m, o cümlədən yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı yaşayış evindən və 0,0601 ha torpaq sahəsi X7 məxsus olan payından ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.08.2010-cu il tarixli, AZ-İ seriyalı, № 431958 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09.08.2010-cu il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.2019cu il tarixli, № 1205 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1934-cü ildə Ağdaş rayon Qəsil kəndində anadan olmuş və Ağdaş rayonunda qeydiyyat olmuş X1 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 12.06.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu: Cavabdeh, qızı: X27. İşin materiallarında olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışın surətindən görünür ki, X6 X32 adlı uşağı olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 14.06.2019-cu il tarixli, 8/132- 92032-3219 saylı məktubunun surətindən görünür ki, X16 13.06.2019-cu il tarixdə Ağdaş rayon Polis şöbəsinə etmiş olduğu müraciətinə cavab olaraq bildirilir ki, onun mərhum anası X4 RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun kartotekası ilə 17.06.2005-ci il tarixdən vəfat edənə qədər (09.08.2010) Ağdaş şəhəri, C.Hacıyev küçəsi, ev 24-də qeydiyyatda olmuşdur. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, 2391 saylı arayışın surətindən görünür ki, Cavabdeh mərhum X9 ilə ünvan 9 ünvanda birgə yaşamışlar. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, 2390 saylı arayışın surətindən görünür ki, X9 vəfat etdiyi günədək (17.08.2010-cu il tarixli, AZ № 431958 saylı ölüm haqqında şəhadətnamə) ünvan 13 evdə yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 16.07.2019-cu il tarixli, 8/1321083/A-3219 saylı məktubunun surətindən görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24-də yaşayan Cavabdeh 15.07.2019-cu il tarixdə Ağdaş rayon Polis şöbəsinə vermiş olduğu ərizəsinə cavab olaraq bildirilir ki, X13 RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekası ilə qeydiyyatdan keçmir. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11.11.1981ci il tarixli, İİ-JQ seriyalı, № 336401 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 16.09.1981-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 13.02.1962-ci il tarixli, AZ seriyalı, 152609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X12, anası isə X8r. İşin materiallarında olan Ağdaş rayonu ZAQS bürosu tərəfindən verilmiş 07.10.1952-ci il tarixli, İE seriyalı, 850733 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 23.09.1952-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X12, anası isə X8r. İşin materiallarında olan 18.07.2019-cu il tarixli ərizədən görünür ki, X27 09 avqust 2010-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 34 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən ona çatası payı qəbul etməkdən imtina etmişdir. İşin materiallarında olan 30 noyabr 2012-ci il tarixli, 2V-01-944 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən (929 saylı vərəsəlik işi) görünür ki, X6 vərəsəsi ünvan 2 ünvanında yaşayan oğlu Cavabdeh miras əmlak olan "xxxx" ASC-də 20139 və ******* saylı hesabda olan əmanət puldan irs almışdır. Beləliklə, iş üzrə faktiki hallardan aşağıdakılar müəyyən olunmuşdur: - X9 iddiaçıların nənəsi, Cavabdeh anasıdır. - X6 əri X30 16.09.1981-ci il tarixdə ölmüşdür. - X6 Cavabdeh, X32, X25 və X28 adlı 4 övladı olmuşdur. - X6 oğlu X32 18.10.2005-ci ildə ölmüşdür. X22 İddiaçı1 və İddiaçı2 adlı iki övladı olmuşdur. - X9 09.08.2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra övladları Cavabdeh, X25, X28 və Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə uyğun olaraq oğlunun övladları İddiaçı1 və İddiaçı2 adlı birinci növbəli vərəsələri qalmışdır. - X6 övladlarından X27 miras əmlakı faktiki qəbul etməməklə, həmçinin ərizə yazaraq imtina etməklə və X25 isə məhkəməyə təqdim etdiyi ərizəsinin məzmunundan və vərəsəlik hüququnun yarandığı tarixdən sonrakı hərəkətləri ilə müəyyən edilir ki, faktiki qəbul etməməklə imtina etmişdir. - X9 vəfat edərkən ondan miras olaraq Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 34 saylı ev, həmin evin yerləşdiyi Ağayeva (Əliyeva) Elza Asif qızı və X31 ilə birlikdə paylı mülkiyyətində olan torpaq sahəsi miras qalmışdır. - Həmçinin, X9 vəfat edərkən ondan miras əmlak kimi "xxxx" ASC-də 20139 və ******* saylı hesabda əmanət pul qalmışdır. - X6 vərəsəsi Cavabdeh 30 noyabr 2012-ci il tarixdə miras əmlak olan "xxxx" ASCdə 20139 və ******* saylı hesabda olan əmanət puldan irs almışdır. - İddiaçılar nənələri vəfat etdikdən sonra ünvan 11 ünvanında qeydiyyatda olmaqla, hər ikisi Bakı şəhərində yaşayırlar. - İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahata əsasən onlar X5 miras əmlak kimi əmanət pulun, evin və torpaq sahəsinin qaldığını bilsələr də, bu barədə heç bir xüsusi səbəb göstərmədən notariat orqanına müraciət etməmişlər. Həmçinin, iddiaçılar atalarından miras qalmış ünvan 7 ünvanında yerləşən mənzili də miras kimi qəbul etməmişlər, həmin miras da Nümayəndə tərəfindən qəbul edilmişdir. - Cavabdeh 02.06.2020-ci il tarixdə Nümayəndə qarşı yaşayış evindən məcburi çıxarma, mənzilin boşaldılması və köçürülmə tələbi haqqında iddia tələbi ilə məhkəməyə müraciət edərkən İddiaçı1 da ona qarşı Nümayəndə ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin vaxt ona X5 miras qalmış əmlakın Cavabdeh tərəfindən qəbul edilməsini bilsə də, yenə də bunu mübahisələndirməmişdir. - Ağdaş rayon İHB-nin Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, 2391 saylı arayışla müəyyən edilir ki, Cavabdeh X9 ilə ünvan 9 ünvanda birgə yaşamışlar. - Cavabdeh anasının ölümündən sonra ondan miras qalmış bank hesabındakı əmanət pulu qəbul etmiş və bu barədə müvafiq şəhadətnamə almışdır. - Cavabdeh hazırda da ünvan 13 ünvanda yaşayır. Göründüyü kimi, X9 vəfat etdikdən sonra Cavabdeh ondan miras qalmış əmlakları faktiki olaraq qəbul etmiş, bununla bağlı müvafiq orqanlara müraciətlər etmiş, iddiaçılar isə əksinə X6 ölümündən yalnız 11 il sonra bu barədə məhkəməyə müraciət etmişlər və uzun müddət vərəsəliyi qəbul etmələri ilə bağlı müvafiq orqanlara müraciət etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Eyni zamanda, X9 vəfat etdikdən sonra İddiaçı1 hərbi xidmətdən geri qayıtmış və bundan sonra daimi yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı2 isə Mingəçevirdə kollecdə təhsil aldıqdan sonra ailə qurmuş və daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Beləliklə, iddiaçılar müvafiq olaraq hərbi xidmətdən geri döndükdən, kollecdə təhsilini bitirdikdən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə verməmişlər və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamadan Bakı şəhərinə köçmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar