Məhkəmə qərarları › İş №2(014)-1334/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1334/2022

10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1334/2022 10.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi1 nümayəndəsi Nümayəndə və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxs1 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə 10 oktyabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxs1 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Mürsəl kəndi ərazisində yerləşən 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X19, X11, X8, X4 və Maraqlı şəxs1 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0002 KOD 90319038 torpağa mülkiyyət hüququna dair Dövlət aktının X19, X12, Ərizəçi2, Ərizəçi1 və Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarına əsasən 4.04 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 0002 kod 90319038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X3 16 mart 2018-ci ildə ürək damar-qan çatmamazlığı səbəbindən vəfat etmiş, anası isə X12 03 aprel 2017-ci ildə ürək damar qan-çatmamazlığı səbəbindən vəfat etmişdir. X6 14 dekabr 1999-cu ildə ailə həyatı qurub və Məmmədova soyadı götürmüşdür. 25 may 2016-cı il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almış və Məmmədova soyadındada qalmışdır. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək X13, X8, X1 qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında yuxarıda qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onları səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonunun Mürsəl kəndi ərazisində yerləşən 4.04 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin X19, X11, X8, X4 və Maraqlı şəxs1 JN-0002 KOD 90319038 torpağa mülkiyyət hüququna dair Dövlət aktının X19, X12, Ərizəçi2, Ərizəçi1 və Maraqlı şəxs1 məxsusluğu faktının məhkəmə qaydasında müəyən edilməsi zərurət yaranmışdır. Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 və maraqlı orqan DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs və DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxs və maraqlı orqanın nümayəndəsinin, məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli **********35 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Mürsəl kəndində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0002 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən subyektlər siyahısında soyad səhvlərinin düzəldilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinizə 17 saylı Yevlax ərazi idarəsində baxılmışdır. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamlərdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərar ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN:0002 saylı (kod ********) dövlət aktına əsasən X19, X13, X8, X4 və Maraqlı şəxs1 Ağdaş rayonun Mürsəl kəndi ərazisində 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Mürsəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2017-ci il tarixli AZ-İ 876053 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X12 xx.xx.2017ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Mürsəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2018-ci il tarixli AZ-İ 934241 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X19 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş 29 avqust 1978-ci il tarixli V-ЖГ 456021 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Maraqlı şəxs1 10 avqust 1978-ci ildə Ağdaş rayon Mürsəl kəndində anadan olmuşdur. X3, anası X7r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş 31 may 1972-ci il tarixli İ-ЖГ 365484 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1972-ci ildə Ağdaş rayon Mürsəl kəndində anadan olmuşdur. X3, anası X7r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş xx.xx.1976-ci il tarixli İV-ЖГ 261215 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx.xx.1976-ci ildə Ağdaş rayon Mürsəl kəndində anadan olmuşdur. X3, anası X7r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 237303 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi1 ilə X9 arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş 19 noyabr 1962-ci il tarixli İ-HE 317692 saylı evlənmək haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 ilə X16 arasında 19 noyabr 1962-ci ildə 51 saylı nikah qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mürsəl kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T 199126 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 xx.xx.2001-ci ildə Moskva şəhərində anadan olmuşdur. X2, anası Ərizəçi1dır. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə Ağdaş rayonu, Mürsəl kənd ərazisində yerləşən 4.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X19, X13, X8, X4 və Maraqlı şəxs1 ümumi birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 0002 KOD 90319038 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı” tərtib edilmişdir. Həmin aktda texniki səhvə yol verilərək X15, Ərizəçi2, X5 əvəzinə səhvən X13, X8, X4 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X19, X13, X8, X4 və Maraqlı şəxs1 ümumi birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Mürsəl kəndi ərazisində yerləşən 4.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN 0002 (KOD ********) saylı dövlət aktının X15, Ərizəçi2, Məmmədova (Həmidova) Ruhiyyə Şiralı qızına məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamənin icrası ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar