Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1337/2021 12.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi Maraqlı şəxslər Maraqlı şəxs1,Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs1 və L.Gözəlovanın (Hacıyevanın) iştirakları ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək X2, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızının adlarına verilmiş JN 2443A, KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızına məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, torpaq islahatı zamanı Ağdaş rayon ərazisində 0,6 hektar pay torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən Ərizəçi, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızının mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 2443A, KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilmişdir,belə ki, Ərizəçi səhvən adı Hacı kimi qeyd olunmuşdur. Ailə üzvləri arasında qeyd edilən həmin adda şəxslər yoxdur. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə maraqlı orqandan əvvəl başqa təşkilat tərəfindən tərtib edildiyindən onlar tərəfindən şəhadətnamədə buraxılmış yanlışlıqların düzəldilərək ada qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bu barədə aidiyyati məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs4 məhkəmə iclasında torpaq şaəhadətnaməsində yanlışlığa yol verildiyini ərizəçinin adının səhvən Hacı kimi qeyd edildiyini bildirərək ərizənin təmin edilməsinə etiraz etmədi. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızı məhkəmə iclasında Maraqlı şəxs4nın izahatına uyğun izahat verdilər və ərizənin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, torpaq islahatı zamanı Ağdaş rayon ərazisində 0,6 hektar pay torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən Ərizəçi, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızının mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 2443A, KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilmişdir,belə ki, Ərizəçi səhvən adı Hacı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ərizəçinin adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv qeyd edilmişdir. Ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməsinin mümkünsüzlüyü məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və X1 adlarına verilmiş JN 2443A, KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Gözəlova (Hacıyeva) Leyla Əsgər qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1337/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1337/2021
12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver