Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1340/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "xxxxxxxxxxxxxxxxx" MMC«Ağdaş Sukanal» TSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "xxxxxxxxxxxxxxxxx" MMC «Ağdaş Sukanal» TSC-ninqarşı «su-kanalizasiyasından istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "xxxxxxxxxxxxxxxxx" MMC«Ağdaş Sukanal» TSC-yə qarşı «su-kanalizasiyasından istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Ağdaş Sukanal" TSC tərəfindən qanunsuz hesablanmış 407manat borcun ləğv edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqan Ağdaş Sukanal TSC ilə aralarında bağlanmış təbii su ilə təmin edilməsi, ondan istifdə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqantərəfindən təbii su ilə təmin edilmişdir. Sərf etdiyi təbii suya görə nəzarətçi tərəfindən verilən bildirişdə göstərilən məbləği vaxtlı vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən bugündək istifadə etdikləri su sərfiyyatından əlavə heç bir məbləğ tələb olunmamışdır. xx.xx.2020-ci il tarixdən cavabdeh orqan tərəfindən ona əsassız olaraq 407 manat borchesablanmışdır. Buna dair cavabdeh orqan tərəfindən ona arayış təqdim edilmişdir. Ağdaş Sukanal TSC təqdim etdiyi xx.xx.2020-ci il tarixli 0037 saylı xəbərdarlıq bildirişi ilə tanış olduqda Ağdaş Sukanal TSC –nin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur.Odur ki, ondan 1995-ci ildən etibarən yığılmış su-kanalizasiya borcu tələb olunur. Bu isə sui-istifadə halına səbəb olmuşdur. Halbuki cavabdeh orqan tərəfindən təbii su və kanalizasiya sistemi ilə 2015-ci ilin 07 iyul ayında təmin olunmuşdur. Həmin tarixdən etibarən bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında ödəmişdir. Hesab edir ki, cavabdehin idda etdiyi borc məbləği əsassız hesablanmışdır. Dəfələrlə 2000-ci illlərdən etibarən küçə sakinləri ilə birlikdə içməli su ilə təmin olunmağı üçün müraciət etmişlər. Ancaq bununla bağlı heç bir tədbir görülməmişdir. 2015-ci ilin 07 iyul tarixinə kimi onlar içməli suya hsərət qalmışlar. Həmçinin istifadəçi tərəfindən iddia müddəti 10 ildən artıq müddətdir ki, ötürülmüşdür. İddiaçıməhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini, əsasız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı 2015-ci ilin iyul ayından smart tipli su sayğacı ilə təchiz edilmişdir, iddiaçıya 2012-ci ildən borc hesablanmışdır. Cavabdeh nümayəndəsi X2 məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan məlum olur ki, içməli su və kanalizasiya xidmətindən istifadəyə görə yaranmış 407 manat borcunuzu 7 iş günü ərzində ödənilməsini, əks təqdirdə mübahisəli məsələnin həlli üçün məhkəmə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərsu” ASC-nin “xxxxxxxxxxxxxxxxx” MMC-nin “Ağdaş Sukanal” TSC-si tərəfindən verilmiş abonent kodu **********000 saylı abonent kartından məlum olur ki, İddiaçı 2012-ci il üzrə 111.60 manat, 2013-cü il üzrə 111.60 manat, 2014-cü il üzrə 111.60 manat və 2015-ci il üzrə 26.40 manat borcu vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin("Ədalətli məhkəmə araşdırma hüququ") 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşi hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xqsusi hallar zamm ciddi zərurət olduqda mətbuat və ictimayyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında “Ağdaş Sukanal” TSC-nin abonent bazasında 2020-ci ildə 407 manat borcu yaranmışdır. İddiaçı həmin borcun əsassız olduğunu bildirərək silinməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehdən iddiaçının adına olan müqavilələr və suyla təmin edilməsi ilə bağlı aktlar, suyun verilməsini təsdiq edən sübutlar tələb edilsə də, cavabdeh tərəf sübutları məhkəməyə təqdim etməmiş, keçən müddət ərzində iddiaçının adına yazılmış borcun tələb edilməməsini inandırıcı arqumentlərlə əsaslandıra bilməmişdir. İddiaçının izahatından görünür ki, iddiaçı yaşadığı küçədə 2015-ci ilə qədər su olmamış, 2015-ci ilin iyulun 8-dən su ilə təmin edilmişlər. Məhkəmə izahatlarının daha inandırıcı və səmimi hesab edir və müəyyən edir ki, həqiqətən iddiaçının evinə sayğac quraşdırılana qədər su ilə təmin edilməmişdir. Bu fakt abonent kartında olan məlumat ilə öz təsdiqini tapır. Həmin aktdan görünür ki, Smart kart tipli sayğac x xxxx 2015-ci il tarixdən quraşdırılmış, iddiaçı həmin tarixdən istifadə etdiyi suya görə borcunu ödəməyə başlamışdır. Cavabdeh tərəfindən tələb edilən borc 407 manat borc 2016-2019-cu illərdə iddiaçının adına hesablanmış borcdan dəfələrlə çoxdur. Cavabdehin hüquqi şəxs olması, bu sahədə təbii inhisar olmasını, edilən bütün hərəkətlərin (suyun çəkilməsi, müqavilənin bağlanması, aktlaşdırılması) rəsmiləşdirilməli olmasını nəzərə alaraq, eyni zamanda uzun müddət ərzində yaranmış borcun alınmasında heç bir təşəbbüs göstərməyərək, borcun qaytarılmasına dair maddi marağının olmaması, iddiaçının iddia ərizəsində qeyd edilən hala dair məhkəmənin inamının formalaşmasına səbəb olur. Bundan əlavə məhkəmə qeyd edir ki, 2015-cü ilin iyul ayına qədər yaranmış borcu da müddət bitdiyinə görə tələb etmək hüququnu itirmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı (abonent) cavabdeh tərəfindən su ilə təmin edilmədiyindən yəni üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçının icra edilməyən öhdəliyə görə ödəniş etmək vəzifəsi yoxdur, habelə müddət keçdiyinə görə cavabdeh tələb hüququnu itirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun geri qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu 10 AZN iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN –dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumunun 10 manatı iddiaçı tərəfindən ödənildiyindən, ödənilmiş dövlət rüsumunun qaytarılmasını isə iddiaçı tələb etmədiyindən, ödənilməmiş qalan 10 AZN dövlət rüsumunun kəsiri cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "xxxxxxxxxxxxxxxxx" MMC "Ağdaş Sukanal" TSC tərəfindən Ağdaş şəhər, Nəsimi küçəsi-3/2 ünvanında yaşayan İddiaçı adına hesablanmış (abonent kodu **********000) 2012-2014-cü il tarixinə 334.80 manat borc və 2015-ci il tarixinə hesablanmış 15.70 manat borc, ümumilikdə 350.50 manat borc silinsin. 10 (on manat) dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1340/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1340/2020
20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver