Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1340/2023 22.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 21 fevral 1998-ci il tarixli 3 saylı qərarına əsasən 1,27 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0019 KOD 90316038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin Dövlət Aktında texniki səhvə yol verilərək adları səhv yazılmışdır. Belə ki, onların adları X8 və X1 yazılmışdır. Hazırda həmin torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişlər, lakin Dövlət Aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığı bildirilmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, ünvan 1i ərazisində yerləşən 1,27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması barədə JN-0019 KOD 90316038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən torpaq sahəsinin birgə mülkiyyətlərinə verilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi1 izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0019 KOD 90316038 saylı olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Maraqlı şəxs4 və ailə üzvləri Maraqlı şəxs3 Zəkərriyyə qızı, X8, X4, Maraqlı şəxs1, X2 mülkiyyətinə ünvan 1i ərazisindən 1,27 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2-V-00xx-xx/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 03 aprel 1979-cu il tarixdə Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş Vİ-ЖГ № 339325 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 8 mart 1979-cu ildə ünvan 1ində doğulmuş, atası Maraqlı şəxs4, anası Maraqlı şəxs3dır. İşin materiallarında olan 10 sentyabr 1980-ci il tarixdə Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş Vİİ-ЖГ № 379551 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxxxxxx 1980-ci ildə ünvan 1ində doğulmuş, atası Maraqlı şəxs4, anası Maraqlı şəxs3dır. İşin materiallarında olan 29 avqust 1984-cü il tarixdə Ağdaş rayonu Pirəzə kənd XDC İcraiyyə komitəsi tərəfindən verilmiş X-ЖГ № 322761 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 26 avqust 1984-cü ildə ünvan 1ində doğulmuş, atası Maraqlı şəxs4, anası Maraqlı şəxs3dır. İşin materiallarında olan 01 fevral 1986-cı il tarixdə Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş Xİ-ЖГ № 317104 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1986-cı ildə ünvan 1ində doğulmuş, atası Maraqlı şəxs4, anası Maraqlı şəxs3dır. İşin materiallarında olan 28 iyul 1977-ci il tarixdə Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş İ-ЖГ № 416858 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs4 X3 ilə 29 iyul 1977-ci ildə nikahlarını akt qeydləri kitabında 13 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. İşin materiallarında olan 05 sentyabr 2006-cı il tarixdə Mİngəçevir şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 249628 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İslamov asif Əlişah oğlu X5 ilə 05 sentyabr 2006-cı ildə nikahlarını akt qeydləri kitabında 414 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə İslamov arvada İslamova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1979-cu il tarixdə ünvan 1ində doğulmaqla, Ağdaş rayonu. Ağzıbir kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA283666 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1986-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 izahatından və mülki işin materiallarından müəyyən olundu ki, Maraqlı şəxs4 və ailə üzvləri Maraqlı şəxs3 Zəkərriyyə qızı, X8, X4, Maraqlı şəxs1, X2 mülkiyyətinə verilmiş Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 21 fevral 1998-ci il tarixli 3 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-0019 KOD 90316038 saylı Dövlət Aktında texniki səhv olaraq ərizəçilərin adları “Ərizəçi1” əvəzinə “X8” kimi, “Ərizəçi2” əvəzinə “X4” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadları, adları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki soyadları, adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 21 fevral 1998-ci il tarixli 3 saylı qərarı ilə verilmiş 10 mart 1999-cu il tarixli JN-0019 KOD 90316038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs4, Maraqlı şəxs3, Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 21 fevral 1998-ci il tarixli 3 saylı qərarı ilə verilmiş 10 mart 1999-cu il tarixli JN-0019 KOD 90316038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs4, Maraqlı şəxs3, Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1340/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1340/2023
22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver