Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1342/2024 27.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən İddiaçı adına olan **********00177 nömrəli abunə koduna "xxxx" ASC tərəfindən əsassız hesablanmış ayrı-ayrı tarixlərdə yazılmış 193 manat və 132.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, **********00177 nömrəli abunə koduna "xxxx" ASC tərəfindən əsassız hesablanmış ayrıayrı tarixlərdə yazılmış 193 manat və 132.40 manat borcun silinməsi tələbinə dair müraciət etmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, onun 194 manat borcu yoxdur. Odur ki, iddia tələbinin həcminin azaldılaraq 132 manat 40 qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən sayğac vasitəsi ilə işıq verilir. Belə ki, 09 avqust 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin sayğcac baxış keçirilib. Baxış kçirildikdən sonra "xxxx" ASC tərəfindən 193 manat cərimə yazılmışlar. Bunu ona bildiriş gələn zaman məlumatı olmuşdur. Araşdırarkən abonent saldosunda 2024-cü ilin iyun ayı üzrə də, 132.40 manat borc yazıldığı məlum oldu. Hal bu ki, o və ya ailə üzvlərinin həmin sayğaca hər hansı bir müdaxilə etməmişlər. Ümumiyyətlə çalışdıqları qədər sayğacı qoruyurlar. Buna baxmayaraq heç bir araşdrıma aparmadan ona ayrı-ayrı tarixlərdə 193 manat və 132.40 manat cərimə yazmışlar. Hesab edir ki, hesablanmış borclar əsassızdır və silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun abunə koduna yazılmış borc əsassızdır. 31 dekabr 2023-cü il tarixdə onun elektrik sayğacında nasazlıq yaranmış, yəni naqilin sayğaca qoşulan yeri xarab olmuşdur. O, dərhal bu barədə Azərişığın nümayəndəsinə məlumat vermiş, lakin bayram günü olduğundan Azərişığın nümayəndəsi elektrik enerjisini sayğacdan kənar xətt vasitəsi ilə qoşaraq, bayramdan sonra nasazlığı aradan qaldıracaqlarını bildirmişdir. Bayramdan sonra dəfələrlə Azərişığın nümayəndəsinə sayğacının düzəldilməsi üçün müraciət etmiş, lakin onun sayğacı 2024-cü ilin fevral ayının əvvəli bərpa olunmuşdur. Sonradan 2024-cü ilin iyul ayında onun evinə qəbz gəldiyi vaxt borcunun olduğunu bilmişdir. Azərişıq tərəfindən yazılmış 132.40 manat cərimə əsassızdır, silinməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq, Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən onun adına hesablanmış 193 manat və 132.40 manat hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddiayaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Ağdaş rayonunun, Qoşaqovaq kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "Azərişıq” ASC tərəfindən onun adına 132,40 və 193 manat hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Ağdaş EŞ-nin Proqram bazasında **********00177 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonunun, Qoşaqovaq kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək MP-106E tipli, zavod nömrəsi №**********3 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi Paud MP-106 tipli zavod nömrəsi №**********5 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə Ağdaş EŞ-in enerji Satış şöbəsinin əməkdaşları A.Mehdiyev, Ş.Ağazadə abonent İddiaçı Ağdaş rayonunun, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişlər. Baxış zamanı elektrik hesablama sayğacının giriş-çıxış xəttində problem olduğu müəyyən edilərək əməkdaşlar tərəfindən sayğacın uçot sxemi bərpa olunmuş və elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan “Ampermaşa" ilə ölçüldükdə yükün 1=2,2 A 11=0.22 P = 0,48 kvt təşkil etdiyi müəyyən olunmuşdur. Faktla bağlı “EEİQ”nın tələblərinə uyğun olaraq R №329546 saylı Akt tərtib edilmiş və abonent İddiaçı aktın tərtibatında və sayğaca baxış keçirilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində əməkdaşlar tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacının sxemi bərpa olunmuş və bu barədə 'Məişət’ istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 768817 saylı Protokol tərtib edilmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində 132,40 və 193 manat pulun ona cərimə kimi yazıldığını göstərərkən məhkəməyə yanlış məlumat vermişdir. Əslində isə İddiaçı yuxarıda göstərilən akta əsasən 134.04 manat məbləğində hesabat aparılmışdır. Akta əsasən “Mərkəzi Aran" RETSl-də fəaliyyət göstərən "Aktlar üzrə Komissiya” tərəfindən abonentin istifadə etdiyi elektrik enerjisinin orta gündəlik sərfiyyatına görə hesablaşma dövrü 174 gün olmaqla hesabat aparılmışdır. Hesabat aşağıdakı qaydada aparılmışdır. Wor= 11 kvts/g, W= 11 kvt kvt x 174gün - 444kts = 1470 kvt, 722 kvt x 0.08 man = 57.76 man, 574 kvt x 0.09 = 51.66 man, 174 kvtx 0.13 = 22.62 man, cəmi = 132,04 manat. Bildirir ki, İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, İddiaçı Ağdaş EŞ-in "Proqram bazası”nda qeydiyyatda olan istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında məlumatı təhlil etdikdə elektrik hesablama sayğacının xx.xx.2024-cü il tarixdə enerji sərfiyyatı göstəriciləri oxunan zaman sayğacın 29 gün ərzində dəyəri 15,20 manat təşkil edən 190 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi halda fevral, mart və aprel aylarında elektrik enerjisinin istehlakını qeyd etmədiyi müəyyən edilir. Qüsurlu elektrik hesablama sayğacı uçot sxemi bərpa edilməsinə baxmayaraq istehlak edilmiş elektrik enerjisinin miqdarını xəta ilə qismən təmin etdiyinə görə aprel ayında sayğac göstəriciləri oxunarkən 60 gün ərzində dəyəri 3.28 manat təşkil edən 41 kvt saat miqdarında, may ayında dəyəri 17,04 manat təşkil edən 213 kvt saat miqdarında elektrik enerjisini istehlakını qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan elektrik hesablama sayğacı xx.xx.2023-cü il tarixdən 32 gün ərzində dəyəri 31,12 manat təşkil edən 389 kvt saat, dekabr ayında 24 gün ərzində dəyəri 30,14 manat təşkil edən 378 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi halda 2024-cü ilin yanvar ayında 29 gün ərzində dəyəri 15.20 manat təşkil edən 190 kvt saat miqdarında elektrik enerjisini istehlakını qeyd etməsi sayğacın qüsurla işləməsinə baxmayaraq yaşayış evini dayanıqlı elektrik enerjisi ilə təchiz etmişdir ki, bu da sayğacda qüsur yaranmasına əyani sübutdur. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. İddiaçı Ağdaş rayonunun, Ağzıbir kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən onun adına hesablanmış 132,40 ve 193 manat əsassız borcun silinməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarasınız. İş materiallarında olan 28 mart 2024-cü il tarixli R 329546 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00177) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş-çıxış xəttində problem var. Tərəflərindən xətt sayğacına sxemi bərpa olundu. Avtomatik elektrik enerjisi bərpa edildi və ampermaşa ilə ölçü aparıldı. İş materiallarında olan Azərişıq tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 084486 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, 245753 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac abonent on gün müddətində laboratoriya yoxlanışında iştirak etməyi tövsiyyə olunur. İş materiallarında olan Azərişıq tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, 329546 saylı akta əsasən sayğacın sxemi yoxlanıldı, möhürləndi və qüsur aradan qaldırıldı. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli 329546 saylı icra vərəqinin surətindən görünür ki, İddiaçı məxsus abunə kodu – **********00177 olan sayğacın giriş və çıxış xəttində qüsur yarandığından sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Azərişıq tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, yarım elektron tipli sayğac SMS sayğacla əvəz olunmuşdur. İş materiallarında olan Azərişıq tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 863030 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, 353768 saylı akta əsasən sayğac smart sayğac ilə əvəz olundu. Çıxarılan sayğac abonent on gün müddətində laboratoriya yoxlanışında iştirak etməyi tövsiyyə olunur. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli R 353768 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00177) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğac elektrik enerjisini keçirmir. Anpermaşa ilə ölçü aparılmışdır. İş materiallarında olan abunə kodu **********00177 olan 09 avqust 2024-cü il tarixli abonent saldosundan görünür ki, xx.xx.2024-cü il tarixli R 353768 saylı akta əsasən İddiaçı 2024-cü ilin iyun ayına 132.04 manat borc hesablanmışdır. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən 10 oktyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Qoşaqovaq kənd sakini İddiaçı Teyyub qızı 31 iyul 2024-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə müraciət edərək cari ilin dekabr ayında işıq idarəsinin işçisinin yaxın günlərdə onun evinə sayğac qoyulacağını bildirib onun evinə sayğacdan kənar xətt çəkdiyini, buna görə də cərimə olunduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Ağdaş rayon Qoşaqovaq kənd sakini İddiaçı Teyyub qızı izahatında 2023-cü ilin dekabr ayında yaşadığı Qoşaqovaq kəndində yerləşən evinə məxsus elektrik sayğacında nasazlıq olmasına görə Ağdaş işıq idarəsində getdiyini, tanımadığı işıq idarəsinin işçilərinin onun yaşadığı evə gələn xəttin yararsız hala düşməsinə görə ona müvəqqəti sayğacdan kənar xətt çəkdiklərini, bir ay sonra yenidən işıq idarəsinə getdiyini onun xəttini düzəltdiklərini, sonradan 2024-cü ilin iyul ayında onun evinə məxsus sayğaca 150 manat cərimə gəldiyini bu səbəbdən xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinə müraciət etdiyini, ona məxsus evə gələn cəimə pulunun silinməsini istədiyini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC “Mərkəzi Aran” X2 və Satış İdarəsi Ağdaş Elektrik Şəbəkəsi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli 772 saylı məktubun surətindən görünür ki, Ağdaş rayon Qoşaqovaq kənd sakini İddiaçı Teyyub qızının X3 heç bir rəsmi müraciətinin olmadığı bildirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və etirazlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmə iclasında İddiaçı sayğacında yaranmış nasazlığın abonentin təqsirindən baş verməsi öz təsdiqini tapmamış, həmçinin, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməli olduğu halda bunları etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı təqsiri olmadan uçot müvəqqəti pozulmuş, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı olduğu halda sərfin bu cür aparılmasına İddiaçı razılığı olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, qaydalara əsasən elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, lakin cavabdehin etirazında da həmin dövrün bir aydan artıq olması müşahidə olunur. Bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalı olduğu halda İddiaçı israrlı müraciətindən sonra bir neçə aya bərpa olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh borcun yaranma mənbəyi kimi özünün tərtib etdiyi sənədlərə əsaslanır ki, həmin sənədlər də məlumat-baza sisteminə daxil edilən informasiyalar əsasında formalaşdırıldığı üçün iddiaçı üçün hər hansı öhdəlik yaratmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsinin məhkəmələr həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 132.40 manat borc iddiaçının abonent kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 AZN, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda isə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən İddiaçı adına olan **********00177 nömrəli abunə koduna vurulmuş 132 (bir yüz otuz iki) manat 40 (qırx) qəpik borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1342/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1342/2024
27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver