Məhkəmə qərarları › İş №2(014)-1359/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1359/2023

22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1359/2023 22.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi3 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarına əsasən ünvan 2i ərazisində 3,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi3, Ərizəçi1, X7 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-0029 KOD 90309028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Torpaq sahəsi bir-birindən təcrid formada müvafiq olaraq 1,44, 1,21 və 0,68 hektar olmaqla üç ərazidən verilmişdir. Ərizəçi X7 24 avqust 2011-ci il tarixdə X4 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Nikah bağlandıqdan sonra “Musayeva" soyadını qəbul etmişdir. Onlar həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında maraqlı orqanda adlarına qeydiyyata aldıraraq müvafiq olaraq **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********077 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli və **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarda texniki səhvə yol verilərək ərizəçilər Ərizəçi1 adı "Tutu", Ərizəçi4 ata adı isə "Əliyar" kimi qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarda buraxılmış texniki səhvlərin düzəldilməsi üçün maraqlı orqana müraciət etmişlər. Lakin maraqlı orqan həmin buraxılmış yanlışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, ünvan 2i ərazisində üç müxtəlif ərazidə yerləşən 1,21, 1,44 və 0,68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilməsinə dair müvafiq olaraq **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********077 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli və **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışların Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt onlara 3,97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X2 çatası payına ölümündən sonra vərəsəlik işinin açılması üçün lazımdır. Ona görə də hazırki ərizə ilə müraciət edirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə digər ərizəçilərin və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçilər qohumlarıdır. Ərizəçilərin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. Onların ailəsində ümumiyyətlə Tutu adlı şəxs olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2-A-00xx-xx/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2inə yerləşən 0,68 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2inə yerləşən 1,44 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2inə yerləşən 1,21 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli, 5-32- 12/2-288/2023 saylı arayışdan görünür ki, AR DT və XK-si tərəfindən Ərizəçi3 verilmiş JN- 0029 KOD 90309028 saylı (DT və XK-si Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 11310, xx.xx.1999) torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlılar siyahısında ailə üzvlərinin soyadları və adlarında texniki səhvlərə yol verilmişdir. Belə ki, X9 əvəzinə Ərizəçi1, Ərizəçi4 Əliyar qızı əvəzinə Ərizəçi4 olmalıdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli, 5-32- 12/2-289/2023 saylı arayışdan görünür ki, Ərizəçi3 verilmiş Daşınmaz Əmlakın reyestr nömrələri **********76-**********77-**********78, qeydiyyat nömrələri **********-**********- ********** olan Çıxarışların adlı siyahısında ailə üzvlərinin adları və ata adlarında texniki səhvə yol verilmişdir. Belə ki, X9 əvəzinə Ərizəçi1, Ərizəçi4 Əliyar qızı əvəzinə Ərizəçi4 olmalıdır. İşin materiallarında olan 24 avqust 2011-ci il tarixdə Zərdab rayon Yuxarı Seyidlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Aygün Əlyar qızı ilə 27 avqust 2011-ci il tarixdə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı il tarixdə Zərdab rayonu, Sileyli kəndində doğulmaqla, ünvan 2i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Zərdab RPŞ-si tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-ci il tarixdə ünvan 2ində doğulmaqla, Zərdab rayonu, Sileyli kəndi ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatlarından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərin adlarına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı ilə ünvan 2i ərazisində üç müxtəlif ərazidə yerləşən 1,21, 1,44 və 0,68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Ərizəçilər həmin torpaq sahələrini adlarına qeydiyyata aldıraraq müvafiq olaraq **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********077 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli və **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarda texniki səhvə yol verilərək ərizəçilər Ərizəçi1 adı "Tutu", Ərizəçi4 ata adı isə "Əliyar" kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2inə yerləşən 0,68 hektar kənd təsərrüfatı təyinatlı torpaqların daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsus olması; Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2inə yerləşən 1,44 hektar kənd təsərrüfatı təyinatlı torpaqların daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsus olması; Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2inə yerləşən 1,21 hektar kənd təsərrüfatı təyinatlı torpaqların daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2inə yerləşən daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsus olması; Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2inə yerləşən daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsus olması; Ərizəçi3, X9, Ərizəçi4 Əliyar qızı və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2inə yerləşən daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar