Məhkəmə qərarları › İş №2(014)-1365/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1365/2024

18.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1365/2024 18.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1 nümayəndəsi Nümayəndə və İddiaçı2, Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 Səməd qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDX DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDX DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2018-ci ildə Ağdaş rayonunun Bulaqotağı kəndində ölmüş mərhum X4 ölümündən sonra ondan Ağdaş rayonunun Bulaqotağı kəndində miras qalmış fərdi yaşayış evinin tam hissədə, ümumi birgə mülkiyyətdə olan 0.45 hektar həyətyanı torpaq sahəsinin ona çatası ¼ hissəsinin, yəni 0.1125 hektarının və 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin, yəni 0.2929 hektarının tərəflərindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum X11 ilə 30 noyabr 1965-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Ailə qurduqdan sonra Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində qanuni istifadələrində olan 0.45 hektar hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli iki otaqdan, dəhlizdən, şüşəbənddən və bağlı eyvandan ibarət fərdi yaşayış evi tikdirmişlər. Birgə nikahlarından xx.xx.1968-ci ildə Cavabdeh1, xx.xx.1969- cu ildə Cavabdeh2, xx.xx.1970-ci ildə Cavabdeh3, xx.xx.1972-ci ildə X6, xx.xx.1973-cü ildə Cavabdeh4, xx.xx.1976-cı ildə Cavabdeh5, xx.xx.1979-cu ildə iddiaçı Əliyeva (İbrahimova) Könül Səməd qızı. xx.xx.1981-ci ildə X7 və xx.xx.1986-cı ildə Ağayeva (İbrahimova) İlahə Səməd qızı anadan olmuşdur. X9, X13 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir və nikah bağlandıqdan sonra “Ağayeva” soyadını qəbul etmişdir. Onların arasında qeyd edilmiş nikah pozulmuşdur, Nikah pozulduqdan sonra o “Ağayeva” soyadında qalmışdır. İddiaçı X10 başqa şəxslə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Nikah bağlandıqdan sonra “Əliyeva” soyadını qəbul etmişdir. Mərhum oğlu X6 28 mart 1993-cü ildə Ağdərə rayonunun müdafiəsi zamanı şəhid olmuşdur. Mərhum ailəli olmamışdır. Ağdaş rayon X3 qərarı ilə X4, İddiaçı1, Cavabdeh6 və Cavabdeh7 Səməd qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində qanuni istifadələrində olan 0.45 hektar həyətyanı torpaq sahəsi və 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə mülkiyyətçilərin adlarına müvafiq olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı işlənmişdir. O İddiaçı1 əri X11 22 mart 2018-ci ildə Ağdaş rayonunun Bulaqotağı kəndində vəfat etmişdir. Onun ölümündən sonra ondan miras qalmış həmin torpaq torpaq sahələrində və yaşayış evindən ona çatası payına vərəsəlik işinin açılması ilə əlaqədar həmin torpaq sahələrini və fərdi yaşayış evini üçüncü şəxs DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək ümumi birgə mülkiyyət hüquqi əsasında mülkiyyətçilərin adına qeydiyyata aldırmıdır. Həmin torpaq sahələri dövlət reyestrində adlarına qeydiyyata alınmış və 0.45 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair adımıza **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, fərdi yaşayış evinin texniki pasportu və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 0.45 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evi **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən yaşayış evi tam hissədə mərhum X4 adma, 0.45 hektar həyətyanı torpaq sahəsi isə mərhum X4, İddiaçı1 və cavabdehlər Cavabdeh6 və Cavabdeh7 Səməd qızının, 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən mərhum X4, İddiaçı1 və cavabdehlər Cavabdeh6 və Cavabdeh7 Səməd qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Onlar iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum atası X4 ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakını, o cümlədən yaşayış evini, 0.45 hektar həyətyanı və 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma çatası 14 hissədə paylarını, yəni 0.1125 hektar həyətyanı, 0.2929 ' kənd təsərrüfatı təyinatlı torpaq sahələrini miras əmlak kimi faktiki olaraq qəbul edərək əmlaklardan təyinatı üzrə istifadə və idarə etməklə miras əmlak kimi qəbul etdiklərini nümayiş etdirmişlər. Lakin cavabdehlər ilə münasibətlərimiz soyuq olduğuna görə könülllü olaraq notariat fcntoruna gələrək mərhum X2 miras qalmış fərdi yaşayış evini om hissədə, 0.1125 hektar həyətyanı, 0.2929 hektar kənd təsərrüfatı torpaq sahəsini faktiki araq biz iddiaçılar tərəfindən qəbul edildiyini bildirməmişlər, miras qalmış həmin əmlaklarla - aqədarq mövqelərini bildirməmişlər və qanunla müəyyən olunmuş qaydada və müddətdə - d:\y ati üzrə müraciət etməmişlər. Bütün bunlara baxmayaraq biz cavabdehlərə miras qalmış -əmin əmlaklarda hər birimizin payınınmüəyyən edilərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınmasını da təklif etsəm, onlar bundan imtina etmişlər. Belə ki, biz iddiaçılar mərhum X4 ölümündən sonra əndan miras qalmış qeyd edilən yaşayış evi və torpaq sahələrinə vərəsəlik işi açılması üçün Ağdaş rayon notariat ofisinə müraciət etmişik. Mirasın qəbulu ilə əlaqədar cavabdehlərlə mamızda ixtilaflar olduğuna görə vərəsəlik işi açılmamış, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhz yuxarıda qeyd etdiyimiz səbəblərdən hesab edirik ki, mərhum X4 ölümündən sonra Ağdaş rayonunun Bulaqotağı kəndində ondan miras qalmış um hissədə yaşayış evini, ümumi birgə mülkiyyətdə olan 0.45 hektar həyətyanı torpaq sA". əsinin ona çatası 1/4 hissəsini, yəni 0.1125 hektar hissəsini, 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 14 hissəsini, yəni, 0.2929 hektar hissəsinin tərəfimizdən qəbul edilməsinə dair qətnamə çıxarılmalıdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirlər. İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələlbini müdafiə edərək bildirdi ki, nənəsi babasından qalan torpağa və evə payını istəyir. Babasının nənəsindən başqa ailəsi olmamışdır. 9 övladı olmuş, 8 övladı sağdır, 1 övladı şəhid olmuşdur. Həmin evdə o və nənəsi yaşayırlar. Anası Ağdaşda kirayədə qalır. İddiaçı2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, atası rəhmətə gedəndən sonra 2 aya yaxın atasının evində yaşamışdır, sonradan kirayə mənzil tapıb çıxmışdır. Ondan sonra həmin evdə İlahə və Rahibə 2-3 aya yaxın yaşamışlar. Cavabdeh6 məhkəmə iclasında bildirdi ki, o bacısının dedikləri ilə razıdır. Evə və torpağa dair miras paylarının qanuna uyğun müəyyən olunaraq bölünməsini istəyir, ataları rəhmətə gedəndən sonra 40-ı çıxana qədər orada yaşamışdır. Cavabdeh7 Səməd qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, atası rəhmətə gedəndən sonra 1-2 ay həmin evdə yaşamışdır. Evə və torpağa dair miras paylarının qanuna uyğun müəyyən olunaraq bölünməsini istəyir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 evə və torpağa dair miras paylarının qanuna uyğun müəyyən olunaraq bölünməsini istəmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinə məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 30 noyabr 1965-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X11 ilə aralarındakı nikah X12 xx.xx.1965-ci il tarixdə 33 saylı akt qeydi ilə qeyd etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Qəsil kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 21 may 1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28 mart 1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 mart 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriyalı çıxarışın və texniki pasportun surətlərindən görünür ki, Ağdaş rayon Bulaqotağı kəndində yerləşən 0.45 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, İddiaçı1, Cavabdeh6 və Cavabdeh7 Səməd qızının ümumi birgə mülkiyyətindədir. Yaşayış evi 1970-ci ildə inşa edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon Bulaqotağı kəndində yerləşən 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4, İddiaçı1, Cavabdeh6 və Cavabdeh7 Səməd qızının ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 05/09İS/017347-24 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxslərə aid 11 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Ağdaş rayon Bulaqotağı kəndində xx.xx.1934-cü il tarixdə anadan olmuş X4 arvadı İddiaçı1, oğlu- Cavabdeh1, qızı- Cavabdeh2, oğlu- Cavabdeh3, oğlu- X6 (vəfat edib), oğlu- Cavabdeh4, oğlu- Cavabdeh5, qızı- İddiaçı2, qızı- Cavabdeh6,qızı- Cavabdeh7 Səməd qızı. İş materiallarında olan Ağdaş RİHB-nin Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-32-12/2-125/2024 saylı arayışın surətindən görünür ki, mərhum X11 vəfat etdiyi günə kimi ünvan 2ində yaşamışdır. İş materiallarında olan Ağdaş RİHB-nin Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-32-12/2-126/2024 saylı arayışın surətindən görünür ki, mərhum X11 vəfat etdiyi günə kimi İddiaçı1 ilə birlikdə yaşamışdır. İş materiallarında olan Ağdaş RİHB-nin Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-32-12/2-127/2024 saylı arayışın surətindən görünür ki, mərhum X4 aşağıdakı kimi vərəsələri vardır: İddiaçı1,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 (vəfat edib), Cavabdeh4, Cavabdeh5, İddiaçı2, Cavabdeh6 və Cavabdeh7 Səməd qızı. İşin materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən İddiaçı2 və İddiaçı1 verilmiş 28 iyun 2024-cü il tarixli 314 saylı məktubdan görünür ki, Ağdaş rayon Notariat ofisinə ünvanlanmış ərizədə xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahələrində onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestr xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportdan görünür ki, Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən reyestr nömrəli **********88- 10301 reyestr nömrəli fərdi yaşayış evi X11 yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, İddiaçı1, Cavabdeh6 və Cavabdeh7 Səməd qızının torpaq sahəsi ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Ağdaş rayon İHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 18 dekabr 2024-cü il tarixli 5-32-12/2-522/2024 saylı məktubdan görünür ki, ünvan 2 sakinləri, İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 dair nümayəndəlikdə 2018-ci ili əhatə edən çıxarışların təsdiqlənmiş surətləri təqdim edilmişdir. Qeyd: məktubda adları qeyd olunan, Cavabdeh2 və Cavabdeh7 Səməd qızı qeydiyyat ünvanlarını dəyişdikləri üçün, təsərrüfatbaşına kitabdan qeydiyyatdan çıxmışlar. İşin materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-21-3-35/2-4365/2024 saylı məktubdan görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqsut 1998-ci il tarixli 15 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:185 saylı (kod ********) dövlət aktına əsasən X11, İddiaçı1, Cavabdeh6 və X5 Ağdaş rayonun Bulaqotağı kəndi ərazisində 1.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X11 22 mart 2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X11 22 mart 2018-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan ünvan 2ində daimi yaşadığından və daşınmaz əmlak ünvan 2 ərazisində yerləşdiyindən mirasın açıldığı yer ünvan 2idir. Miras əmlaka X11 öldüyü məqamadək malik olduğu Ağdaş rayon Bulaqotağı kəndində yerləşən 0.45 hektar fərdi yaşayış evi və Ağdaş rayon Bulaqotağı kəndində yerləşən 1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X4 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə qeyd edir ki, mərhum Məzahir İbrahimov miras qoyandan əvvəl vəfat etdiyindən və onun varisi olmadığından miras əmlaka payçılar siyahısından çıxarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Ağdaş rayonun Bulaqotağı kəndi ərazisində 1.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və yaşayış evi 9 nəfər vərəsə arasında miras payları müəyyən edilməlidir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qanuni əsası olduğundan qismən təmin edilməlidir. 22 mart 2018-ci ildə Ağdaş rayonunun Bulaqotağı kəndində ölmüş mərhum X4 ölümündən sonra ondan Ağdaş rayonunun Bulaqotağı kəndində miras qalmış fərdi yaşayış evində İddiaçı1 1/2 mülkiyyət hüququ və X4 payından 1/18-də hissədə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və İddiaçı2 hər birinin 1/18 hissədə; -ümumi birgə mülkiyyətində olan 0.45 hektar həyətyanı torpaq sahəsində mərhum X8 məxsus ¼ hissədən İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və İddiaçı2 hər birinə 1/9 (1/36 hissədə); -1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhum X8 məxsus 1/4 hissədən İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və İddiaçı2 hər birinə 1/9 hissədə paylar müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçının ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 22 mart 2018-ci ildə ölümündən sonra ondan Ağdaş rayonunun Bulaqotağı kəndində miras qalmış fərdi yaşayış evində İddiaçı1 1/2 mülkiyyət hüququ və X4 payından 1/18-də hissədə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və İddiaçı2 hər birinin 1/18 hissədə; -ümumi birgə mülkiyyətində olan 0.45 hektar həyətyanı torpaq sahəsində mərhum X8 məxsus ¼ hissədən İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və İddiaçı2 hər birinə 1/9 (1/36 hissədə); -1.1714 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhum X8 məxsus 1/4 hissədən İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Səməd qızı və İddiaçı2 hər birinə 1/9 hissədə paylar müəyyən edilsin. İddiaçının ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar