Məhkəmə qərarları › İş №2(014)-1370/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1370/2025

23.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1370/2025 23.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 may 2007-ci il tarixdə anadan olmuş, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1986-cı ildə Ağdaş rayon Şəkili kəndində anadan olmuşdur. X10 ilə ailə həyatı qurmuşlar, birgə nikahlarından iki uşaqları anadan olub onlardan biri yəni 26 may 2007-ci ildə X11 anadan olub. Oğlu müddətsiz əmək qabiliyyətsizdir, Kvadroplegik spastik serebral iflic diaqnozu ilə qeydiyyatdadır.Onlar uşaq vaxtından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıboxumaqdan məhrumdur. Uşaqlıqdan əlilliyi ilə əlaqədar eşitmir və hər hansı formada nitq qabiliyyəti olmadığından danışmaqdan məhrumdur və əl işarələri ilə və qışqıraraq ünsiyyət qurmağa çalışır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış əlililk müəyyən edilmişdir. Faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir anası kimi özü həyata keçirir. Hazırda uşağının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun əsəb dispanserindəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizəsi ilə məhkəməyə müraciət edir. Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmişdir. Ərizəçi 22 oktyabr 2025-ci il tarixdə məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, oğlu uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Xidməti zərurət ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini və oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 26 may 2025-ci il tarixdə e-sosialdan əldə olunmuş əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, X11 xx.xx.2023-cü il tarixdən müddətsiz əmək qabiliyyətsizdir, Kvadroplegik spastik serebral iflic diaqnozu ilə qeydiyyatdadır. 12 sentyabr 2012-ci il tarixli AZ-İ 150016 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi arasındakı nikah 11 avqust 2012-ci il tarixdə 511 saylı akt ilə qeydə pozulmuşdur. 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi əldə olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, birinci dərəcəli əlilik ilə X11 xx.xx.2023-cü il tarixdən müddətsiz əmək qabiliyyətsizdir, Kvadroplegik spastik serebral iflic diaqnozu ilə qeydiyyatdadır. Bakı Baş Səhiyyə İdarəsi Uşaq nevroloji xəstəxanası tərəfindən verilmiş 1 avqust 2008-ci il tarixli 955 saylı epikrizin surətindən görünür ki, X11 uşaq serebral iflici, episindrom, anadan gəlmə kor diaqnozu qoyulmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 26 may 2007-ci il tarixdə anadan olmuşdur. Babək rayon Məmmədrza Dizə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2007-ci il tarixli AZ-İ 794708 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 may 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X4r. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi publik hüquqi şəxs Ağdaş Rayon Mərkəzi Xəstəxanası Ağdaş şəhər Ailə Sağlamlıq Mərkəzi bölməsi tərəfindən verilmiş 26 may 2025-ci il tarixli 7235 saylı arayışdan görünür ki, Ağdaş rayon Şəkili kənd sakini Ərizəçi övladı X11 (xx.xx.2007-ci il təvəllüdlü) həqiqətən də 2008-ci il tarixindən “kvadroplegik spastik serbral iflis” diaqnozu ilə Ağdaş şəhər RMX “PHŞ” ASM bölməsində dispanser qeydiyyatdadır. X9 Şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli 679 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X6 Dərin əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə müəyyən edilir. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Bakı Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1499 saylı epikriz surətindən görünür ki, X11 uşaq serebral iflici diaqonuzu qoyulmuşdur. 18 yaşına qədər uşaqlara sosial pensiya təyin edilməsi üçün 22 may 2018-ci il tarixli 234 saylı T.S.E.K-na göndərişin surətindən görünür ki, X8 uşaq serebral iflici tetraparest diaqnozu qoyulmuşdur. Uşağın xəstəliyi ilə əlaqədar ona əlil arabasının verilməsi məsləhət bilinmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən surətindən görünür ki, X1 iflici tetraparest, episindrom, anadan gəlmə kor diaqnozu qoyulmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 may 2007-ci il tarixdə anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar