Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1378/2021 16.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 iştirakları ilə Ərizəçilər Ərizəçi5 və qeyrilərinin maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi5 və qeyriləri maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi5 ilə Ərizəçi4 doğma qardaşdırlar. Ərizəçilər Ərizəçi5 ilə Ərizəçi6 rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Ərizəçi7 onların qızıdır. Ərizəçilər Ərizəçi4 ilə Ərizəçi1 rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Ərizəçilər Ərizəçi3 və Ərizəçi2 onların övladlarıdır. İslahat zamanı ünvan 1 ünvanında yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən ərizəçilərin və mərhum X2 ümumi birgə mülkiyyətlərinə verilmişdir və bu barədə adlarına JN - 3617A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilərək Ərizəçi4 adı “Mübariz”, Ərizəçi3 və Ərizəçi2 ata adları “Mübariz”, Ərizəçi7 Kamal qızının adı isə “Tacirə” kimi qeyd edilmiş, ailə üzvlərində “X15” olmadığı halda, həmin şəxsin adı mülkiyyətçi kimi həmin şəhadətnamənin adlılar siyahısına salınmışdır. Ərizəçi5 el arasında “Baba” ləqəbi ilə müraciət edildiyindən, görünür mülkiyyətçiləri siyahıya salınan zaman həmin adla da ərizəçini təkrar siyahıya alıblar. Ərizəçilər Ərizəçi5 və Ərizəçi4 anası X7 30 oktyabr 2010-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. X2 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar tələb olunan sənədləri maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə təqdim edən zaman 0,03 hektar həyətyanı torpaq sahəsinə dair adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi4 adı “Mübariz”, Ərizəçi3 və Ərizəçi2 ata adları “Mübariz”, Ərizəçi7 Kamal qızının adı isə “Tacirə” kimi qeyd edildiyindən ailə üzvlərində “X15” olmadığı halda, həmin şəxsin adı da mülkiyyətçi kimi həmin şəhadətnamənin adlılar siyahısına yazıldığından vərəsəlik işi açdıra bilməmişlər. Düzəlişin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsin müraciət edəndə oradan bildirmişlər ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı həmin idarə yaranmamışdan əvvəl başqa təşkilat tərəfindən tərtib edildiyindən onlar tərəfindən torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqların onlar tərəfindən düzəldilməsi mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bütün bunlar məhkəməyə təqdim etdikləri sənədlərlə təsdiq olunur və eləcə də məhkəməyə dəvət edəcəyi şahid ifadələri ilə də təsdiq oluna bilər. Ağdaş şəhəri, H.Əliyev prospekti, 12/3 ünvanında yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi5, mərhumə X2, X3, Ərizəçi1, Ərizəçi3 Mübariz oğlunun, Ərizəçi2 Mübariz oğlunun, X10, Ərizəçi6 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN - 3617A (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi5, mərhumə X7, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi6 və Ərizəçi7 Baba qızına məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt onlara 0,03 hektar həyətyanı torpaq sahəsinə mərhum X4 çatası payına ölümündən sonra vərəsəlik işinin açılması üçün lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 izahatlar verərək ərizədə göstərilənləri təsdiq etmişlər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçilər Ərizəçi1, Ərizəçi6, Ərizəçi7 və maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi1, Ərizəçi6, Ərizəçi7 və maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, Ərizəçi5 onun yaxın qonşusudur. Ərizəçi5 adı el arasında Baba kimi tanınmışdır. O qonşu Ərizəçi5 Baba dayı deyərək müraciət edir. Hazırda bilmişdir ki, qonşusunun adı Baba deyil Hidayətdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 məhkəməyə ərizə təqdim edərək, özündən əvvəl ifadə vermiş şahid X14 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin **********82 saylı, 12.08.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-3617A nömrəli torpağın mülkiyyət hüququna dair şəhadətnamədə hər hansı bir düzəliş edilərək yazılması 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 1676 saylı məktubundan görünür ki, Ərizəçi5 Azərbaycan Respublikası DT və XK tərəfindən ona verilmiş JN-3617A saylı “Torpaq mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin adlı siyahısında ailə üzvlərinin adları texniki səhv olaraq yazılmışdır. Beləliklə, Ərizəçi5 olmalıdır Ərizəçi5, X7 olmalıdır X7, X11 olmalıdır Ərizəçi4, Ərizəçi1 olmalıdır Ərizəçi1, Ərizəçi3 Mübariz oğlu olmalıdır Ərizəçi3, Ərizəçi2 Mübariz oğlu olmalıdır Ərizəçi2, X15 adlı şəxs yoxdur, Ərizəçi6 olmalıdır Ərizəçi6, X13 olmalıdır Ərizəçi7 və eyni şəxslərdir. Həmin mülkiyyətdə X15 adında adam olmayıb və yoxdur. İşin materiallarında olan JN - 3617A (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 və ailə üzvləri X7, X11, Ərizəçi1, Ərizəçi3 Mübariz oğlu, Ərizəçi2 Mübariz oğlu, X15, Ərizəçi6, X9 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,03 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 29.05.2021-ci il tarixdə verilmiş 1990 saylı arayışdan görünür ki, Ərizəçi4 xx.xx.1948-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. X1, anası X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 10.11.2010-cu il tarixli, AZ-İ seriyalı, № 444544 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 30.10.2010-cu il tarixdə Ağdaş rayonunda ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11.02.1988ci il tarixli, Xİİ-JQ seriyalı, № 484461 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Ərizəçi4, anası Ərizəçi1dır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 13.05.1981ci il tarixli, Vİİİ-JQ seriyalı, № 316817 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Ərizəçi4, anası Ərizəçi1 Yəmən qızıdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09.02.1983ci il tarixli, İX-JQ seriyalı, № 302732 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi7 xx.xx.1983-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Ərizəçi5, anası Ərizəçi6dır. İşin materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərə Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN- 3617A saylı (kod ********) şəhadətnamədə adlar siyahısında texniki səhv olaraq Ərizəçi4 əvəzinə “X11” kimi, Ərizəçi3 əvəzinə “Ərizəçi3 Mübariz oğlu” kimi, Ərizəçi2 əvəzinə “Ərizəçi2 Mübariz oğlu” kimi, Ərizəçi7 əvəzinə “X13” kimi yazılmışdır. Həmçinin, Ərizəçi5 adından əlavə onun adı “X15” kimi təkrar yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları, soyadları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən Ağdaş şəhəri, H.Əliyev prospekti, 12/3 ünvanında yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi5, X2, X3, Ərizəçi1, Ərizəçi3 Mübariz oğlunun, Ərizəçi2 Mübariz oğlunun, X10, Ərizəçi6 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN - 3617A saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi5, X7, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi6 və Ərizəçi7 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi5 və qeyrilərinin maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən Ağdaş şəhəri, H.Əliyev prospekti, 12/3 ünvanında yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi5, X2, X3, Ərizəçi1, Ərizəçi3 Mübariz oğlunun, Ərizəçi2 Mübariz oğlunun, X10, Ərizəçi6 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN - 3617A saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi5, X7, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi6 və Ərizəçi7 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1378/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1378/2021
16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver