Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1379/2021 18.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qəyyumu), onun vəkili və nümayəndəsi X25, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, İbrahimova (Bəşirova) Ülkər Sübhi qızının vəkili və numayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X26 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İbrahimova (Bəşirova) Ülkər Sübhi qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İbrahimova (Bəşirova) Ülkər Sübhi qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci ildə Ağdaş rayonunda X12 və X5 ailəsində anadan olmuşdur. Onun valideynləri ölüm anınadək ünvan 1 ev 32) küçəsi ünvanında yaşamışlar və atası X35 19.09.1989-cu ildə, anası X16 isə 22.05.2003-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra ondan qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 67,9 m2, yaşayış sahəsi 39,6 m2 yardımçı (köməkçi) sahəsi 28,3 m2 olan 2 mərtəbəli fərdi yaşayış evi və “VAZ 2101” markalı minik avtomobili anası X9, qardaşı X17, qardaşı X18, bacısı İbrahimova Qətibə Qənbər qızına, bacısı X8 və ona miras qalmışdır. Qeyd edilən fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********* olan ******* nömrəli Hüquqların X34 Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş, 05 may 2021-ci il tarixli, 3403 nömrəli arayışla və bu iddia ərizəsinə qoşulan digər sənədlərlə təsdiqlənir. 07.12.1990-cı ildə Ağdaş rayon Dövlət Notariat Kontorunda reyestrdə 2V/679 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə atasının digər əmlakına – “VAZ 2101” markalı minik avtomobili üzərində anası X9 tam hissədə pay verilmişdir. Onun anası 2003-cü ildə vəfat etmişdir. 2009-cu ildə vəfat etmiş mərhum qardaşı X28, 2017-ci ildə vəfat etmiş mərhum qardaşı X29, 2019-cu ildə vəfat etmiş mərhum bacısı İbrahimova Qətibə Qənbər qızı bu iddia üzrə üçüncü şəxs olan bacısı X19 və o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən altı ay müddətində bu məsələ ilə bağlı notariat kontoruna müraciət etməmişlər və atalarından miras qalmış əmlak Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada onun vərəsələri tərəfindən qəbul edilməmişdir. 2017-ci ildə vəfat etmiş mərhum qardaşı X29 heç vaxt ailəli olmayıb. Onun 1-ci növbəli vərəsələri yoxdur. O, bu iddia tələbi üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, İbrahimova (Bəşirova) Ülkər Sübhi qızı və bu mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs X19 onun 2-ci növbəli vərəsələridirlər. 2019-cu ildə vəfat etmiş mərhum bacısı İbrahimova Qətibə Qənbər qızı heç vaxt ailəli olmayıb. O və bu mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs X19 onun qanun üzrə vərəsələridirlər. Bu mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəl sürməyən üçüncü şəxs X2 Rayon Məhkəməsinin 2006-cı il tarixli, 2-1A nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir və Ağdaş rayon İcra hakimiyyəti Başçısının 12 iyun 2019cu il tarixli, 87 nömrəli Sərəncamı ilə o, onun qəyyumu təyin edilmişdir. Miras qalmış əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında mübahisə olduğundan cavabdehlər mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi üçün Ağdaş rayon Notariat ofisinin çağırışı ilə gəlmədiklərindən 22 may 2021-ci ildə Ağdaş rayon Notariat ofisinin notariusu A.Salehov ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Valideynlərindən miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət gecikdirilmişdir. Buna isə səbəb qeyd etdiyi kimi miras əmlakın bölünməsində vərəsələr arasında razılıq olmadığından cavabdehlərin notariat kontoruna getməmələridir. Məhkəmə iclasında İddiaçı (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qəyyumu), onun vəkili və nümayəndəsi X38 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, İbrahimova (Bəşirova) Ülkər Sübhi qızının vəkili və numayəndəsi X10 izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X39 izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin 05.02.2009-cu il tarixli, 290 saylı torpaq sahəsinin planı və ölçüsü barədə sənədinin təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 05 saylı qərarı ilə X20 Ağdaş şəhəri ərazisindən fərdi yaşayış evi tikmək üçün 1200 m2 torpaq sahəsi verilmişdir. İşin materiallarında olan noyabr 1987-ci il tarixli yaşayış evinin texniki pasportundan görünür ki, 26 ünvan 2 ünvanda yerləşən, iki otaqdan ibarət, ümumi sahəsi 67,9 m2, yaşayış sahəsi 39,6 m2, köməkçi sahəsi 28,3 m2 olan fərdi yaşayış evi X12 tam mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2008-ci il tarixli, AZ-İ, № 308736 saylı arayışın təsdiqlənmiş surətindən görünür ki, X30 19 sentyabr 1989-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, 712 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1903-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində son yaşayış yeri ünvan 3 ünvanı qeyd olunmuş mərhum X12 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 09.03.2021-ci ilədək aparılmış yoxlamaya əsasən həyat yoldaşı: X16-vəfat edib, qızı: İddiaçı, qızı: X19, oğlu: X28-vəfat edib, qızı: X21-vəfat edib, oğlu: X29-vəfat edib məlumatlar aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 873 saylı arayışdan görünür ki, X30 vəfat etdiyi günədək (03.06.2008-ci il, AZ-İ № 308736 ölüm haqqında şəhadətnamə) Ağdaş şəhər C.Məmmədquluzadə (keçmiş C.Hacıyev) küçəsi 32 №-li evdə yaşamışdır. İşin materiallarında olan Ağdaş RİHB-nin Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 873 saylı arayışdan görünür ki, Ağdaş şəhər C.Məmmədquluzadə (keçmiş C.Hacıyev) küçəsi 32-№ li evdə yaşayan X6 X4 19.09.1989-cu il tarixdə vəfat etmişdir (03.06.2008-ci il AZ-İ № 308736 ölüm haqqında şəhadətnamə). Mərhumun aşağıdakı varisləri qalmışdır. Birinci dərəcəli varisi; 1) X16mərhumun yoldaşı - 22.05.2003-cü il tarixli, AZ № 088641 saylı ölüm haqqında şəhadətnamə. 2) X36 - mərhumun qızı – 1948-ci il, Bakı şəhər 7-ci mikrorayon 10/76 №-li evdə yaşayır. 3) X19 - mərhuımın qızı – 1952-ci il, Ağdaş şəhər C.Məmmədquluzadə (keçmiş C.Hacıyev) küçəsi 32 №-li evdə yaşayır. 4) İbrahimova Qətibə Qənbər qızı mərhumun qızı - 19.03.2019-cu il tarixli, AZ № İİ № 006995 saylı ölüm haqqında şəhadətnamə. 5) X27 - mərhumun oğlu - 26.04.2017-ci il tarixli, AZ-İ № 876000 saylı ölüm haqqında şəhadətnamə. 6) X28 - mərhumun oğlu - 30.01.2009-ci il tarixli, AZ-İ № 053629 saylı ölüm haqqında şəhadətnamə. İkinci dərəcəli varisi; 7) Cavabdeh1 - mərhumun nəvəsi - Ağdaş şəhər C.Məmmədquluzadə (keçmiş C.Hacıyev) küçəsi 32 №-li evdə yaşayır. 8) Cavabdeh2 - mərhumun nəvəsi - Ağdaş şəhər C.Məmmədquluzadə (keçmiş C.Hacıyev) küçəsi 32 №-li evdə yaşayır. 9) İbrahimova (Bəşirova) Ülkər Sübhi qızı mərhumun nəvəsi - Bakı şəhərində yaşayır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 may 2003-cü il tarixli, AZ seriyalı, 088641 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 11 may 2003-cü ildə vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 22.05.2021-ci il tarixli, 361 saylı məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06.06.2007-ci il qeydiyyat tarixli, reyestr nömrəsi **********28-10301, qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən Ağdaş şəhəri C.Hacıyev küçəsi 32 nömrəli 39,6 kv.m ölçüdəki 2 otaqlı fərdi yaşayış evi X12 adına qeydiyyata alınmışdır. X12 digər əmlakına Ağdaş rayon Dövlət Notariat Kontorunda 07.12.1990-cı ildə reyestrdə 2V/679 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə arvadı X9 tam hissədə pay verilmişdir. Həmçinin, İddiaçı mirasın qəbulu faktının təsdiq edilməsi, mirasın bölüşdürülməsi ilə bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilməsi bildirilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, № 713 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 14.03.1950-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş mərhum X13 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 09.03.2021-ci ilədək aparılmış yoxlamaya əsasən atası: X30-vəfat edib, anası: X16-vəfat edib, həyat yoldaşı: X31, oğlu: Cavabdeh1, qızı: Cavabdeh2, oğlu: İbrahimova (Bəşirova) Ülkər Sübhi qızı məlumatlar aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, № 722 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 11.01.1957-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində son yaşayış yeri ünvan 4 ünvanı qeyd olunmuş mərhum X11 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 09.03.2021-ci ilədək aparılmış yoxlamaya əsasən atası: X30-vəfat edib, anası: X16-vəfat edib, bacısı: İddiaçı, bacısı: X19, qardaşı: X32-vəfat edib, bacısı: İbrahimova Qətibə Qənbər qızı-vəfat edib məlumatlar aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, № 716 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 11.01.1957-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X11 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 11.01.1975-ci ildən 03.04.2017-ci ilədək “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X11 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, № 723 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 25.01.1955-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində son yaşayış yeri ünvan 5 ünvanı qeyd olunmuş mərhum İbrahimova Qətibə Qənbər qızının ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 09.03.2021-ci ilədək aparılmış yoxlamaya əsasən atası: X30-vəfat edib, anası: X16-vəfat edib, bacısı: İddiaçı, bacısı: X19, qardaşı: X32-vəfat edib, qardaşı: X27 -vəfat edib məlumatlar aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, № 715 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 25.01,1955-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X7 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 25.01.1973-cü ildən 15.03.2019-cu ilədək “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X7 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşin materiallarında olan 18.09.2019-cu il tarıxli, 2V-1040 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tədiqlənmiş surətindən görünür ki, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X40 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 15.03.2019-cu tarixdə ölmüş X7 vərəsəsi: bacısı - X19 – Ağdaş şəhəri, C.Hacıyev küçəsi 32 (AZE 02092544, 19/08/2004 - Ağdaş RPŞ, FİN: 2DEN8U7) və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Ağdaş rayon filialının 18.09.2019-cu il tarixli, 158 saylı məktubuna əsasən mərhum X7 **********095630160 saylı plastik kart hesabında olan 417,79 (dörd yüz on yeddi, 79 qəpik) pul vəsaitindən ibarətdir. İşin materiallarında olan 18.09.2019-cu il tarıxli, 2V-1039 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tədiqlənmiş surətindən görünür ki, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X40 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 15.03.2019 tarixdə ölmüş X7 vərəsəsi: bacısı - İddiaçı – Bakı şəhəri, 7-ci mikrorayon, ev 10, mənzil 76 (AZE 000*****, 09/01/2002 - Bakı-Binəqədi RPİ, FİN:xxxxxxx) və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Ağdaş rayon filialının 18.09.2019-cu il tarixli, 158 saylı məktubuna əsasən mərhum X7 **********095630160 saylı plastik kart hesabında olan 417,79 (dörd yüz on yeddi, 79 qəpik) pul vəsaitindən ibarətdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının 12 iyun 2019-cu il tarixli, 87 saylı sərəncamın təsdiqlənmiş surətindən görünür ki, 15.12.1952-ci il təvəllüdlü X19 fəaliyyət qabiliyyəti olmayan hesab edildiyinə görə şəxsi əmlakı, hüquq və mənafelərinin müdafiəsi üçün doğma bacısı ünvan 6 ünvanda qeydiyyatda olan Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 32 saylı ünvanda yaşayan İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. İşin materiallarında olan Yuxarı Qolqəti kənd soveti tərəfindən verilmiş 09 avqust 1948-ci il tarixli, İE seriyalı, 002647 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X22 xx xxxx 1948-ci ildə Ağdaş rayonunuda anadan olmuşdur. X4, anası isə X14r. İşin materiallarında olan Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş 25.02.1971-ci il tarixli, AZ seriyalı, 256390 saylı evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X37 ilə X23 25.02.1971-ci il tarixdə 702 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Abıyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş, 19.08.2004-cü il tarixli, AZE seriyalı, № 02092544 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonunun Qolqatı kəndində anadan olmaqla, Ağdaş şəhəri, C.Hacıyev küçəsi 32 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan 06.06.2007-ci il tarixli, MH seriyalı, № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqiların X34 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının təsdiqlənmiş surətindən görünür ki, X12 Ağdaş şəhəri, C.Hacıyev küçəsində istifadəsində olan 0,00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39,6 kv.m yaşayış, 28,3 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli, 3403 saylı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, 1900-cü ildə tikilmiş, 2 mərtəbəli, 2 otaqlı, 39,6 kv.m yaşayış, 28,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X12 tam mülkiyyətinə verilmişdir. İşin materiallarında olan ev alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, 04.05.1953-cü ildə ev satan Babakərim Kərimov özünə məxsus Ağdaş rayonunun 26 Komisar küçəsi 33 nömrəli evini 16000 (on altı min) manata ev alan X1. İşin materiallarında olan Ağdaş RPŞ-nin 10.03.2021-ci il tarixli, 8/132 saylı məktubundan görünür ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekasına əsasən mərhum X20 məxsus olan ünvan 9 ünvanında X19 19.08.2004-cü il tarixdən, 10.09.1953-cü il təvəllüdlü X39 16.02.2004-cü il tarixdən, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 07.08.2005-ci il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 28.05.2005-ci il tarixdən qeydiyyatdadırlar. Bunlardan başqa göstərilən ünvanda qeydiyyatda olan yoxdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 21 iyun 2007-ci il tarixli, 2- 102.2007 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İbrahimova Qətibə Qənbər qızının adına olan 0,12 hektar torpaq sahəsinin verilməsini təsdiq edən N №- 2894B saylı 18 may 2006-cı il tarixdə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, iddianın yaşayış evi ilə əlaqədar qanunsuz hərəkətlərə son qoyulmasına dair hissəsinin rədd edməsi, qarşılıqlı iddiaçılar Q.Q.İbrahimova və qeyrilərinin H.T.Həmidova və Cavabdeh1 (birinci iddia üzrə iddiaçılar) qarşı miras əmlak payın müəyyən edilməsi və müvafiq kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 14.11.2007-ci il tarixli, 2(107)148(07-49)2007 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 30.05.2008-ci il tarixli, 2(102)-1257/08 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MİÜMK-nın 14.11.2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 13 oktyabr 2008-ci il tarixli, 2- 215/2008 saylı qətnaməsindən görünür ki, iddiaçılar İbrahimova Qətibə Qənbər qızının, X6 və X15 cavabdehlər X26, Cavabdeh1, İbrahimova (Bəşirova) Ülkər Sübhi qızının və Cavabdeh2 ünvan 11 ünvanda yerləşən “Yaşayış sahəsinə qeydiyyatın qanunsuz hesab edilməsi və qeydiyyatdan çıxarılma barədə” iddiaları əsasız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, X26, Cavabdeh1, İbrahimova (Bəşirova) Ülkər Sübhi qızının və Cavabdeh2 ünvan 11 ünvanda yerləşən yaşayış evindən sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.02.2021-ci il tarixli, 2(107)-144/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş. Ağdaş Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15.07.2009-cu il tarixli, 2(102)-2076/09 saylı qərarının surətindən görünür ki, iddiaçı İbrahimova Qətibə Qənbər qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2(107)-117 saylı 05 mart 2009-cu tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş bələdiyyəsinin 17.08.2021-ci il tarixli, 197 saylı məktubundan görünür ki, ünvan 1 ev 32) küçəsi ünvanında yerləşən iki yaşayış evinə görə vergi və ödənişlər həmin ünvanda qeydiyyatda olan və yaşayan X39 tərəfindən ödənilir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçının atası X35 19.09.1989-cu ildə, anası X16 isə 22.05.2003-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra ondan ünvan 1 ev 32) küçəsi ünvanında yerləşən ümumi sahəsi 67,9 m2, yaşayış sahəsi 39,6 m2 yardımçı (köməkçi) sahəsi 28,3 m2 olan 2 mərtəbəli fərdi yaşayış evi və “VAZ 2101” markalı minik avtomobili miras qalmışdır. 07.12.1990-cı ildə Ağdaş rayon Dövlət Notariat Kontorunda reyestrdə 2V/679 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “VAZ 2101” markalı minik avtomobili üzərində anası X9 tam hissədə pay verilmişdir. Onun anası 2003-cü ildə vəfat etmişdir. 2009-cu ildə vəfat etmiş mərhum qardaşı X28, 2017-ci ildə vəfat etmiş mərhum qardaşı X29, 2019-cu ildə vəfat etmiş mərhum bacısı İbrahimova Qətibə Qənbər qızı bu iddia üzrə üçüncü şəxs olan bacısı X19 və o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən altı ay müddətində bu məsələ ilə bağlı notariat kontoruna müraciət etməmişlər və atalarından miras qalmış əmlak Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada onun vərəsələri tərəfindən qəbul edilməmişdir. Eyni zamanda, işin halları ilə müəyyən edilir ki, iddiaçı atasının ölümündən əvvəl, 1966-cı ildən indiyədək Bakı şəhərində yaşamış, atasından miras qalmış əmlakı qəbul etməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək atasından miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü hesab edilməsini xahiş etsə də, məhkəməyə atasının ölümündən 31 il müddət keçdikdən sonra müraciət etməsinə dair konkret üzrlü səbəb göstərə bilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı tələbində miras əmlakdan payların müəyyən edilməsini xahiş etsə də, həmin mirası qəbul etməsinə dair məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İbrahimova (Bəşirova) Ülkər Sübhi qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölünməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İbrahimova (Bəşirova) Ülkər Sübhi qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1379/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1379/2021
18.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver