Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-138/2024 28.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə ailə üzvləri ilə birlikdə yaşadığı evə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğac mərhum əri X1 adınadır. Əri 23 mart 2022-ci il tarixdə ölmüşdür, lakin abunə kodu, müqavilə və sayğac mərhumun adınadır. Yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməmişdir. 30 yanvar 2023-cü ildə Cavabdeh İB-nin X8 İstismar İdarəsinin əməkdaşları guya paylayıcı xətdən yaşayış sahələrinə şlanq vasitəsi ilə qeyri-qanuni birləşmə aşkar etmişlər. 10 fevral 2023-cü il tarixdə isə cavabdeh orqan yaşayış sahəsinə quraşdırılmış sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. 2023-cü ilin mart ayı üzrə sərfiyyata dair BİLDİRİŞ-xəbərdarlığı alarkən ona məlum olmuşdur ki, onun **********01150 saylı abonent koduna 2073,60 manat əlavə borc yazılmışdır. O, paylayıcı xəttdən şlanq vasitəsi ilə xəttə və sayğaca müdaxilə etməməyini cavabdeh idarənin Ağdaş XS-nə bildirəndə oradan ona əməkdaşlar tərəfindən xəttə müdaxilə etməyini bir daha bildirmişlər. O, tərəfindən xəttə və sayğaca heç bir müdaxilə edilmədiyini, əgər etmiş olsaydı bu barədə əməkdaşlar tərəfindən iştirakı ilə həmin yerə baxış keçirilər, hal şahidlərinin iştirakı ilə video çəkiliş aparmaqla akt tərtib edilməli olduğunu söylədikdə ona müdaxilə olunub və bu barədə akt tərtib edildiyini bildirmişlər. İtirilmiş qazın hesablanmasına dair cavabdeh orqan tərəfindən tərtib edilmiş saldodan görünür ki, əsassız olaraq cavabdeh orqan itirilmiş qaza görə 2073,60 manat hesablayaraq mərhum ərinin adına olan **********01150 saylı abunə koduna vurulmuşdur. O, hesablanmış məbləğlə razı deyil və hesab edir ki, həmin məbləğ cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış və abunə koduna vurulmuş, nəticədə cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi, cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə onlara qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisəni məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq Cavabdeh İB-nin X8 İstismar İdarəsinin ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “Abonentin saldosu” üzrə hesablanaraq mərhum ərinin adına olan **********01150 saylı abonent koduna vurulmuş 2073,60 (iki min yetmiş üç manat, altmış qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan Cavabdeh İB-nin X8 İstismar İdarəsinin ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqında akta əsasən abonentin saldosu üzrə hesablanaraq mərhum ərinin adına olan **********01150 saylı abonent koduna vurulmuş 2073,60 (iki min yetmiş manat, altmış qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra yadına düşmüşdür ki, mərhum ərinin ölümündən sonra qızı İddiaçı mərhum atasından miras qalmış əmlakı qəbul etmiş və bu barədə adına 10 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Notariat ofisində 2V-40 nömrə ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ona görə də hesab edir ki, onun belə bir tələbə dair iddia vermək hüququ olmamışdır. İddia qızının adından verilməli idi. Buna qızı İddiaçı da razıdır. Odur ki, yazdıqlarını nəzərə alaraq onun Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə onun əsl İddiaçı ilə əvəz olunmağını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 54-cü maddəsinə əsasən iddiaçının öz ərizəsi əsasında onu əsl iddiaçı ilə əvəz etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia tələbində göstərilən **********01150 saylı qaz hesabı X1 adına rəsmiləşdirilmiş və **********01150 saylı qaz hesabında 25 yanvar 2024-cü il tarixə 2156,20 manat borc vardır. Həmin borcun 82,60 manat hissəsi sayğac üzrə, 2073,60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nın mütəxəssisləri tərəfindən Nümayəndə istifadəsində olan G4 markalı 1602AZ**********97 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 sutkalıq iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı Zaqatata RQİİ-nın 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, Nümayəndə Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2073,60 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X7 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 30 yanvar 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı Umud Salahovun mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğaca gələn paylayıcı xətdən şlanq vasitəsi ilə qeyriqanuni birləşmə aşkar edilmişdir. İşin materiallarında olan Cavabdeh 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1i ünvanında yerləşən Ümid Salahovun yaşadığı mənzildə olan qaz sayğacına dair tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 2073,60 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş 24 yanvar 2024-cü il tarixli, **********01150 saylı abonent saldosundan məlum olur ki, X2 2156,20 manat borc hesablanmışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 8 aprel 2022-ci il tarixli, Az-İİ № 256848 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 aprel 2022-ci il tarixdə Ağciyər qan damarlarının travması səbəbindən ölmüşdür. İşin materiallarında olan 10 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Notariat ofisində reyestrdə V-10/2023 nömrə ilə qeydə alınmış Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 23 mart 2023-cü il tarixdə ölmüş X1 vərəsəsi ünvan 2i ünvanında qeydiyyatda olan qızı - İddiaçı və o, miras əmlakdan pay almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş **********59-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1710 kv/m olan qeyri yaşayış binasından ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi mərhum X3 məxsus olmuş və o, öldükdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ev qızı İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı mənzilində kənar qoşulma vasitəsilə qəbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Lakin kənar xəttin konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 180 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 180 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı Cavabdeh İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İB-nin X8 İstismar İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01150 saylı abonent koduna yazılmış 1728 (min yeddi yüz iyirmi səkkiz) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İB-nin X8 İstismar İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01150 saylı abonent koduna yazılmış 1728 (min yeddi yüz iyirmi səkkiz) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-138/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-138/2024
28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver