Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1393/2023 27.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 və ailə üzvlərinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə 0,10 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-811A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. X9 07 noyabr 2012-ci il tarixdə X20 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Paşayeva” soyadını qəbul etmişdir. X6 26 noyabr 2015-ci il tarixdə X14 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Əhmədova” soyadını qəbul etmişdir. Həmin JN-811A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 soyadı və adı səhvən “Mustafayteva Cəsarət” kimi, Paşayeva (Mustafayeva) Jalə Telman qızının adı səhvən “Calə” kimi qeyd edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması fsktının məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verildiyini, həmin torpağın verilməsinə dair Dövlət Aktında texniki səhv olaraq ailə üzvlərinin adlarının səhv qeyd edildiyini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs3 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs3 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin, maraqlı şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. Ərizəçilərin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 və X10 özlərindən əvvəl izahat vermiş şahid X14 ilə eyni məzmunlu izahat vermişlər. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-811A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 və ailə üvzləri X4, Maraqlı şəxs3, X11, X3 mülkiyyətinə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2-M-00xx-xx/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 14 mart 1996-cı il tarixdə Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş XİX-ЖГ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx xxxxxxxx 1995-ci ildə ünvan 3ində doğulmuş, atası Maraqlı şəxs2, anası Ərizəçi1dır. İşin materiallarında olan 10 mart 1994-cü il tarixdə Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş XVİİ-ЖГ № 467322 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx xxxxxx 1994-cü ildə ünvan 3ində doğulmuş, atası Maraqlı şəxs2, anası Ərizəçi1dır. İşin materiallarında olan 20 iyul 2023-cü il tarixdə Ağdaş rayon Qaradağlı kənd İ/N tərəfindən verilmiş AZ-T № 238145 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 xx xxxxx 1963-cü ildə ünvan 3ində doğulmuş, atası X17, anası X12r. İşin materiallarında olan 16 oktyabr 1990-cı il tarixdə Ağdaş rayonu Qaradağlı kənd XDC-nin icraiyyə komitəsi tərəfindən verilmiş V-ЖГ № 354338 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2 X16 ilə 16 oktyabr 1990-cı ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İşin materiallarında olan 26 noyabr 2015-ci il tarixdə Ağdaş RİHB-nın Mürsəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 088135 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Ülkər Telman qızı ilə 26 noyabr 2015-ci ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşin materiallarında olan 07 noyabr 2012-ci il tarixdə Ağdaş rayonu Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 810900 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Jalə Telman qızı ilə 07 noyabr 2012-ci ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə ünvan 3ində doğulmaqla, Ağdaş rayonu, Bulaqotağı kəndi ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilərin və maraqlı şəxslərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərin adlarına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə verilmiş JN-811A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 soyadı və adı səhvən “Mustafayteva Cəsarət” kimi, Paşayeva (Mustafayeva) Jalə Telman qızının adı səhvən “Calə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları onların şəxsiyyətini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə verilmiş JN-811A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs2 və ailə üzvləri Ərizəçi1, X7, Paşayeva (Mustafayeva) Jalə Telman qızı, Əhmədova (Mustafayeva) Ülkər Telman qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə verilmiş JN-811A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs2 və ailə üzvləri Ərizəçi1, X7, Paşayeva (Mustafayeva) Jalə Telman qızı, Əhmədova (Mustafayeva) Ülkər Telman qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1393/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1393/2023
27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver