Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1408/2022 15.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi Ərizəçi maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 15 noyabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən Ərizəçi, X7, X18, X13 adına verilmiş JN-3141 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X8, X18, X14 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Ağdaş şəhəri H.Əliyev pr, 8-ci dalanın 5 nömrəli ünvanda yerləşən 0.05 ha həyətyanı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evinin Ərizəçi, X7, X18, X13 mülkiyyətinə verilməsinə dair JN-3141 nömrəli subyektlər siyahısının X8 və X14 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 53-cü maddəsinə əsasən ərizəni mümkün hesab etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Ərizəçi, X7, X18, X13 mülkiyyətinə Ağdaş şəhəri H.Əliyev pr, 8-ci dalanın 5 nömrəli ünvanda yerləşən 0.05 ha həyətyanı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi verilmiş və Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsin dair JN-3141 nömrəli subyektlər siyahısında göstərilmişdir. 1998-ci ildə torpaq islahatı keçirilən zaman o və ailə üzvləri Ağdaş şəhəri sakinləri olmuşlar, fərdi yaşayış evi və həyatyanə təyinatlı 0.05 ha olan torpaq sahəsi JN-3141 nömrəsi ilə onlara ayrılmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, subyektlər siyahısında X8 əvəzinə X7 olaraq, X19 əvəzinə də X23 qeyd edilmişdir. Onun ailə üzvləri arasında X7 və X23 adlı ailə üvzü olmamışdır. Həyat yoldaşı X8, qızı isə X15r. Hazırda torpaq sahəsinə çıxarış əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlara torpaq sahsini maraqlı orqan İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDKR PHŞ.17 saylı Ərazi idarəsində adlarına qeydə aldırmaq üçün lazımdır, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı orqanının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini AR MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadə verərək bildirdi ki, ərizəçi şəxs onun atasıdır. Onlara DTXK-nin Ağdaş rayin şöbəsi tərəfindən verilən subyektlər siyahısında səhvən onun adı qrafasında X20, anasının adı qrafasında isə X1 qeyd edilmişdir. O ailə qurmamışdan adı Arzu soyadı Mahmudova ata adı Əli olmuşdur. Anasının isə adı Nazpəri soyadı Mahmudova ata adı isə Səfər qızıdır. Yalnışlıqların aradan qaldırılmasında köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, ərizəçi şəxs onun qardaşıdır. Qardaşının iddia ərizəsində göstərdiyi X8 qardaşının həyat yoldaşı, X19 isə onun qızıdır. Onlara verilən subyektlər siyahısında səhvən X20 və X1 qeyd edilmişdir. Həqiqətən onların adı X19 və X5r. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, ərizəçi şəxs onun həyat yoldaşıdır. DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilən subyektlər siyahısında səhvən onun adı qızının isə cinsiyyəti səhv yazılmışdır. Onun adı X7, qızının isə X15r. Yalnışlıqların aradan qaldırılmasında köməklik edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini nəzərə alaraq, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli **********15 saylı məktubdan məlum olur ki, Ağdaş şəhəri H.Əliyev pr, 8-ci dalanın 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır.Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-3141 nömrəli subyektlər siyahısında göstərilən “Məlahət” adı ilə, şəxsiyyət vəsiqəsindəki “Nazpəri” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dəhnəxəlil kənd soveti tərəfindən verilmiş 16 noyabr 1979-cu il tarixli İİ- ЖГ saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi ilə X6 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmışdır. Arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA1012318 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X25 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA3651540 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X18 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilən xx.xx.2010-cu il tarixli AZE08655612 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.1959-cu il tarixdə Ağdaş rayon Dəhnə kəndində anadan olmuş, Ağdaş şəhər, H.Əliyev pr 8/5 ünvanında yaşayır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1438 saylı doğum haqqında arayışdan məlum olur ki, X6 xx.xx.1959-cu ildə Ağdaş rayon Dəhnə kəndində anadan olmuşdur. X3, anası X2r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli X-ЖГ 462554 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X19 29 mart 1985-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 352336 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X21 ilə X19 arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Arvada Əzizova soyadı verilmişdir İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsin dair JN-3141 nömrəli subyektlər siyahısında Ərizəçi, X7, X18, X13 adı qeyd edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş şəhəri H.Əliyev pr, 8-ci dalanın 5 nömrəli ünvanda yerləşən 0.05 ha həyətyanı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi Ərizəçi, X7, X18, X13 mülkiyyətinə verilmiş və Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsin dair JN-3141 nömrəli subyektlər siyahısında göstərilmişdir. Həmin aktda texniki səhvə yol verilərək X8 və X19 əvəzinə səhvən X7, X23 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, X7, X18, X13 mülkiyyətinə verilmiş, Ağdaş şəhəri H.Əliyev pr, 8-ci dalanın 5 nömrəli ünvanda yerləşən 0.05 ha həyətyanı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evinə dair Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsi barədə JN-3141 nömrəli subyektlər siyahısının X8 və X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1408/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1408/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver