Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1412/2022 29.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair işə 29 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmməd oğlundan 3900 (üç min doqquz yüz) manat borcun, hüquqi xidmət üçün ödənilmiş 100 manatın, ödənilmiş 59 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdehin atasının adı Məmməd əvəzinə texniki səhv olaraq Vaqif qeyd edilmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq iddia ərizəsində cavabdehin atasının adına düzəliş edilərək cavabdehin Cavabdeh Məmməd oğlu kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci ilin iyun ayında ondan ehtiyacı olduğu üçün 3000 manat borc almışdır. Bununla bağlı da onunla yazılı borc müqaviləsi bağlamışdır. Bundan 6 ay sonra 2021-ci ilin dekabr ayında cavabdeh əmək haqqı kartını qoyub ondan yenidən təcili pula ehtiyacı olduğu üçün 900 manat borc pul almışdır. Cavabdeh bu məbləği alarkən əmək haqqı kartı ilə və nəğd ödəniş etməklə bir neçə ay ərzində borcunu qaytaracağını bildirmişdir. Bununla da cavabdehin ona 3900 manat borcu yaranmışdır. Borcunu tezliklə qaytarmaq məqsədi ilə aylıq ödəniş etmək üçün hər ay 100 manat ödəmək məqsədi ilə əmək haqqı kartını ona vermişdir. Ancaq 2 aydan sonra cavabdeh əmək haqqı kartını bağlatmış və ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh borcunu tezliklə bir neçə ay ərzində qaytaracağını bildirərək ona borcunu pensiya kartı ilə ödəyəcəyinə əmin edərək söz vermiş, borcun təminatı olaraq da onunla borc müqaviləsi bağlanmışdır. Cavabdeh 2 ay borcundan hər 100 manat ödədikdən sonra əmək haqqı kartını növbəti ay bağlatdırmışdır.Bundan sonra cavabdeh vəziyyətinin pis olduğunu hər ay müdəmadi borcunu tam ödəyəcəyini bildirmişdir. Ancaq cavabdeh ona verdiyi sözlərə əməl etməmiş, hər dəfəsində də ailə problemlərinin olduğunu tezliklə borcunu ödəyib bitirəcəyini bildirmişdir. Cavabdeh bir neçə ay yalan vədlər verərək borucunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh öz pensiya kartını borcun ödənilməsi üçün ona vermiş, bircə dəfə pul çıxartmaq istədiyi vaxt, həmin əməliyyatı icra edə bilməmişdir. Sonradan iddiaçı həmin kartı bağlatdırmış, özünü yeni kart açdırmışdır. Cavabdeh Məmməd oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında iddiaçının tələb etdiyi borcu ödədiyini, onun iddiaçıya heç bir borcu qalmadığını, aldığı borcun ödənilməsi üçün pensiya kartını iddiaçıya verdiyini, həmin kartdan iddiaçının borcunun ödənildiyini göstərmişdir. Cavabdeh Məmməd oğlu məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını nəzərə alıb, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh Məmməd oğlu tərəfindən verilmiş olan yazılı izahatdan da görünür ki, İddiaçı 3000 (üç min) manat pul almış, qarşılığında təqaüd kartını verərək hər ay kartından pul çıxarılmasına razı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cavabdeh X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətdən məlum olur ki, İddiaçı borcunu və faizini tam həcmdə ödəmiş və hal-hazırda ona heç bir borcu yoxdur. Belə ki, 2021-0ci il iyun ayında aldığı borc pulu ödənişini almaq məqsədi ilə İddiaçı onun pensiya kartın götürmüşdür və hər ay 12 ay olmaqla pensiya kartından ona çatası 420 manat ümumilikdə 5040 manat borc və faiz almışdır və bununla o iddiaçıya olan borcunu və faizi tam ödəmişdir. Borcunu və faizini tam ödəməsinə baxmayaraq, iddiaçı pensiya kartını qaytarmamış, yalnız 2022-ci ilin iyul ayında o məcbur olub. Kapital Bank ASC-nin Ağdaş rayin şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus kartını dəyişib iddiaçıya ödənişi dayandırmışdır. Bir il müddətində İddiaçı tərəfindən onun adına olan pensiya kartından pulun çıxarılması və istifadə edilməsini yoxlamaq üçün Kapital Bank ASC-nin Ağdaş rayon şöbəsinə müvafiq qaydada yoxlanılması üçün sorğu göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-1412/2022 saylı qərardaddan məlum olur ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh Məmməd oğluna (ŞV-nin nömrəsi-AA8769046, FİN-5VFZ4YE) məxsus, 4569 7416 4835 2555 nömrəli "xxxx" ASC-də kart hesabına mədaxil və məxaric olunan vəsaitin məbləği və tarixi, eləcə nağdlaşdırma əməliyyatlarının tarixi və nağdlaşdırma əməliyyatları zamanı terminallardakı kameralar vasitəsilə qeydə alınmış foto və video görüntülər "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 49/485 saylı məktubla kart üzrə əməliyyata dair çıxarışlar və videodisk məhkəməyə təqdim edilmişdir. Həmin videodiskə baxış keçirilmiş, yalnız bir halda iddiaçının kartdan istifadə etdiyi aşkar edilmiş, məxaric əməliyyatlarının tarixi ilə uzlaşdırılan zaman videodiskdə olan tarixlə çıxarışda olan tarixlərin üstə-üstə düşmədiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Məmməd oğlu İddiaçı 3000 AZN məbləğində borc pul almışdır. İddiaçı Cavabdeh Məmməd oğlundan verdiyi pulu geri istəsə də, Cavabdeh Məmməd oğlu borcundan heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehin ona əlavə olaraq 900 manat borcu olduğunu, hüquqi xidmətlərə görə 100 AZN məbləğində pul ödədiyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məmməd oğlundan 3000 manat məbləğində pul və ödənilmiş 59 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi hüquqi xidmət üçün ödənilmiş 100 manat pul və 900 manat borcun cavabdehdən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh Məmməd oğlundan 3000 manat məbləğində pul və 59 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1412/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1412/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver