Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1413/2022 15.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh Hacıbala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Hacıbala oğluna qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair işə 15 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Hacıbala qızına qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıbala oğlundan 3000 (üç min) manat miqdarında borcun, hüquqi xidmətlə bağlı ödənilmiş 100 manatın və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2021-ci ilin yanvar ayında ondan təcili pula ehtiyacı olduğu üçün 3000 manat borc almışdır. Bununlada cavabdehin ona 3000 manat borcu yaranmışdır. Cavabdeh bu məbləği alarkən əmək haqqı kartı ilə və nəğd ödəniş etməklə bir neçə ay ərzində borcunu qaytaracağını bildirmişdir. Borcunu tezliklə qaytarmaq məqsədi ilə aylıq ödəniş etmək üçün hər ay 100 manat ödəmək məqsədi ilə əmək haqqı kartını ona vermişdir. Ancaq 3 aydan sonra cavabdeh əmək haqqı kartını bağlatmış və ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh borcunu tezliklə bir neçə ay ərzində qaytaracağını bildirərək ona borcunu pensiya kartı ilə ödəyəcəyinə əmin edərək söz vermişdir. Ancaq cavabdeh verdiyi sözünə əməl etməmişdir. Cavabdeh 3 ay borcundan hər 100 manat ödədikdən sonra əmək haqqı kartını növbəti ay bağlatdırmışdır. Bundan sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu hər ay mütəmadi borcunu tam ödəyəcəyini bildirmişdir. Ancaq cavabdeh ona verdiyi sözlərə əməl etməmiş, hər dəfəsində də ailə problemlərinin olduğunu tezliklə borcunu ödəyib bitirəcəyini bildirmişdir. Cavabdeh bir neçə ay yalan vədlər verərək borucunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bu günədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Hacıbala oğlu məhkəmə iclasında ərizə verərək bildirdi ki, həqiqətən İddiaçı 3000 manat borcu vardır. Həmin borcu hal-hazırda ödəmək imkanı yoxdur. Dövlətə olan kredit borclarını ödədikdən sonra, yəni 1 ildən sonra yenidən kredit götürərək ödəməyə və ya əmək haqqı kartını İddiaçı təqdim etməklə ona olan borcunu əmək haqqı kartından çıxarılmasını təmin etməyi öz öhdəsinə götürdüyünə söz verdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh Hacıbala oğlu tərəfindən verilmiş olan yazılı izahatdan da görünür ki, İddiaçı 3000 (üç min) manat pul almışdır. İmkan olduqca hissə-hissə qaytaracağını bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Hacıbala oğlu İddiaçı 3000 AZN məbləğində borc pul almışdır. İddiaçı Cavabdeh Hacıbala oğlundan verdiyi pulu geri istəsə də, cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclasına ərizə verərək həqiqətən iddiaçıya 3000 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Hacıbala oğlundan 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi hüquqi xidmət üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh Hacıbala oğlundan 3000 manat məbləğində pul və 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1413/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1413/2022
15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver