Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1419/2023 29.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, Maraqlı şəxs1 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və ailə üzvlərinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 mart 1998-ci il tarixli 07 saylı qərarı ilə 3,64 hektar kənd təsərüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 0060 KOD 90304048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. X3 Qəhrəman Süleyman oğlu ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Musayeva” soyadını qəbul etmişdir. X8 07 avqust 2008-ci il tarixdə X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Rəsulova” soyadını qəbul etmişdir. Həmin JN- 0060 KOD 90304048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 adı səhvən “Qəhraman” kimi, Ərizəçi2 adı və ata adı səhvən “Ramin Qəhraman” kimi, Musayeva (Rəsulova) Ülkər Qəhrəman qızının ata adı səhvən “Qəhraman” kimi qeyd edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması fsktının məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verildiyini, həmin torpağın verilməsinə dair Dövlət Aktında mülkiyyətçilərin adlarının və ata adlarının səhv yazıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumdur. Ərizəçinin ailə üzvlərinin mülkiyyətinə dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçinin adı və ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 özündən əvvəl izahat vermiş şahid X11 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, № **********39 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 mart 1998-ci il tarixli 07 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-0060 KOD 90304048 saylı Dövlət Aktından görünür ki, X4 və ailə üzvləri X18, X13, Ərizəçi3 mülkiyyətinə ünvan 1ində 3,64 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 23 yanvar 1961-ci il tarixdə Ağdaş rayon Güvəkənd Zaks şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx xxxx 1960-cı il tarixdə doğulmuş, atası X16, anası X2r. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti kənd İ/N tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X14, anası X15r. İşin materiallarında olan 12 mart 1987-ci il tarixdə Ağdaş rayon Güvəkənd kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1987-ci il tarixdə doğulmuş, atası Ərizəçi1, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 12 fevral 1990-cı il tarixdə Ağdaş rayon Güvəkənd kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx xxxxxx 1990-cı il tarixdə doğulmuş, atası Ərizəçi1, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 23 aprel 1986-cı il tarixdə Ağdaş rayonu Güvəkənd kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Musayev X5 Şəhla Nuru qızı ilə 23 aprel 1986-cı il tarixdə 06 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İşin materiallarında olan 07 avqust 2008-ci il tarixdə Ağdaş rayonu Binələr kənd İcra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Ülkər Qəhrəman qızı ilə 07 avqust 2008-ci il tarixdə 08 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1990-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1962-ci il tarixdə Ağdaş şəhərində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan ASAN-MİNGƏÇEVİR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilərin və maraqlı şəxsin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, X4 və ailə üzvləri X18, X13, Ərizəçi3 mülkiyyətinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 mart 1998-ci il tarixli 07 saylı qərarına əsasən verilmiş JN-0060 KOD 90304048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq ərizəçilər Ərizəçi1 adı səhvən “Qəhraman” kimi, Ərizəçi2 adı və ata adı səhvən “Ramin Qəhraman” kimi, Musayeva (Rəsulova) Ülkər Qəhrəman qızının ata adı səhvən “Qəhraman” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adı və ata adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adı və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 mart 1998-ci il tarixli 07 saylı qərarına əsasən verilmiş JN-0060 KOD 90304048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və ailə üzvləri Maraqlı şəxs1, Ərizəçi2, Musayeva (Rəsulova) Ülkər Qəhrəman qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 mart 1998-ci il tarixli 07 saylı qərarına əsasən verilmiş JN-0060 KOD 90304048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və ailə üzvləri Maraqlı şəxs1, Ərizəçi2, Musayeva (Rəsulova) Ülkər Qəhrəman qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1419/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1419/2023
29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver