Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1421/2023 02.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs1 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Məhəmmədiyyə qızının maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, X16 və ailə üzvlərinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 18 iyul 1998-ci il tarixli 13 saylı qərarı ilə 2,79 hektar kənd təsərüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0034 KOD 90315038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. X16 12 dekabr 2020-ci il tarixdə Ağdaş rayonunda ölmüşdür. X10 14 dekabr 2016-cı il tarixdə X36 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Hüseynova” soyadını qəbul etmişdir. X12 05 aprel 2013-cü il tarixdə X22 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Əliyeva” soyadını qəbul etmişdir. X11 25 noyabr 2010-cu il tarixdə X31 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Hacıyeva” soyadını qəbul etmişdir. Həmin JN-0034 KOD 90315038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 adı və ata adı səhvən “Məhəmmədiyyə Əmili” kimi, Abbasova (Hüseynova) Gülay Məhəmmədiyə qızının adı və ata adı səhvən “Günay Məhəmmədiyyə” kimi, Abbasova (Əliyeva) İnci Məhəmmədiyə qızının ata adı səhvən “Məhəmmədiyyə” kimi, Abbasova (Hacıyeva) Şəhla Məhəmmədiyə qızının ata adı səhvən “Məhəmmədiyyə” kimi qeyd edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması fsktının məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Maraqlı şəxs1 ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verildiyini, həmin torpağın verilməsinə dair Dövlət Aktında texniki səhv olaraq ailə üzvlərinin adlarının səhv qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Ərizəçi3 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Ərizəçi3 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin, maraqlı şəxsin izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək göstərdi ki, ərizəçilər qonşularıdır. Ərizəçilərin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 özündən əvvəl ifadə vermiş şahid X18 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0034 KOD 90315038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X5 və ailə üzvləri Maraqlı şəxs1, X9, X12, X4 mülkiyyətinə ünvan 1i ərazisindən 2,79 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 03 avqust 2023-cü il tarixdə Ağdaş rayon Orta Ləki kənd İ/N tərəfindən verilmiş AZ-T № 238167 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1962-ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, atası X19, anası X13r. İşin materiallarında olan 02 dekabr 1991-ci il tarixdə Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş XV-ЖГ № 305871 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx xxxxxxx 1991-ci ildə ünvan 1ində doğulmuş, atası X14, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 24 yanvar 1994-cü il tarixdə Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş XVİİ-ЖГ № 393472 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 xx xxxxxx 1993-cü ildə ünvan 1ində doğulmuş, atası X14, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 06 avqust 1990-cı il tarixdə Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş XV-ЖГ № 275540 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx xxxx 1990-cı ildə ünvan 1ində doğulmuş, atası X14, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 25 noyabr 2010-cu il tarixdə Ağdaş rayonu Aşağı Ləki kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 627684 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 Şəhla Məhəmmədiyə qızı ilə 25 noyabr 2010-cu ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan 05 aprel 2013-cü il tarixdə Ağdaş rayonu Aşağı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 836993 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 İnci Məhəmmədiyə qızı ilə 12 dekabr 1983-cü ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan 14 dekabr 2016-cı il tarixdə Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 153530 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 Gülay Məhəmmədiyə qızı ilə 14 dekabr 2016-cı ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşin materiallarında olan 20 iyul 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 12 dekabr 2020-ci il tarixdə Kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyası səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü il tarixdə ünvan 1ində doğulmaqla, Ağdaş rayonu, Yuxarı Ləki kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan ASAN-SUMQAYİT tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 Məhəmmədiyyə qızı xx.xx.1991-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 4 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərin adlarına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 18 iyul 1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 14 aprel 1999-cu il tarixli JN-0034 KOD 90315038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1 adı və ata adı səhvən “Məhəmmədiyyə Əmili” kimi, Abbasova (Hüseynova) Gülay Məhəmmədiyə qızının adı və ata adı səhvən “Günay Məhəmmədiyyə” kimi, Abbasova (Əliyeva) İnci Məhəmmədiyə qızının ata adı səhvən “Məhəmmədiyyə” kimi, Abbasova (Hacıyeva) Şəhla Məhəmmədiyə qızının ata adı səhvən “Məhəmmədiyyə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 18 iyul 1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 14 aprel 1999-cu il tarixli JN-0034 KOD 90315038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 və ailə üzvləri Maraqlı şəxs1, Abbasova (Hacıyeva) Şəhla Məhəmmədiyə qızı, Abbasova (Əliyeva) İnci Məhəmmədiyə qızı, Abbasova (Hüseynova) Gülay Məhəmmədiyə qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Məhəmmədiyyə qızının maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 18 iyul 1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 14 aprel 1999-cu il tarixli JN-0034 KOD 90315038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 və ailə üzvləri Maraqlı şəxs1, Abbasova (Hacıyeva) Şəhla Məhəmmədiyə qızı, Abbasova (Əliyeva) İnci Məhəmmədiyə qızı, Abbasova (Hüseynova) Gülay Məhəmmədiyə qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1421/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1421/2023
02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver