Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1422/2023 04.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən 0,10 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsu JN-0227 KOD 90312018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Lakin həmin Dövlət Aktında texniki səhvə yol verilərək ərizəçinin adı X1 yazılmışdır. Hazırda həmin torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə tam mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq müəyyən etmək məqsədi ilə müraciət etmək etmiş, lakin Dövlət Aktının adlı siyahısında qeyd edilən səhv olduğundan torpağı qeydə aldıra bilməmişdir. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onlarının səlahiyyətlərinə aid olmadığı bildirilmiş, ona görə də müvbahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, ünvan 1i ərazisində yerləşən 0,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 adına kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi JN-0227 KOD 90312018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində bacısının adı səhvən Nəzirə kimi yazılmışdır. Onların ailə üzvlərində Nəzirə adlı şəxs yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da özündən əvvəl ifadə vermiş şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24 mart 2023-cü il tarixli, № 3-21-3-35/2-H-0031-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-0227 KOD 90312018 saylı Dövlət Aktının surətindən görünür ki, X2 mülkiyyətinə ünvan 1ində 0,10 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 05 fevral 1964-cü il tarixdə Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə doğulmuş, atası X6, anası Həmidova Şukufə qızıdır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi mülkiyyətinə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən verilmiş JN-0227 KOD 90312018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq mülkiyyətçinin adı “Nəzifə” əvəzinə “Nəzirə” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən verilmiş JN-0227 KOD 90312018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. X3 Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən verilmiş JN-0227 KOD 90312018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1422/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1422/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver