Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1424/2024 28.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Ağdaş rayon Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı miras payın tam hissədə müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ağdaş rayon Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras payın tam hissədə müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində iddiaçı ilə birlikdə yaşamışdır. Mərhum həyat yoldaşı X5 xx.xx.2022-ci ildə ünvan 1 ünvanında xroniki qaraciyər çatışmazlığı xəstəliyindən qəflətən vəfat etmişdir. Mərhum həyat yoldaşı vəfat etdiyi günədək ünvan 1 ünvanında iddiaçı ilə birlikdə yaşamışdır. Mərhum həyat yoldaşının dəfn mərasimi də onun tərəfindən götürülmüşdür. Bugünədək mərhum həyat yoldaşına məxsus avtomobil, həmçinin torpaq sahəsi onun tərəfindən idarə torpaq sahəsinin torpaq vergisi onun tərəfindən ödənilmişdir və həmin torpaq sahəsindən o, istifadə edir. Həyat yoldaşının ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum həyat yoldaşı mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Mərhum həyat yoldaşı tərəfindən miras qalmış mülkiyyətin iddiaçı tərəfindən qəbul edildiyi Ağdaş Bələdiyyəsindən və Qaradağlı Bələdiyyəsindən alınmış arayışlarla müəyyən edilmişdir. Aqrar islahat zamanı mərhum həyat yoldaşı X4 və onun övladlarına həyətyanı və pay torpaq sahələri verilmişdir. Lakin övladlarından Cavabdeh2 və Cavabdeh3 vərəsəlik işinin açılması üçün notariat ofisinə gəlməkdən boyun qaçırırlar. Belə olan halda da vərəsəlik şəhadətnaməsi almaq mümkün deyildir. Bu səbəbdən də mərhum həyat yoldaşı X2 qalmış miras əmlak payının tam hissədə müəyyən olunması faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Mərhum həyat yoldaşı X2 miras qalmış, mirasın kütləsinə daxil olan, ünvan 1 ünvanında və Ağdaş rayon Qaradağlı kəndində yerləşən mərhum həyat yoldaşı X4 verilmiş tərdi yaşayış və həyətyanı sahə təyinatlı torpaq və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həmçinin mərhum həyat yoldaşı X2 miras qalmış “Nissan Qashqai” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildə miras əmlak payın tam hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, digər uşaqları Cavabdeh4 və Cavabdeh5 mülki iş üzrə cavabdeh qismində cəlb olunmalarını xahiş etmiş və məhkəmə tərəfindən həmin şəxslər cavabdeh şəxs kimi mülki işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, 13 dekabr 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış “Nissan Qashqai minik” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ünvan 3i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə tam hissədə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4, iddia tələbini qəbul edərək, bu barədə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək izahatında mərhum atası X2 miras qalmış əmlaklara dair anası İddiaçı tam hissədə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməyə Cavabdeh2 ərizə ilə müraciət edərək, X2 miras qalmış payın tam hissədə müəyyən edilməsinə dair İddiaçı iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan AB № 689380 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, X3 mülkiyyətində “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində 04 iyul 2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evi X3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində 01 dekabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, AZ-İİ № 295935 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 dekabr 2022-ci il tarixdə xroniki qaraciyər çatışmazlığından ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2024cü il tarixdə verilmiş 05/09/S/076120-24 saylı arayışdan görünür ki, X3 ailə üzvüləri arvadı İddiaçı (xx.xx.1953), oğlu Cavabdeh2 (xx.xx.1980), Cavabdeh3 (xx.xx.1975), Cavabdeh4 (xx.xx.1978), Cavabdeh5dır (xx.xx.1976). İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı Ağdaş rayonu, Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi, 57 qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2023 - Ağdaş RPŞ QvŞV qrupu, FİN: xxxxxxx, d/t: xx.xx.1953) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012- ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 085409W və buraxılış ili 2011-ci il olan “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən, ölmüş ərin ümumi əmlakdan payı “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. İşin materiallarında olan Cavabdeh2 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, xx.xx.2022-ci ildə ölmüş atası X2 irs qalmış (yaşayış evi, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüququndan ibarət mirasın ona çatası hissəsini qəbul etməmişdir, etmir. Gələcəkdə pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İşin materiallarında olan Cavabdeh5 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, X5 atasıdır. Atası xx.xx.2022-ci ildə ölmüşdür. Onun ölümündən sonra miras qalmış əmlakı nə notariusa ərizə verməklə, nə də faktiki qəbul etməmiş, əmlaka sahiblik, istifadə həyata keçirməmiş, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyəti yoxdur. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Ağdaş rayon Notariat ofisinə ünvanladığı ərizədə xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən; Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi, 57 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən; Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən torpaq sahəsindən sizə çatası pay tam hissə müəyyən edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə arasında mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: X3 mülkiyyətində “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində 04 iyul 2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evi X3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində 01 dekabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. X5 13 dekabr 2022-ci il tarixdə xroniki qaraciyər çatışmazlığından ölmüşdür. X3 ailə üzvləri arvadı İddiaçı (xx.xx.1953), oğlu Cavabdeh2 (xx.xx.1980), Cavabdeh3 (xx.xx.1975), Cavabdeh4 (xx.xx.1978) və Cavabdeh5 (xx.xx.1976) ibarət olmuşdur. Ağdaş rayon Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2023 - Ağdaş RPŞ QvŞV qrupu, FİN: xxxxxxx, d/t: xx.xx.1953) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 085409W və buraxılış ili 2011-ci il olan “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən, ölmüş ərin ümumi əmlakdan payı “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, vərəsələr 5 nəfərdir və onlardan 3ü iddiaçının xeyrinə öz paylarından imtina edirlər. Belə olan halda isə iddiaçının payı hər əmlak üzrə 4/5 nisbətində müəyyən edilməlidir. X3 özünün “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ ½ hissədə olmuşdur. Belə olan halda isə bu əmlakın yalnız həmin hissəsi hazırkı vərəsəlik işi üzrə predmet ola bilər. Buna görə də iddiaçının bu əmlak üzrə payı 4/10 (1/2 * 4/5) hissə kimi nəzərə alınmalıdır. X3 özünün ünvan 3i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ ¼ hissədə olmuşdur. Belə olan halda isə bu əmlakın yalnız həmin hissəsi hazırkı vərəsəlik işi üzrə predmet ola bilər. Buna görə də iddiaçının bu əmlak üzrə payı 4/20 (1/4 * 4/5) hissə kimi nəzərə alınmalıdır. X3 özünün ünvan 4 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə mülkiyyət hüququ 1/3 hissədə olmuşdur. Belə olan halda isə bu əmlakın yalnız həmin hissəsi hazırkı vərəsəlik işi üzrə predmet ola bilər. Buna görə də iddiaçının bu əmlak üzrə payı 4/15 (1/3 * 4/5) hissə kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 13 dekabr 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4/10 hissədə, ünvan 3i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 4/20 hissədə, ünvan 4 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə 4/15 hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 13 dekabr 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış “Nissan Qashqai minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4/10 hissədə, ünvan 3i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 4/20 hissədə, ünvan 4 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə 4/15 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1424/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1424/2024
28.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver