Məhkəmə qərarları › İş №2(014)-1433/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1433/2022

03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1433/2022 03.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 nömrəli qərarı ilə JN-071A nömrəli torpağın mülkiyyətlərinə verilməsinə dair şəhadətnamə (KOD ********) əsasında ona və ailə üzvlərinə 0.32 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Yaxın günlərdə oğlu X1 (oğlu Adışirin qazi olmaqla İkinci Qarabağ müharibəsi veteranıdır) müharibə veteranı və qazi kimi verilən imtiyazların ona tətbiq olunması ilə bağlı müxtəlif sənədlər tələb edilmiş və bu zaman ona və ailə üzvlərinə verilmiş torpaq haqqında şəhadətnamədə onun adı, soyadı və eyni zamanda digər ailə üzvlərinin soyadları səhv yazılmışdır. Məlum olmuşdur ki, N-071A nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamədə onun və ailə üzvlərinin soyadları “Həbilov” əvəzinə səhvən “Əbilov” kimi, onun ata adı isə “Srac” əvəzinə səhvən “Sirac” kimi göstərilmişdir. Həmin şəhadətnaməyə övladı X3 adı düşməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyi üçün soyadları və adında olan səhvin düzəldilməsi ilə əlaqədar tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət edilmiş və oradan bununla əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi qazi oğlu Adışirin Həbilovun verilən imtiyazlardan istifadə etməsi ilə bağlıdır. Buna görə də Ağdaş rayonu, Yanarx kəndi ərazisində yerləşən 0.32 hektar həyətyanı torpaq sahəsinin X8, X5, X7 mülkiyyətinə verilməsinə dair JN-071A saylı, (KOD ********) şəhadətnamənin Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi3 ünvanlanmış 15 avqust 2022-ci il tarixli **********61 №-li məktubdan görünür ki, JN-071A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan JN – 071A, KOD 90322018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə 0.32 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X8, X5 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, JN-071A, KOD 90322018 saylı Torpağı Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan şəxslər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2dur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzə nümayəndəliyi tərəfindən verilmiş 284 nömrəli, 08 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X3 atası Ərizəçi3, anası Ərizəçi1dır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzə nümayəndəliyi tərəfindən verilmiş 283 nömrəli, 08 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi3 ailəsinə məxsus Ağdaş rayonu, Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci ildə verilmiş Torpağa mülkiyyə hüququna dair JN-71A nömrəli Dövlət aktında adların yazılışında səhvə yol verilmiş, X8 əvəzinə Ərizəçi3, X5 əvəzinə Ərizəçi1, X9 əvəzinə Ərizəçi2 olmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi2, X3 atası Ərizəçi3, anası Ərizəçi1dır İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 soyadı Həbilov, atasının adı Sracdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 Sırac oğlu X2 ilə 05 mart 1987-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, X2 “Həbilova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Yanarx kəndi ərazisində yerləşən 0.32 hektar həyətyanı torpaq sahəsinin X8, X5 və X7 mülkiyyətinə verilməsinə dair JN-071A saylı, (KOD ********) şəhadətnamənin Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar