Məhkəmə qərarları › İş №2(014)-146/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-146/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-146/2023 09.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1, maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1, maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1994-cü ildə Ağdaş rayonu, Qülbəndə kəndində anadan olmuşdur. X2, anası X4r. X2 anası X5 rəsmi nikahlarından o, yəni Ərizəçi doğulmuşdur. X2, anası X7, qardaşları Maraqlı şəxs2, Maraqlı şəxs1 və o, Ərizəçi (səhvən - X10) adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 09 aprel 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən 2.47 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-104 KOD 90305018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Həmin JN-104 KOD 90305018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun soyadı, ad və ata adı Ərizəçi olduğu halda səhvən “X10” kimi qeyd edilmişdir. Hazırda həmin JN-104 KOD 90305018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də o, yəni Ərizəçi (səhvən - X10) və ailə üzvlərinin adına rəsmiləşdirilmiş JN-104 KOD 90305018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1, X7, Maraqlı şəxs1, Maraqlı şəxs2 və o, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında izahat verərək ailə üzvlərində X10 adlı şəxsin olmadığını, iddianın təmin edilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Maraqlı şəxs1 ünvanlanmış 26 avqust 2022-ci il tarixli **********17 №-li məktubdan görünür ki, JN-104 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi X2, anası X4r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi X3 ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha girmişlər, X3 “Qasımova” soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx.xx.2020-ci ildə, X7 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan JN - 0104, KOD 90305018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 08 saylı qərarı ilə 2.47 hektar torpaq sahəsi X9 və ailə üzvləri olan X7, Maraqlı şəxs2, Maraqlı şəxs1 və X6 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Qulbəndə kəndi ərazisində yerləşən 2.47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X9 və ailə üzvləri olan X7, Maraqlı şəxs2, Maraqlı şəxs1 və X6 mülkiyyətinə verilməsinə dair JN-104 KOD 90305018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 və ailə üzvləri olan X7, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar