Məhkəmə qərarları › İş №2(014)-1461/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1461/2023

27.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1461/2023 27.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı3 nümayəndəsi), İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (eyni zamanda Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi) iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı miras əmlakının bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı miras əmlakının bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X4 anası X7 ilə rəsmi olaraq evlənmişlər. Onların birgə nikahlarından o, bacı-qardaşları Cavabdeh3, Cavabdeh4, İddiaçı2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, İddiaçı3, Cavabdeh7, Cavabdeh2 və o, yəni İddiaçı1 doğulmuşdur. X4 xx.xx.2015-ci il tarixdə, anası X7 xx.xx.2018-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində yerləşən yaşadıqları evdə ölmüşlər. Mərhum valideynlərinin adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 1,63 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Bacısı Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-cii l tarixli qətnaməsi ilə X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının üçün torpaq sahəsindən Cavabdeh2 7/10 hissədə payınnı müəyyən edilməsi qət edilmişdir. Yerdə qalan 3/10 payı isə İddiaçı1 qəbul etməsinə baxmayaraq bugünki günü həmin əmlakı adına rəsmiləşdirə bilmir. Bununla da mülkiyyətçi kimi mülkiyyət və yaşayış evlərinin üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Bununla o, istifadə hüquqlarını kobud şəkildə pozur. Göstərilənlərə əsasən X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının üçün torpaq sahəsindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının üçün torpaq sahəsindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinə çatası 1/10 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı3 nümayəndəsi) və İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 (eyni zamanda cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi) və Cavabdeh1 iddianı qəbul edərək payların müəyyən edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 17 avqust 2023-cü il tarixli, № 531 saylı məktubdan görünür ki, mirasın bölgüsündə mübahisə olduğundan mirasın bölüşdürülməsi barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, İddiaçı1 xx xxx 1966-cı il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, X4, anası X3r. İşin materiallarında olan 25 noyabr 1967-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx xxxxxx 1967-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, X4, anası X3r. İşin materiallarında olan 11 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti kənd İ/N tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 16 may 1969-cu il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, X4, anası X5r. İşin materiallarında olan 29 iyul 1988-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş İV-ЖГ seriyalı, № 390377 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Fəxrəndə Mayıl qızı ilə 29 iyul 1988-ci il tarixdə 30 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. İşin materiallarında olan 22 iyun 2022-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd İ/N tərəfindən verilmiş AZ-İİ seriyalı № 253671 saylı ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan 05 aprel 2018-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd İ/N tərəfindən verilmiş AZ-İ seriyalı № 934232 saylı ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.1918-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi verilmiş elektron Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 ha hənd təsərrüfatı təyinatlı torpağın 3/20 hissəsi X8, 3/20 hissəsi X2 və 14/20 hissəsi Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1100/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən Cavabdeh2 7/10 hissədə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölmüşdür. Onların ölümündən sonra 10 (on) nəfər birinci dərəcəli vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, İddiaçı3, Cavabdeh7 və İddiaçı1 qalmışdır. Mərhumların ölümnüdən sonra Ağdaş rayonu, Qolqəti kəndində 1,63 ha torpaq sahəsi miras qalmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1100/2022 saylı qətnaməsi ilə həmin miras qalmış torpaq sahəsindən Cavabdeh2 7/10 hissədə payı müəyyən edilmiş, digər vərəsələrin payları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən İddiaçı1 1/10 hissədə, İddiaçı3 1/10 hissədə və İddiaçı2 1/10 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. X8 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən İddiaçı1 1/10 hissədə, İddiaçı3 1/10 hissədə və İddiaçı2 1/10 hissədə payları müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar