Məhkəmə qərarları › İş №2(014)-1472/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1472/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1472/2022 06.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızının iştirakı ilə, Ərizəçi Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızının maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 06 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızı maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarına əsasən JN-115, KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 5-ci adlı siyahısında X5 adına verilmiş 4.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin və JN 020A KOD 90318048 saylı torpağa mülkiyyət veriləmsinə dair şəhadətnaməyə əsasən 5-ci adlı siyahısında X7 adına verilmiş 0.34 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndində ona və ailə üzvlərinə JN-115, KOD 90318048 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 4.06 ha və JN-020A, KOD 90318048 torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında 0.34 ha torpaq sahəsi verilmişdir. Həmin akt və şəhadətnamə əsasında AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum olmuşdur ki, aktın və şəhadətnamənin 6-ci adlı siyahısında X8 adı səhvən X2 qeyd edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə, onun adı X12, evləndikdən sonra ər soyadını götürdüyü üçün nigah haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızı kimi qeyd edilmişdir. Akta və şəhadətnaməyə düzəliş edilməsi barədə, yəni X1 X3 qeyd edilməsi barədə AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN-115, KOD 90318048 torpağa dair dövlət aktında və JN-020A, KOD 90318048 torpağa mülkiyyət verilməsin dair şəhadətnamədə qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 20 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:020A saylı (kod ********) şəhadətnaməyə əsasən X20, X21, X17, X13, X11 və X10 Ağdaş rayon Tofiqi kəndində 0.34 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 20 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:115 saylı (kod ********) dövlət aktına əsasən X22, X21, X17, X13, X11 və X10 Ağdaş rayon Tofiqi kəndində 4.06 hektar torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli **********28 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Tofiqi kəndində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-155 nömərli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və JN- 020A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən dövlət əsasən dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş X12 və ailə üzvlərinə məxsus JN-146 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda və JN-020A nömrəli “torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədə” göstərilən “Günel” adı ilə şəxsiyyət vəsiqəsindəki “Günəş” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon İHB-nın Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 525149 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X32 ilə X12 xx.xx.2009-cu il tarixdə nikahları bağlanmışdır. Ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ 483501 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X12 xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X6, anası X14r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 445 saylı arayışdan məlum olur ki, X13 hal-hazırda Tofiqi kəndində yaşayır və qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 444 saylı arayışdan məlum olur ki, X33 hal-hazırda Tofiqi kəndində yaşayır və qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 442 saylı arayışdan məlum olur ki, X18 hal-hazırda Tofiqi kəndində yaşayır və qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 443 saylı arayışdan məlum olur ki, X21 hal-hazırda Tofiqi kəndində yaşayır və qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 336 saylı arayışdan məlum olur ki, Ərizəçi hal-hazırda Orta Qəsil kəndində yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli 461 saylı arayışdan məlum olur ki, X18 hal-hazırda Tofiqi kəndində yaşayır və qeydiyyatdadır. Aşağıdakı tərkibdə ailə üzvləri vardır. Anası- X21 xx.xx.1960, arvadı-X15 xx.xx.1995, qızı- X23 xx.xx.2017, qızı-X24 xx.xx.2018. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 253544 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X20 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli İİİ-ЖГ 391887 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X20 ilə X21 xx.xx.1985-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ 232416 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 ilə X34 xx.xx.2017-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli XİV-ЖГ 264865 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 xx.xx.1989-cu il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X6, anası X14r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli İ-ИE 882451 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X20 xx.xx.1940-cı il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X26, anası X4r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-T 050965 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X13 xx.xx.1986-cı il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X6, anası X14r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli AZ-İ 185738 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X40 ilə X16 xx.xx.2006-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli X-ЖГ 254616 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X16 xx.xx.1984-cu il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X6, anası X14r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE 13797863 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X21 xx.xx.1960-cı il tarixdə Ağdaş rayon Tofiqi kəndində anadan olmuş və qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X13 xx.xx.1986-cı il tarixdə Ağdaş rayon Tofiqi kəndində anadan olmuş və qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X18 xx.xx.1989-cı il tarixdə Ağdaş rayon Tofiqi kəndində anadan olmuş və qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X16 xx.xx.1984-cü il tarixdə Ağdaş rayon Tofiqi kəndində anadan olmuş və qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X12 xx.xx.1987-ci il tarixdə Ağdaş rayon Tofiqi kəndində anadan olmuş və qeydiyyatdadır Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 20 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:020A saylı (kod ********) şəhadətnaməyə əsasən X20, X21, X17, X13, X11 və X10 Ağdaş rayon Tofiqi kəndində 0.34 hektar torpaq sahəsi və Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 20 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:115 saylı (kod ********) dövlət aktına əsasən X22, X21, X17, X13, X11 və X10 Ağdaş rayon Tofiqi kəndində 4.06 hektar torpaq sahəsi verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızı əvəzinə səhvən X11 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X20, X21, X17, X13, X11 və X9 mülkiyyətinə verilmiş Ağdaş rayon Tofiqi kəndində yerləşən 4.06 ha torpaq sahəsinə dair JN:115 saylı KOD 90318048 saylı dövlət aktının və Ağdaş rayon Tofiqi kəndində yerləşən 0.34 ha torpaq sahəsinə dair JN:020A saylı KOD 90318048 saylı şəhadətnamənin Mustafayeva (Məmmədsanova) Günəş İmamalı qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar