Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1474/2022 06.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndində ona və ailə üzvlərinə JN – 125, KOD 90318048 torpağa dair şəhadətnaməsi əsasında 2.58 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Çıxarış almaq istəyən zaman məlum olmuşdur ki, şəhadətnamənin 4-cü adlı siyahısında Ərizəçi adı səhvən X3 qeyd edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə, şəxsiyət vəsiqəsində və digər sənədlərdə onun Ərizəçi olduğu qeyd edilmişdir. Bundan başqa onun Pünhan adlı qardaşı olmayıb. Akta düzəliş edilməsi barədə yəni, 4-cü adlı siyahısında X1 Ərizəçi kimi qeyd edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN – 125, KOD 90318048 torpağa dair şəhadətnamədə qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də, X19 Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə JN – 125, KOD 90318048 saylı torpağa mülkiyytə hüququna dair dövlət aktına əsasən 4-cü adlı siyahısında X6 adına verilmiş 2.58 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X11 məhkəmə iclasında ifadə verərək Ərizəçi ilə qonşu olduğunu, iddiaçının ailə üzvlərində Pünhan adlı şəxsin olmadığını bildirdi. İş üzrə şahid X7 məhkəmə iclasında ifadə verərək Ərizəçi qohumu olduğunu, iddiaçının ailə üzlərində Pünhan adlı şəxsin olmadığını bildirdi. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış 02 iyun 2022-ci il tarixli **********25 №-li məktubdan görünür ki, JN-125 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan JN - 125, KOD 90318048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə 2.58 hektar torpaq sahəsi Nümayəndə və ailə üzvləri olan X4, X12 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan nikah haqqında olan şəhadətnamələrin surətlərindən görünür ki, X12 22 iyul 2017-ci il tarixdə X18 ilə rəsmi nikaha girmişlər və Jalə Cəbrayılova “Abışova” soyadını qəbul etmiş, Ərizəçi 05 oktyabr 2021-ci il tarixdə X14 ilə rəsmi nikaha girmişlər. Ərizəçi “Rəsulova” soyadını qəbul etmiş, X5 07 iyun 1993-cü il tarixdə Nümayəndə ilə rəsmi nikaha girmişlər, Rəsmiyyə Zaməddinova “Cəbrayılova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1996-cı ildə anadan olmuş, atası Nümayəndə, anası X2r. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 311 nömrəli, 12 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Tofiqi kənd sakini Ərizəçi hal-hazırda Ağdaş rayonu, Tofiqi kəndində yaşayır və qeydiyyatdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 385 nömrəli, 06 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Tofiqi kənd sakini Nümayəndə ailə tərkibində X10 adlı şəxs yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Tofiqi kəndi ərazisində yerləşən 2.58 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Nümayəndə və ailə üzvləri olan X4, X12, X6 mülkiyyətinə verilməsinə dair JN-125 KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının Nümayəndə ailə üzvləri olan X4, X12, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1474/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1474/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver