Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1475/2023 16.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs X11 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, X17, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, X17, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvüləri olan X15, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs4, X3, X4 və Maraqlı şəxs5 mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə ailələrinə Ağdaş rayonu, Hapıtlı kəndində J№-100, KOD 90315048 torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”na əsasən 3.30 ha torpaq sahəsi verilmişdir. X21 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin “Dövlət Aktı” əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış alımağı istəyən zaman məlum oldu ki, torpağa mülkiyyət hüququna “Dövlət Aktı"nın adlı siyahısında Ərizəçi2 adı səhvən X2, Ərizəçi1 ata adı Ərizəçi1 Qəhrəman qızı qeyd edilmişdir. Belə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə J№-100, KOD 90315048 torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”na, düzəliş edilməsindən üçün müraciət etsə də bundan imtina edilmişdir. Ona görədə hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs X17 ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verildiyini, həmin torpağın verilməsinə dair Dövlət Aktında texniki səhv olaraq ailə üzvlərinin adlarının səhv qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək göstərdi ki, Ərizəçi2 onun həmkəndlisidir. Ərizəçinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçinin adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun həmkəndlisidir. Ərizəçinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçinin atasının adı səhv yazılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-100 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ksero surətindən görünür ki, X15 və ailə üzvləri Maraqlı şəxs1, Maraqlı şəxs2, X5, Ərizəçi1 Qəhrəman qızı, Maraqlı şəxs4, X8, X12, Maraqlı şəxs5 mülkiyyətinə Ağdaş rayonu, Hapıtlı kəndi ərazisindən 3,30 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21- 3-35/2-9-0035/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 01 yanvar 1996-cı il tarixdə Ağdaş rayonu Hapıtlı kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ № 382126 saylı nikah haqqında şəhadətnamənin ksero surətindən görünür ki, X1 Limunə Məhəmməd qızı ilə 01 aprel 1996-cı ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, № 5-32-12/2- 153/2023 saylı arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1962-ci ildə anadan olub. Hal-hazırda Ağdaş rayonunun Hapıtlı kəndində yaşayır və təsərrüfatbaşına uçot kitabında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1962-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmaqla, Ağdaş rayonu, Hapıtlı kəndində ünvanda qeydiyyatdadır. İşin materiallarında olan 01 fevral 1993-cü il tarixdə Ağdaş rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 724580 saylı nikah haqqında şəhadətnamənin ksero surətindən görünür ki, Maraqlı şəxs1 X16 ilə 01 fevral 1993-cü ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, № 5-32-12/2- 153/2023 saylı arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1974-cü ildə anadan olub. Hal-hazırda Ağdaş rayonunun Hapıtlı kəndində yaşayır və təsərrüfatbaşına uçot kitabında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmaqla, Ağdaş rayonu, Hapıtlı kəndində ünvanda qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1968-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmaqla, Ağdaş rayonu, Hapıtlı kəndində ünvanda qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 04289561 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1969-cu il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmaqla, Ağdaş rayonu, Hapıtlı kəndində ünvanda qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1993-cü il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmaqla, Ağdaş rayonu, Hapıtlı kəndində ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi1n ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 24 mart 1999-cu il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-100 saylı (kod ********) Şəhadətnamədə texniki səhv olaraq “Ərizəçi1” ata adı səhv olaraq “Ərizəçi1 Qəhrəman qızı” kimi, “Ərizəçi2” adı səhv olaraq “X5” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı, soyadı və ata adı onların şəxsiyyətini təsdiq edən sənəddəki adı, soyadı və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 mart 1999-cu il tarixli, 11 saylı qərarına əsasən JN-100 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ksero surətindən görünür ki, X15 və ailə üzvləri Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs4, X8, X12, Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, X17, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 mart 1999-cu il tarixli, 11 saylı qərarına əsasən JN-100 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ksero surətindən görünür ki, X15 və ailə üzvləri Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs4, X8, X12, Maraqlı şəxs5 məxsus olması faktı müəyyən məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1475/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1475/2023
16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver